Hansı orqanımız nə vaxt işləyir?


Məlumdur ki, bütün orqanlarımızın gün ərzində aktiv olduğu müəyyən vaxtlar var. Bu vaxtları bilməklə biz onların daha yaxşı fəaliyyətini təmin edər və onların çox zora düşməsinin qarşısını almış olarıq.

Ağciyərlər gecə saat 3-dən səhər 5-ə kimi aktiv işləyir.

Saat 5-dən 7-yə kimi qalın bağırsağın fəaliyyəti başlayır. Bu aralarda ayağa qalxmısınızsa, yaxşı olar ki, su içəsiniz, həmçinin quru meyvələr yeyə bilərsiniz.

7-dən 9-a qədər mədə işləməyə başlayır. Bu vaxtlarda yaxşı olar ki, sıyıq və müsli yeyəsiniz. Bunlara meyvə və qoz qatmaq da olar.
Davamı →

Şəhər və kənd həyat tərzinin müqayisəli üstünlüyü

Müasir insanlar iki cür həyat keçirirlər — bir-birindən çox fərqli iki həyat tərzi.

Birincisi — ta qədimlərdən təbii insan məskəni olan kənd həyatı, digəri — inkişafın sonrakı mərhələlərində formalaşmış şəhər həyatı. Hər ikisinin özünün üstün və çatışmayan cəhətləri var. Lakin son zamanlar urbanizasiya tendensiyasının sürətli inkişafı insanların daha çox şəhərlərə can atdıqlarını göstərir. Niyə?

Kənd həyatı insanları niyə cəlb etmir?

Kəndlər, adətən, gözəl təbii şəraitə, münbit torpaqlara, yaşıl örtüyə, təmiz havaya, saf suya malik ərazilərdə təşəkkül tapır. Burada həyat təbiidir, insanlar təbiətlə harmoniyada yaşayır, heyvanlarla ünsiyyətdə olur, meşədə, çay kənarında, dağ başında işləyir, istirahət edir, bir sözlə, yaşayırlar. Tarlalarda yaşıl otlar, qarışıq rəngli, əvəzedilməz ətirli çiçəklər var. Hər yerdə müxtəlif quşlar, heyvanlar, bulaqlar, böyük dağlar, meşələr var.

Kəndlərdə insanlar tarlalarda, dirriklərdə çalışırlar. Zəhmətkeş kəndlilər öz əlləri ilə təbii, sağlam meyvə və tərəvəz yetişdirir, saxladıqları ev heyvanlarından keyfiyyətli ət, süd məhsulları, yumurta, bal və sair əldə edirlər. Bəzi kəndlərdə kinosalon, teatr, böyük ticarət mərkəzləri olmasa da insanlar darıxmırlar. Çünki onlar normal qonşuluq, qohumluq münasibətləri saxlayır, bir-biri ilə daha çox ünsiyyətdə olur, boş zamanlarını çox maraqlı keçirirlər. Məsələn, axşamlar bir-birinə qonaq gedir, söhbət edir, bağçada çay içirlər. Uşaqlar həyətdə bir-birilə oynayır, böyüklər nərd, şahmat, domino kimi stolüstü oyunlarda “qırğına” çıxırlar.
Ardı →

Gözlərimiz üçün xeyirli olan qidalar

Məlumdur ki, kök və qaragilə normal görmə qabiliyyəti üçün lazım olan ən əsas məhsullardır.

Gözlər üçün xeyirli olan daha hansı məhsullar var və onların xeyiri nəyə əsaslanır? Qida ilə əlaqədar olan xeyir prinsipi çox sadədir: tərkibində A, E, C vitaminləri ilə zəngin məhsullara üstünlük vermək lazımdır.

Vitamin A.

Vitamin A,  tor qişa piqmentinin tərkib hissəsi olduğundan, göz üçün çox vacibdir. Məhz bu vitaminin çatışmazlığı «gecə korluğu»kimi xəstəliyə  səbəb olur. Görmə qabiliyyətinin hər hansı problemində  bu vitaminin orqanizmə qəbulu mütləqdir. Kökdə olan məhz bu vitaminin çoxluğu onu bu qədər lazımlı edir. Bu tərəvəz beta-karotinin mənbəyidir, o isə orqanizmdə bu vitaminə çevrilir. Həmçinin sarı bibər və avakadoda da  bu göstərici heç də az deyil. Bu göstəriciyə görə ərik lider sayılır. O, həm təzə halda, həm də  qurudulmuş halda çox zəngin sayılır. 2 yumurta sarısı gündəlik vitamin A dozasını təmin edir.


Ardı →

Xarakterimizə görə tutula biləcəyimiz xəstəliklər

Qəribə olsa da xarakterimiz və həyata baxışımız orqanizmimizə təsir göstərir. Hətta tədqiqatlar xarakterimizə görə tutula biləcəyimiz xəstəliklərdən də xəbər verir…

Aqressivlər: Əsəbləri ilə bacara bilməyən aqressiv adamlar həyatı boyu ciddi ürək xəstəlikləri ilə üz-üzə qalırlar. Aqressiv adamlar psixi xəstəliklərə də meyillidirlər.

Utancaqlar: İctimai yerlərdə özlərini rahat hiss edə bilməyən utancaq adamlar viruslara daha tez yoluxurlar. Bu cür adamların bakteriya və viruslara qarşı müqavimətləri də az olur.

Optimistlər (nikbinlər): Nikbinlik ömrü uzadır. Qarşılaşdığı bütün problemlərə baxmayaraq, hadisələrə həmişə nikbin nəzərlərlə baxmağı bacaran adamlar bədbin adamlardan təqribən 7,5 il çox yaşayırlar.

Pessimistlər (bədbinlər): Bədbin adamlar nikbin adamlarla müqayisədə daha az yaşamaqla yanaşı, parkinson xəstəliyinə də meyilli olurlar.


Ardı →

Orqanlar sistemi

Başqa canlılardan fərqli olaraq, insan orqanizmi mürəkkəb quruluşa malikdir. Onu təşkil edən orqan və toxumalar bu və ya digər funksiyaları icra edir. Mənşəyinə, quruluşuna və yerinə yetirdiyi funksiyalara görə bir-birinə oxşar hüceyrələr və hüceyrəarası maddələr birləşib toxumanı əmələ gətirir. Orqan (üzv) — bədənin müəyyən forması, quruluşu, yeri olan, bir və ya bir neçə funksiyanı yerinə yetirən hissəsidir. Orqanların bir qismi bədən boşluğunda yerləşir ki, bunlara daxili orqanlar deyilir.


Ardı →

İnsanın böyüməsi

Orqanizm — üzvi aləmin müstəqil yaşaya bilən vahidi olub, xarici mühitin müxtəlif dəyişikliklərinə bir tam kimi cavab verən özünütənzim sistemindən ibarətdir.
Embrional inkişaf. İnsanın fərdi inkişafı ontogenez adlanır. Bu, insanda yumurta hüceyrəsinin mayalandığı andan başlayaraq orqanizm ölənədək davam edir. Ontogenez iki dövrə bölünür: bətndaxili dövr (ana bətni dövrü) və bətndən xaric dövr (postembrional dövr). Bətndaxili dövr mayalanma anından başlanaraq həmin orqanizm əsl şəklini alıb, doğulana qədər olan dövrə deyilir. Rüşeymin inkişafını öyrənən elm embriologiya adlanır.


Ardı →