Dünyagörüşü üçün intellektual Xəmsə sualları və cavabları

Qaraca qız
1. Süleyman Sani Axundovun “Qaraca qız” hekayəsi məhz bu silsiləyə daxildir. “Qorxulu nağıllar”
2. O, “Forbs” jurnalına görə 2004 və 2005-ci illərdə dünyada ən nüfuzlu qadın seçilmiş, həmçinin “Time” jurnalının müəyyənləşdirdiyi 100 nüfuzlu şəxs siyahısına daxil olan 2 afroamerikalıdan biri olmuşdur. Kondoliza Rays
3. Onun “Cangüdən” albomu ən çox satılan 2-ci albomdur. “Keşişin arvadı” filmindəki rola görə 10 mln ABŞ dolları almaqla o həm də ən böyük qanarar alan aktrisalardan biri oldu. Uitni Hyuston
4. Nyu-York ştatının “Fırlanan daş” kazinosunda debüt edən bu idmançının ləqəbi “Sancan arı”dır. Leyla Əli
5. Hər il Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatının təqdim edilmə mərasiminin keçirildiyi “Kodak” kinoteatrında 2333-cü ulduz məhz bu aktrisanın adını daşıyır. Holli Berri

Davamı →

İntellektual suallar və cavabları / Xəmsə və Brain-ring oyunu suallarına nümunələr


Mənim ağ şəhərim

  1. Oryol və Xarkov kimi şəhərlərin daxil olduğu Belqorod quberniyasının mərkəzi 1727-1779-cu illərdə məhz bu şəhər olmuşdur. Belqorod
  2. XIII-XIV əsrlərdə yaşadığı güman edilən bu şəxsin məzarı Ağşəhərdə (Akşehir) yerləşir.Molla Nəsrəddin
  3. Bəzi mülahizələrə görə adı kelt dilindən “ağ şəhər” kimi tərcümə olunan Vindobona şəhəri bizə məhz bu adla tanışdır. Vyana
  4. Şimali Afrikada yerləşən məhz bu şəhərin adı ispan dilindən “ağ ev” kimi tərcümə olunur. Kasablanka
  5. Bu şəhər öz tarixini e.ə. III əsrdə keltlərin Sava və Dunay çaylarının qovuşduğu yerdə yaratdıqları Sinqidunum adlı ərazidən götürür. Belqrad

Davamı →

İntellektual sual və cavablar

Fiziklər
1. 1922-ci ildə 14 yaşında Bakı Dövlət Universitetinə daxil olan bu şəxs eyni vaxtda iki fakültədə: fizika-riyaziyyat və kimya fakültələrində təhsil alırdı.Lev Landau
2. Ömrünün sonunda bu dahi ingilis fizik və riyaziyyatçısı peyğəmbər Daniil haqqında, Apokalipsisin şərhinə dair kitab yazmışdır. İsaak Nyuton
3. Onun ölçülməsi ilə müxtəlif vaxtlarda Qalileo Qaliley, Olaf Remer, Nikola Fuko, Ceyms Bradley, Albert Maykelson və başqaları məşğul olmuşlar. işıq sürəti
4. 1938-ci il Nobel mükafatı laureatı olan bu italyan və amerikan aliminin neytronlar fizikası sahəsində gördüyü işlər atom bombasının yaradılmasına gətirib çıxarmışdı. Enriko Fermi
5. Məşhur isveçrəli dramaturq Fridrix Dyurrenmattın bu pyesinin qəhrəmanları Albert Eynşteyn, İsaak Nyuton və Myobiusdur. “Fiziklər”

Davamı →

"Xəmsə" sualları

Xəmsə intellektual verilişində verilən suallara nümunələr

1-ci Mövzu: “Namələr”

  1. Mirzə Ələkbər Sabirin şeirlər toplusu bu ad altında çap olunmuşdur. (Hophop-namə).
  2. Füzulinin bu əsərinin 2-ci adı “Nişançi paşaya məktub”dur. (Şikayətnamə).
  3. Nizami Gəncəvinin “İsgəndərnamə” poeması bu 2 hissəyə  bölünür. (şərəfnamə, iqbalnamə).
  4. Fəzlullah Nəiminin son əsəri məhz, belə adlanır. (Vəsiyyətnamə).
  5. İsmayıl bəy Qutqaşınlının avtobioqrafik səciyyəli əsəri belə adlanır. (Səfərnamə).

Davamı →

Mədəniyyət: suallar və cavablar

1. Kulturologiya bir elm kimi nədən bəhs edir?
A. Mədəniyyətdən.
B. Mədəniyyətşünaslıqdan.
C. Mədəniyyətin formalarından.
D. Dünya mədəniyyəti tarixi və nəzəriyyəsindən.
E. İnsanın fəaliyyətindən.


2. “Hamının əsli gedib Adəmə çıxırsa, demək, hamı insandır, o isə başdan ayağa insaniyyətdir” sözlərinin müəllifi kimdir?
A. İmadəddin Nəsimi.
B. Fəzlulla Nəimi Astrabadi.
C. Nəsirəddin Tusi.
D. Əfzələddin Xaqani.
E. Nizami Gəncəvi.


Ardı →

"Xəmsə" həvəskarları üçün suallar-2

Budəfəki mövzular:Yelpikli mövzu, ...esk… ,Qırmızı mövzu,Nə mutlu türküm deyənə,Qələbə bizimlədir!

Yelpikli mövzu
100.Bu Azərbaycan şəhərinin küçələri yelpik şəklində şəhərin mərkəzi ətrafında dövrələnmişdir
200.F.Əmirov P.Sarasatenin məhz bu romansını  opera partiturasına daxil etmişdir
300." O, üzünə dəyən yüngül mehdən ayıldı. Əynində sarı paltar, əlində yelpik olan bir qız onun başı üstündə dayanmışdı. Nok Fana elə gəldi ki, o, bu qızı hardasa görmüşdür." Bu sözlər hansı Vyetnam nağılındandır?
400.Bu ləziz yeməyi hazırlamaq üçün badımcan,bekon,pomidor,bolqar bibəri,pendir,mayonez,sarımsaq,cəfəri və ya keşnişdən istifadə olunur
500.Mərcan poliplərinə aid bu heyvan görünüşünə görə həm də tora oxşayır
Ardı →