Üslubi fiqurlar

Nitq mədəniyyəti müstəqil fənn kimi çox qədim tarixə malikdir. Nitq mədəniyyəti — Ritorika qədim Yunanıstanda, Romada, Ərəbistanda, Çində geniş yayılmışdı (Bu haqda irəlidə bəhs ediləcək). Azərbaycanda isə nitq mədəniyyətinin -ritorikanın bu və ya digər elementi dağınıq halda min ildən bəridir ki, mövcuddur. Azərbaycanın şair və mütəfəkkirləri nitqin gözəlliyi, ekspressivliyi, təmizliyi, konkretliyi və s. cəhətləri haqqında çox bəhs etmişlər. Lakin bir müstəqil sahə olaraq nitq mədəniyyəti Azərbaycanda XX əsrin ortalarında diqqəti cəlb etmiş, Elmlər Akademiyasının Dilçilik İnstitutu nəzdində nitq mədəniyyəti şöbəsi açılmış, 80-ci illərdən başlayaraq bəzi ali məktəblərdə tədris planına salınmışdır.
Davamı →

Valideynlər üçün təlimat

Mariya Montessori – italyan həkim, pedaqoq, alim, filosof, humanist idi. O XIX – XX əsrlərdə pedaqoji təfəkkürdə yeni səhifə açmışdır. Onun uşaqların tərbiyəsi mövzusunda valideynlər üçün təlimatı hər biriniz üçün faydalı olacaq. 
 
  • Uşaqlar ilk dərslərini öz ətraflarında gördüklərindən, baş verən hadisələrdən alırlar.
  •  Uşağı daim tənqid etdikdə o insanları qınamağı öyrənir.
  •  Uşağı daim təriflədikdə o qiymətləndirməyi öyrənir.
  •  Uşaq daim ətrafında düşmənçilik gördükdə o dava etməyi öyrənir.

Davamı →

Pedaqoji anlayışlar lüğəti

A


 
ABİTURİYENT – ali və ya orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün təhsil haqqında müvafiq dövlət sənədi təqdim edən şəxs.
AVTOREFERAT – müəllifin özü tərəfindən yazılan  hər hansı elmi araşdırmanın nəticəsi.
ADYUNKTURA — hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması forması.
AĞIL   — insanın dərketmə bacarığının ümumiləşmiş xüsusiyyəti. Dar mənada  düşüncə ilə bağlı beyində gedən  əməliyyatlar. Ağlın xüsusiyyətləri: cəldlik,dəqiqlik, dərinlik, genişliyi, yaradıcılığı. 
Davamı →

Kiçik məktəblilər

Kiçik məktəb yaşının başlanğıcı və sonu ilə əlaqədar özünü göstərən psixoloji dəyişiklik. Kiçik məktəb yaşı 6-10 yaşı əhatə edir. Bu dövrün başlıca xüsusiyyətləri-uşağın məktəbli olması, əsas fəaliyyətini təlim fəaliyyəti təşkil etməsindən ibarətdir. Bu dövrdə inkişafetdirici oyunlar təlimdən sonra ikinci yeri tutur. Bu dövr bir növ keçid dövrü olub, məktəbəqədər dövrün xüsusiyyətləri ilə məktəblinin xüsusiyyətlərini birləşdirir. Şəxsiyyətin bir çox psixi xüsusiyyətlərinin əsası məhz bu dövrdə qoyulur. Məktəbə təzəcə daxil olduğu vaxt rastlaşdığı çətin­liklər kiçik məktəb yaşının sonunda aradan qalx­mış olur, təlim fəaliyyəti oyundan tamamilə fərqli xüsusiyyətlərini əldə edir.
Məktəbə təzəcə daxil olan uşaq bir sıra prob­lemlərlə qarşılaşır. O, artıq şagirddir. Buna görə də şagirdlər üçün nəzərdə tutulan qaydalara əməl etməli, həmişə eyni vaxtda zənglə sinfə girib si­nifdən çıxmalı, bütün dərs ərzində sakit oturmalı, sinifdən çıxmaq və ora daxil olmaq üçün müəllimdən icazə almalı, onun bütün tələb və göstərişlərini yerinə yetirməli olur. Bunlarla yanaşı olaraq uşağın ünsiyyət sahəsi genişlənir, tamamilə yeni adamlarla: müəllimlər və həmyaşıd­ları ilə rastlaşır, onlarla birgə fəaliyyət zamanı ünsiyyətə girməli olur. Müəllim onun yeni nüfuz sahəsinə çevrilir. Tədricən sinif kollektivində qarşılıqlı münasibətlər formalaşır. Bütün bunlara uşaqlar asan­lıqla alışa bilmirlər. Burada uşağın məktəbə psi­xoloji hazırlığından çox şey asılı olur.


Ardı →

Uşağın məktəbə psixoloji hazırlığı

Uşaqda qavrayışın,  diqqətin, təxəyyülün, hafizə, təfəkkür və nitqin inkişafı ilə yanaşı onun müxtəlif fəaliyyət növlərini,  xüsusilə təlim fəaliyyətini müvəffəqiyyətlə yerinə yetirməsi üçün bir sıra keyfiyyətlərə yiyələnməsi zəruridir.
Həmin tələblərə aşağıdakıları aid etmək olar: uşağın ümumi fiziki inkişafı, kifayət qədər bilik ehtiyatına malik olması, özünəxidmət «məişət» vərdişlərinə yiyələnməsi, ünsiyyətə girə bilmək bacarığı, mədəni davranış, sadə əmək vərdişlərinə, nitqə, əsas psixi funksiyaların zəruri inkişaf səviyyəsinə, koqnitiv və əqli inkişaf səviyyəsinə yiyə­­lənmək, əməkdaşlıq etməyi bacarmaq, davranışın ixti­ya­­riliyi, oxumağa arzu və maraq.
Burada qavrayış, diqqət, hafizə, təfəkkür, nitq, iradə və s. kimi əsas psixi funksiyaların inkişaf səviyyəsi xüsusi yer tutur.
Bəs məktəbə psixoloji hazırlıq üçün bütün bu qeyd olunanların inkişaf səviyyəsi necə olmalıdır?


Ardı →

Yaş və pedaqoji psixologiya

Yaş psixologiyası haqqında anlayış. Yaş psi­xologi­yası müasir psixologiyanın əsas sahələrindən biridir. Yaş psixologiyasının predmetini birinci növbədə insan psixikasının inkişaf dinamikası­nın, şəxsiyyətin psixi prosesləri və psixi xassələ­rinin ontogenezinin inkişaf xüsusiyyətlərinin öyrə­nilməsi təşkil edir.
Yaş psixologiyasının predmetinə fərdin psi­xologiyası və davranışının “yaş” anlayışı ilə ifadə olunan spesifik birliyini də aid etmək olar. Nəzərdə tutulur ki, insan hər bir yaş dövründə psi­xoloji və davranış xüsusiyyətlərinin həmin yaş dövrü üçün xarakterik olan və həmin dövrdən kənarda heç vaxt özünü göstərməyən birliyinə malik olur.
Davamı →

Jan Jak Russo

Jan  Jak  Russonun   pedaqoji  ideyaları.


XVIII əsr fransız maarifçilərindən biri də Jan Jak Russodur (1712-1773). O, 1712-ci ildə Cenevrədə anadan olmuşdur. Anası erkən öldüyündən onun tərbiyəsi ilə atası və bibisi məşğul olmuşdur. O, bir müddıt dayısının yanında qalmış, usta yanında sənət öyrənməyə cəhd göstərmişdir. Russo qeyd edirdi ki, o, ata evində cəsarətli, Lamberiyanın yanında azad, dayı evində mehriban idisə, usta yanında cəsarətsiz idi. Beş il (1723-1728) usta köməkçisi olan Russo oradan qaçır, macəralarla dolu həyat yaşamağa başlayır. Lakin buna baxmayaraq, o şəxsi təhsili üzərində inadla işləyir, katolikliyi qəbul edir. Katolik xeyriyyə cəmiyyətinin üzvü gənc xanım Vareninin köməyi ilə ruhani seminariyasına daxil olur, keşiş olmaq istəyir, ancaq bu, baş tutmur. Müxtəlif işlərdə çalışır. Xanım Varenindən musiqini öyrənir, iki opera yazır və nəhayət, ədəbi yaradıcılığa başlayır.


Ardı →

Təlimin prinsipləri

Təlim prinsipləri təlimin qanunauyğunluqlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət normaları, başlıca tələblərdir. Təcrübə göstərir ki, didaktik prinsiplərə əsaslanan təlim prosesi, bir qayda olaraq, müsbət nəticə verir. Əksinə, həmin prinsiplərə istinad etmədikdə təlimdə uğur qazanmaq mümkün deyildir.
Pedaqoji ədəbiyyatda prinsiplərin təsnifatında vahidlik yoxdur: təklif olunan prinsiplərin miqdarı, sistemi və ifadəsində müxtəlif fərqlər özünü göstərir. Bu fərqlər isə prinsiplərin əsasında duran təlim qanunlarının kifayət qədər öyrənilməməsi ilə bağlıdır.


Ardı →

Təlimin qanunauyğunluqları

Təlim prosesinin özünəməxsus qanunauyğunluqları vardır. Onların dərk edilməsi və düzgün nəzərə alınması böyük əhəmiyyət kəsb edir. Bu halda müəllimin əməyi məqsədyönlü və elmi xarakter daşıyır, təlimin səmərəsi qat-qat artır.
Təlimin qanunauyğunluqları dedikdə bu prosesə obyektiv şəkildə xas olan ümumi, mühüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Qanunauyğun prosesləri (hadisələri) öyrənməklə elm müvafiq qanunları müəyyən edir.


Ardı →