Tutuquşu sahibini ölümdən qurtardı...

Tutuquşu sahibinin həyatını xilas etsə də, özü həlak oldu.

Cənubi Uelsdə ev tutuquşu yanğın zamanı öz sahibinin həyatını xilas etsə də, özü həlak olub. Yataq otağında yanğın başlayanda korella cinsli Kuki ləqəbli tutuquşu vanna otağına uçaraq 17 yaşlı sahibi Ben Risi xəbərdar edib.
Qeyd edək ki, Ben evdə tək olub. O, yataq otağında ətirli çubuğu yandıraraq duş qəbul eləməyə gedir. Xoşbəxtlikdən tüstünün iyini hiss edən quş sahibin arxasınca uçur. O, bərk çığırışlarla sahidinin diqqətini cəlb edir, gənc də yanğını görərkən əvvəlcə özü söndürməyə çalışır, bundan bir şey çıxmadığını görüb, özünü evdən bayıra atır. Xilaskar quş isə təəssüf yanğından qurtula bilmir.
Yanğınsöndürənlər yanğın bütün evə yayılmadan söndürə bilirlər.
Ben Risi sevimli tutuquşusunu heç vaxt unutmayacağını deyib.
Davamı →

Vəfalı dostlar

Silvertondan Bobbi
Silvertondan Bobbi
Silvertonlu Bobbi- Oreqon ştatında yaşayan it 2800 km yolu qət edərək sahiblərinin yanına qayıtdığı üçün bütün dünyada məhşur olmuşdur. 1923-cü ildə ailənin İndiana ştatına səyahəti zamanı iki yaşlı Bobbi yolda itmişdir. Uğursuz axtarışlardan sonra ümidsiz evə qayıdan ailə 6 aydan sonra Bobbini halsız vəziyyətdə qapılarının qarşısında aşkar etmişdirlər. Sən demə it qarlı yolları qət edərək, dağlardan keçərək sahiblərinin yanına qayıtmışdır.Bir anda bütün kütləvi informasiya vasitələri onun haqqında yazmağa, danışmağa başladı. 1927-ci ildə isə Bobbi dünyasını dəyişdi. Onu təntənəli şəkildə heyvanlar üçün qəbirstanlıqda dəf etmişdilər.
Ardı →