Qılıncoynatmanın uşaqlara faydaları

Günümüzdə populyarlığını qoruyan klassik idman növlərindən biri kimi qılıncoynatmanı əminliklə qeyd etmək olar. Bu idman növü nədənsə məhz uşaqlar arasında məxsusi bir rəğbətə malikdir. Bəlkə də yer üzündə istər qiz, istər oğlan olsun, elə bir uşaq yoxdur ki, bir vaxt əlinə taxta çubuq alıb dostları ilə “qılınclaşmasın”.

Bu idman növü məhz uşaqlarda qəhrəmanlıq və macəra təsəvvürü yaradır. Samurayların, cəngavərlərin, hətta dəniz quldurlarının uşaqlar arasında rəğbətini məhz onların mahir qılıncoynatmaları ilə əlaqələndirmək mümkündür. Bütün bunlarla bərabər mütəxəssislər qılıncoynatma idman növünün uşaqlar üçün həm fiziki həm də əqli inkişafları üçün nə qədər faydalı olduğunu vurğulayırlar.
Davamı →

Çəki vermək üçün ən doğru idman saatı


İdman etmək qədər idmanı doğru bir zamanda etməkdə çox əhəmiyyətlidir. Çoxumuz səhər idmanı edirik, amma əslində bu doğru deyil. Çünki səhərlər insan bədənindəki qan sıxlığı yüksəkdir və xüsusilə ürək və damar, təzyiq xəstələri üçün səhər idmanı zərərlidir.

İdman üçün ən ideal saat isə günorta sonrası 16:00 – 19:00 arasıdır. Bədən bu saatdan sonra yemək və istirahət üçün özünü proqramlaşdırır. Çəki vermək üçün axşam saatlarında edilən idman həzm sistemini gücləndirir və bədəndə yağ yığılmasına mane olur. Bunun üçün bu saatlarda edilən idman daha təsirlidir.
Davamı →

İdeal səhər yeməyi

Bir çox diyetoloqlar səhər yeməyi nahar və şam yeməyindən daha vacib hesab edir. Yuxu zamanı qanda şəkərin səviyyəsi aşağı düşür və enerji azalır. Bu səbəbdən səhər orqanizmin enerji balansını normaya salmaq lazımdır. Məhz buna görə səhər yeməyi yeyən insanlar daha fəal olur. Səhər yeməyi bədən çəkisini normada saxlamağa kömək edir. Sübut olunub ki, səhər yeməyi yeyən insanlar səhər yeməyindən imtina edənlərlə müqayisədə gün ərzində daha az yeyir. Həkimlərin fikirinə görə səhər yeməyi piyləmə, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, o cümlədən infarkt və insultun qarşısını alır, beyinin fəaliyyətini stimullaşdırır, əlavə enerji verir.

Diyetoloqların fikirinə görə, ideal səhər yeməyi bu kimi məhsullardan ibarət olmalıdır:
— taxıllar (sıyıqlar, çörək)
— meyvə və tərəvəzlər
— süd məhsulları
— yumurta.
Davamı →

Güclü və sağlam saçlara sahib olmağın yolları - Dermatoloji Mütəxəssisi Həkim Ata Nejat Ertek

Sağlam və baxımlı saçlar üçün soyuq aylarda saçlarınızına daha çox diqqət göstərməlisiniz. Budur saç baxımınızda diqqət yetirməniz lazım olanlar məqamlar ...

Sağlam və gözəl saçlara sahib olmaq hər kəsin arzusudur. Dermatoloji Mütəxəssisi Həkim Ata Nejat Ertek mövzu ilə əlaqədar maraqlı məlumatlar verir.

Qış aylarında hava çox quru olduğu üçün saçlara daha çox diqqət göstərilməsinin lazımlı olduğunu vurğulayan Ata Nejat Ertek bildirir ki, «Tez-tez yumaq saçı qurudar, icələrək qırılmasına səbəb olur. Saçları 3 gündə bir yumaq böyük şəhərlərin çirkli havası səbəbi ilə məcburidir. Saç dibləri və saç üzərində olan turşu və qoruyucu lipid təbəqəni əritdiyi üçün saçınızı çox isti suyla yumayın. İlıq su istifadə edin, çünki sağlam saçlar üçün saçınızı ilıq su ilə yumağınız faydalıdır».

Saçı kip şəkildə yığmaq qopmasına səbəb olur.


Ardı →

Şəhər və kənd həyat tərzinin müqayisəli üstünlüyü

Müasir insanlar iki cür həyat keçirirlər — bir-birindən çox fərqli iki həyat tərzi.

Birincisi — ta qədimlərdən təbii insan məskəni olan kənd həyatı, digəri — inkişafın sonrakı mərhələlərində formalaşmış şəhər həyatı. Hər ikisinin özünün üstün və çatışmayan cəhətləri var. Lakin son zamanlar urbanizasiya tendensiyasının sürətli inkişafı insanların daha çox şəhərlərə can atdıqlarını göstərir. Niyə?

Kənd həyatı insanları niyə cəlb etmir?

Kəndlər, adətən, gözəl təbii şəraitə, münbit torpaqlara, yaşıl örtüyə, təmiz havaya, saf suya malik ərazilərdə təşəkkül tapır. Burada həyat təbiidir, insanlar təbiətlə harmoniyada yaşayır, heyvanlarla ünsiyyətdə olur, meşədə, çay kənarında, dağ başında işləyir, istirahət edir, bir sözlə, yaşayırlar. Tarlalarda yaşıl otlar, qarışıq rəngli, əvəzedilməz ətirli çiçəklər var. Hər yerdə müxtəlif quşlar, heyvanlar, bulaqlar, böyük dağlar, meşələr var.

Kəndlərdə insanlar tarlalarda, dirriklərdə çalışırlar. Zəhmətkeş kəndlilər öz əlləri ilə təbii, sağlam meyvə və tərəvəz yetişdirir, saxladıqları ev heyvanlarından keyfiyyətli ət, süd məhsulları, yumurta, bal və sair əldə edirlər. Bəzi kəndlərdə kinosalon, teatr, böyük ticarət mərkəzləri olmasa da insanlar darıxmırlar. Çünki onlar normal qonşuluq, qohumluq münasibətləri saxlayır, bir-biri ilə daha çox ünsiyyətdə olur, boş zamanlarını çox maraqlı keçirirlər. Məsələn, axşamlar bir-birinə qonaq gedir, söhbət edir, bağçada çay içirlər. Uşaqlar həyətdə bir-birilə oynayır, böyüklər nərd, şahmat, domino kimi stolüstü oyunlarda “qırğına” çıxırlar.
Ardı →

Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?

Sərt qış günlərinin qapımızı çaldığı bu günlərdə sağlamlığımızı qorumağa çox daha çox diqqət göstərməyimiz lazımdır. Xüsusilə, yaşlılar, ürək, ağciyər xəstələri olanlar, xərçəng müalicəsi görənlər, qaraciyər, böyrək çatışmazlığı olanlar və kiçik uşaq immunitet sistemləri zəif olduğundan soyuq, qarlı, küləkli sərt havalarda daha asan xəstələnirlər. Soyuq havaya hazırlanmağın yolları haqqında tövsiyyələri kayzen.az saytı olaraq diqqətinizə çatdırırıq;

Əvvəlcə  qeyd edək ki, nə qədər hazırlıqlı olaraq soyuq havaya çıxsaq da çöldə qalacağımız müddəti mümkün qədər qısa tutmağı planlamalıyıq. Əslində soyuq hava immunitet hüceyrələrinin sayını artıraraq mikroblara qarşı müdafiə sistemimizi gücləndirir. Lakin soyuqda qaldığımız müddət uzandıqca bədənimizin mübarizə gücü gedərək zəifləyir və xəstələnməyə uyğun hala gəlirik.


Bir və ya iki qalın sviter əvəzinə qat-qat geyilən paltarlar lazım olduqda gün ərzində olduğumuz isti mühitlərdə tərləməyi əngəlləmək, mühitə uyğunlaşmaq üçün incəldilməlidir. Əks təqdirdə bədənimizdə yaranan tər çölə çıxdığımızda soyuqlamağımıza və əzələ tutulmalarına səbəb ola bilər. Neylon əsaslı hava keçirməyən parçalar əvəzinə tərləməyə mane olan və islanmağa qarşı qoruyucu xüsusiyyətli paltarlar geyinmək məsləhətdir.


Ardı →

Sağlam yaşamağın yolları

-Hər gün bir diş sarımsaq yeyin.

Sarımsaq  orqanizimdəki xəstəliyə  səbəb ola biləcək  maddələri demək olar ki, yarıbayarı (48%) azaldır. Bundan başqa, sarımsaq beynin yaşlanmasının qarşısını almaqla yanaşı xolestrol səviyyəsini də aşağı salır.

-İdmanla məşqul olun

Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.

-Kəpəkli məhsullar xərçəngdən qoruyur.

Həftədə 4 dəfə kəpəkli çörək, makaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.

-Meyvə tərəvəzi süfrənizdən əskik etməyin.

Meyvə-tərəvəz xüsusilə də pomidor, qırmızı üzüm yeyənlərdə infarkt, xərçəng və şəkər ehtimalı daha az olur.


Ardı →

Uşaqların ömrünü uzatmaq valideyinlərdən asılıdır

Məşhur britaniyalı aşpaz Ceymi Oliver qeyd edir ki, valideynlər öz uşaqlarının ömrünü mürəkkəb fəndlərə əl atmadan 13 il uzada bilərlər. Sağlam qida sahəsi üzrə ekspertlər də onun dediklərinin doğruluğunu təsdiqləyiblər.

Çoxlarına elə gəlir ki, uşaqlarda şirniyyata xüsusi hərislik var və həyatda həqiqətən də balacaların dondurma və konfetlərə böyük sevgisini göstərən kifayət qədər nümunə mövcuddur. Lakin C.Oliverin sözlərinə görə, bu heç də belə deyil. Yəni uşaqlar heç də şirin və yağlı qidadan istifadə üzrə proqramlaşmayıblar. Onun sözlərinə görə, bunu yadda saxlayaraq, valideynlər zərərli məhsullardan qaçmaqla «uşaqlar üçün cəlbedici olan sağlam qida» hazırlaya bilərlər.

Məşhur aşpazın fikrincə, ilk növbədə, məktəblərin yaxınlığında qeyri-sağlam qidaların satışı qadağan edilməli, tərkibində şəkər olan məhsulların satışına isə əlavə vergi tətbiq edilməlidir. Dediklərini sübut etmək üçün mütəxəssis bu yaxınlarda mətbuatda dərc olunan sarsıdıcı rəqəmləri misal gətirir. Həmin rəqəmlərə görə, hər on uşaqdan biri ibtidai məktəbə daxil olarkən aşkar görünən piylənmədən əziyyət çəkir, uşaqlar 10-11 yaşlarında olarkən bu rəqəm artır və artıq hər beş nəfərdən biri piylənməyə mübtəla olur.

Qidalanma üzrə ekspertlər ən sadə məhsullardan çox dadlı yeməklərin hazırlanmasının mümkün olduğunu deyən Ceymi Oliverin şərhləri ilə həmrəy olduqlarını bildiriblər. Onların sözlərinə görə, valideynlər ilk növbədə öz övladlarında piylənmənin inkişafına, daha sonra isə bu problemdən qaçmaqda onlara kömək etməyə görə məsuliyyət daşıyırlar.


Ardı →

"Corpus - İnsan Bədəni Muzeyi"

İnsan bədəninin içərisində dolaşaraq daxili orqanlar arasında gəzinmək bəlkədə çoxlarımızın uşaqlıqdan qalan, ancaq reallaşdıra bilmədiyi bir arzudur. Lakin artıq bu arzunu süni şəkildə də olsa reallaşdırmaq imkanına sahibik. Belə ki, Hollandiyada yerləşən «Corpus İnsan Bədəni Muzeyi» buna imkan verir. 35 metrlik insan görünüşlü binada dolaşaraq insanın bütün orqanları haqqında visual məlumatlar əldə edə bilərsiniz. Bu maraqlı muzeydən bəzi görüntüləri sizə təqdim edirəm...


Ardı →

Daha çox alma, daha sağlam ürək

Gülçiçəklilər fəsiləsinin ən geniş yayılmış növlərindən biri olan almanın respublikamızda üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: 

 Yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort almalar iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın övündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almalar tərkibcə çox zəngindirlər. Onun tərkibində 5-24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır.


Ardı →