Nəsrdə ritm - Zaman və məkanda yerdəyişmə

Poeziya, ədəbiyyat… təbiətin ölü, cansız halından dirçəlib canlandığı məqamı tutmaq üçün əlləşir və həmişə ilk misra və sətirlərdə ağacların yarpaqları arasından quş civiltisinin eşidilməsini, bayaqdan tutulmuş havanın quşların səsiylə oyanmasını qeydə alır. Ona görə bu ilk misra və ilk sətir səndən bütün gücünü istəyir...
Amma bəzən elə olur ki, içinə dolmuş, səni yazmağa, anlamağa, hiss etməyə sürükləyən nəsnə (aşağıda bəhs edəcəyimiz hekayələrin birində belə bir ştrix var: qız istəyir ahıl kişinin üzündəki göz yaşlarını silsin, amma ürək eləmir, çünki onlar o üzə çox yaraşırdı...) içindən qopan enerjinin ağrısını, iztirab və əzabını sənə hiss etdirmir.

Davamı →

İntellektual nəsr nədir?

Ədəbiyyat fərqli olur. Janrlar, istiqamətlər, baxışlar fərqidir bu. Ədəbiyyatı bu cür bölgülərə ayıra bilərik:
— Əyləncə ədəbiyyatı
— İnformasiya ədəbiyyatı
— İntellektual ədəbiyyat.

Biz intellektual nəsri aydınlaşdırmağa çalışacağıq.

Nədir intellektual nəsr? Onun digərlərindən fərqi nədədir?
“İntellektual nəsr” ədəbi termindir. Bu anlayışda yazılan mətn bütün oxucuları deyil, ağıllı oxucuları düşündürür. İntellektual nəsr həmin mətni izah etmək üçün istifadə olunur.
Davamı →

"Qız məktəbində" - "Hüseyn Cavid"

-Quzum, yavrum! Adın nədir?
-Gülbahar.
-Peki,sənin anan, baban varmı?
-Var.
-Nasıl,zənginmidir baban?
-Evet, zəngin, bəyzadə...
-Öyle ise, geydiyin geyim
neyçin böyle sade?
Yoxmu sənin incilərin, altun bilərziklerin?
Söyle, yavrum! Heç sıxılma...
-Var, efendim, var...
Lakin
Müellimem hər gün söylər,
onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
-Çox doğru söz...
Bu dünyada senin
ən çox sevdiyin kimdir, quzum,
söylərmisən?
Ardı →