Adəti qəbizliyin çarələri

Adəti qəbizlik günümüzdə qida və həyat rejimindən asılı olaraq çoxumuzun rastlaşdığı problemdir. Bəzən yanaşı xəstəliklər olmasa da qəbizlik özü elə bir sıra xəstəliklərin mənbəyi sayıla bilir. Qəbizlikdən əziyyət çəkən bir çox insanlar öz xəstəliklərindən uzun müddət şikayət etməyə və özlərini diskomfort hiss etməyə bilərlər. Məhz bunun nəticəsidir ki, onlar adəti qəbizliklə əlaqədar olaraq heç vaxt həkimə müraciət etmək barədə düşünmürlər. Lakin onu da unutmaq olmaz ki, adəti qəbizlik zamanı insanın həyat fəaliyyəti nəticəsində yaranmış lazımsız məhsul və şlaklarla orqanizmin autointoksikasiyası baş verir.


Davamı →

Qəbizliyə faydalı qidalar

Qəbizlik bir çox insanın yaşadığı ortaq problemdir. Əminik ki, çox eşitmisiniz amma qəbzliyi nə olduğunu bilməyənlər varsa bu, nəcis sıxlığının azalması, qəbz olan insanlarda şişkinlik, həssasiyyət və tualetə getmədə çətinliyə səbəb olması kimi izah oluna bilər. Simptomların tipi və şiddəti insandan insana görə dəyişir. Bəzi insanlar nadirən qəbzlik yaşayərkən, digərləri üçün bu xroniki bir vəziyyətdir.

Qəbizliyin səbəbləri fərqli ola bilər:
— yetəri qədər maye qəbul etməmə,
— duyğusal vəziyyət,
— sağlıqsız qidalanma,
— hərəkətsizlik və istifadə olunan bəzi dərmanlar.
Davamı →

Uşaqlarda qəbizlik problemi

Uşaqlarda qəbizlik – çox geniş yayılmış, uşağın qarın nahiyəsində ağrılara səbəb olan, bir sıra fəsadlara gətirən (fiziki inkişafın ləngiməsi, düz bağırsağın çatı, hemorroy, yoğun bağırsağın genişlənməsi, şişi və s.) delikat problemdir. Bəs hansı vəziyyətdə uşaqda yaranan problemə qəbizlik demək olar? Və hansı səbəblərdən qəbizlik yarana bilər? Gəlin aydınlaşdıraq.

Qəbizlik nədir?
— Uşağın defekasiyasının (böyük bayıra çıxması) tezliyi yaşına uyğun normadan aşağı olması
— Defekasiya zamanı gücənmə, yaxud bayıra çıxmaq üçün işlədici preparatların qəbulu 
— Bağırsağın natamam boşalma hissi,
— Quru, bərk nəcisin xaric olunması.
Davamı →

Qəbizlik üçün çarələr

Qəbizlik uzun zaman oturaq həyat tərzi keçirən, heyvani qidalardan çox istifadə edən, su az içən insanlarda daha çox əmələ gəlir.

Qəbizlik adi görünsə də, əslində insan sağlamlığı üçün təhlükəlidir, çünki qəbizlik 3 gündən artıq çəkərsə bədənə zəhərli toksinlər sorulmağa başlayır. Qəbiz olan insanlar sonra babasil xəstəliyinə tutulurlar, bağırsaq çatları daha tez əmələ gəlir, köpdən əziyyət çəkirlər və s.
Davamı →

Bu qidalar qəbizlikdən xilas edir

Bir çox hallarda insanlarda qəbizliyin səbəbi düzgün olmayan qidalanma olur.

Ağ çörək, ağ undan bişirilmiş müxtəlif un məmulatları (bulka və s.), yağlı ət və balıq bulyonları, qızarmış, duzlu qidalar, tünd çay, şokolad, makaron məmulatları və s. kimi qidaların daim qəbulu insanda qəbizliyə səbəb ola bilər. Əksinə isə meyvə-tərəvəz, süd məhsulları, sıyıqlar, quru meyvələr, yaşıl çay, çobanyastığı dəmləməsi qəbizliklə mübarizədə insana çox yaxşı kömək edir.

1. Səhər acqarına 1 çay qaşığı bal əlavə olunmuş 1 stəkan ilıq su için. Bu  bağırsaqların motorikasını (fəaliyyətini) yaxşılaşdırır. Ümumillikdə qəbizliyi olan insan çoxlu maye içməlidir — yaşıl çay, adi təmiz su, müxtəlif kompotlar (dükanlarda alınan yox!). Qara çay, qazlı limonadlar, cola əks-göstərişdir.

2. Qarabaşaq, qəhvəyi düyü, yulaf («herkules») və darı yarmalarından hazırlanmış  sıyıqlar çox yaxşı effekt verir. Sıyıqları süddə yox, suda bişirmək lazımdır. Sıyığı çox bişirmək lazım deyil. 10-15 dəqiqə ərzində bişirin, sonra oddan götürün və dəsmala bükün. Sıyığı qəbul edtikdə ona 1 çay qaşığı zeytun yağı əlavə edin.


Ardı →

Qəbizlikdə xalq təbabəti üsullarından istifadə

Qəbizlik ən yayılmış pozulmalardan biridir. Demək olar, hər bir insan bu pozulma ilə üzləşə bilər.
Müasir insanların əksər hissəsi azhərəkətli həyat sürür, düzgün qidalanmır, tez-tez stress vəziyyətlərinə düşür və s. Bütün bunlar isə qəbizliyə gətirib çıxardır.
Sağlam insanda qəbizliyin səbəbi bir çox hallarda bayramlarda, toy və s. məclislərdə bir biri ilə uyğun olmayan, çoxçeşidli qidaların artıq miqdarlarda qəbul edilməsi olur. Mədə belə gərginliklə «bacara» bilmir, həzm prosesləri kəskin pozulur, nəticədə isə qəbizlik inkişaf edir. Bəzi dərmanların qəbulu da qəbizliyə səbəb ola bilər.
Davamı →

Yenidoğulmuşlarda qəbizlik

Bir çox analar bu problemlə üzləşir. Lakin analar bilməlidir ki, yenidoğulmuş uşaqlarda nəcisin gec-gec ifraz olunması heç də bütün hallarda qəbizliyin əlaməti deyil.

Əgər uşaq ana südü ilə qidalanırsa, o gündə 1 dəfə və hətta bir gündən bir (bəzən daha gec-gec) nəcis ifraz edə bilər. Məsələ burasındadır ki, körpə üçün ən ideal qida olan ana südü uşaq orqanizmi tərəfindən, demək olar, tam mənimsənilir ki, nəticədə ifraz etmək üçün «bir şey» qalmır. Məhz bu səbəbdən yalnız ana südü ilə qidalanan uşaqlar süni qida («smes») alan uşaqlarla müqayisədə adətən daha gec-gec nəcis ifraz edirlər.

Süni qida ana südü ilə müqayisədə tam mənimsənilmir və süni qidalanan uşaqlar daha tez-tez nəcis ifraz edirlər. Lakin bu da çox fərdi bir məsələdir. Süni qida ilə qidalandırılan bir uşaq gündə 2 dəfə, digəri 3 dəfə, digəri isə kiçik miqdarlarla 4-5 dəfə nəcis ifraz edə bilər.
Ardı →

Qəbizlik

Bir çox insanlar və əfsuslar olsun ki, hətta bəzi həkimlər hesab edirlər ki, əgər insanda gündəlik nəciz ifrazı olmazsa, bu, qəbizliyin göstəricisidir. Həqiqətdə isə bü heç də belə deyil. 
Orqanizmdən «zibilin» xaric edilməsi hər bir insan üçün fərdi olan bir xüsusiyyətdir. Elə insanlar vardır ki, onlarda defekasiya (nəcis ifrazı) həftə ərzində 3 dəfə, digərlərində isə gün ərzində 2 dəfə olmaqla baş verir. Bu halda, belə insanlar mütləq şəkildə sağlamdırlar və özlərində heç bir diskomfort (narahatlıq) da hiss etmirlər!
Ardı →