Vikinglər

Vikinglər azad kəndlilərdən toplanan və əsasən ticarət və quldurluq üçün dənizlərdə drakkarlardaüzən müxtəlif tayfalardan ibarət (əsasən skandinav mənşəli) sosial təbəqə. 810-cu ildən başlayaraq, 300 il Skandinaviyada hökm sürüblər. 300 il ərzində Vikinqlər bütün Avropaya yürüş ediblər. Avropanın çox yerində məskən salan vikinqlər Qrenlandiyanı kəşf ediblər Xristofor Kolumbdan 500 il əvvəl Şimali Amerikaya ayağ basan ilk avropalılar olublar. Fransada və Şotlandiyada öz dövlətlərini yaradıllar.

Anqlo-sakslar və digər millətlər Skandinaviyanı tərk etdikdən sonra buraya Danlar gəlib, 800-cü ildə öz dövlətlərini yaratdılar. 810-cu ildə şah Qotrrikın ölümündən sonra dövlət dağıldı və vikinqlər hakimiyətə gəldi. Buna səbəb vikinqlərin çoxsaylı gəmiləri və dənizdə güclü naviqasiyaya malik olmaları idi.
Davamı →

Orta əsrlərdə Avropa coğrafiyası

Normanlar Atlantikanın mənimsənilməsinə görə coğrafiya tarixində görkəmli yer tuturlar. Bu xalqlar tarixən Skandinaviya yarımadasının cənub-qərbində məskunlaşmışlar. Cənubda Boxus körfəzi və Skaqerrak boğazı ilə sərhədlənən Norveçin paytaxtı Nidaros (Tronheym) sayılırdı. Bu xalqın əsas məşğuliyyəti heyvandarlıq və dəniz məhsulları əldə etməkdən ibarət olmuşdur. Ət məhsulları ilə təmin olunsalar da, iqlim şəraiti çörəyə olan tələbatlarını ödəməyə həmişə mane olmuşdur. Elə buna görə də dənizlə cənub istiqamətdə hərəkət etməklə ət məhsullarını, xəz, dəri, piy, mis və bir sıra başqa malları çörəyə dəyişmək zərurəti yaradırdı.


Ardı →

Normanlar və Marko Polo

Normanların coğrafi kəşfləri

Vikinqlər adlanan normanlar – «şimal adaları» müasir Danimarkada İsveçin cənubunda və Norveç sahillərində yaşamış qədim alman tayfaları olmuşlar. Hələ VIII əsrdən başlayaraq norman gəmiləri Norveç, Baltik, Şimal, Barens dənizlərində və Biskay körfəzi sahillərində cəsarətlə üzürdülər. Onlar hətta Ağ, Xəzər, Aralıq və Qara dənizlərinə daxil olur, sahildəki kəndləri və şəhərləri viran edirdilər. Çay yuxarı qalxaraq gəmilərini sürükləyib bir hövzədən digərinə keçirirdilər. Baltik-Volqa su yolu ilə Xəzər dənizinə gəlib çıxma imkanlarını nəzərə alan görkəmli dəniz səyahətçisiTur Heyerdal Qobustan qayaları üzərindəki gəmi rəsmində normanların izlərini axtarmışdır.
Ardı →