24. Real və nominal ÜDM

REAL VERSUS NOMINAL GDP
Beləliklə, ÜDM -a istehsal olunan bütün əmtəə və xidmətlərin bazar qiyməti daxil edilir. Əgər bir il üzrə onların istehlak göstəricisi yüksələrsə bu­nun iki izahı ola bilər: (1) iqtisadiyyatda istehsalın artımı müşahidə olunur; (2) əmtəə və xidmətlər daha baha qiymətlərlə satılmağa başla­mışdır.
Iqtisadçılar ÜDM-un artımını təhlil edərkən hər iki səbəbin təsirlərini dürüst müəyyənləşdirməyə və qiymətlərin artmasından asılı olmayaraq istehsalın əslində nə qədər artdığını müəyyən etməyə cəhd göstərirlər. Bunun üçün «Bu il istehsal olunan əmtəə və xidmətlərin dəyəri keçən ilin qiymətləri ilə hesablanarsa, onun göstəricisi nəyə bərabər olacaqdır?» fərziyyə xarakterli suala cavab verməyə imkan verən real ÜDM-un göstəricisindən istifadə olunur.


Ardı →

22. ÜDM deflyatoru və ya IQI?

ÜDM deflyatoru və ya IQI? THE GDP DEFLATOR VERSUS THE CONSUMER PRICE INDEX
ÜDM-un nominal dəyəri cari ilin qiymətləri, real dəyəri isə baza ilinin qiymətləri əsasında hesablanır. ÜDM deflyatoru faktiki olaraq baza və  cari ilin qiymətlər səviyyəsinin nisbətini əks etdirir.
Qiymətlərin vəziyyətini müşahidə etmək üçün iqtisadçılar ümumi mənzərəni bütövlükdə eyni cür əks etdirən hər iki göstəricidən istifadə edirlər. Buna baxmayaraq onların arasında müəyyən fərqlər mövcuddur.
Bu fərqlərdən birincisi ondan ibarətdir ki, ÜDM deflyatoru daxili istehsalçılar tərəfindən istehsal olunmuş əmtəə və xidmətlərin qiymət səviyyəsini, IQI isə istehlakçılar tərəfindən alınan əmtəə və xidmətlərin qiymət səviyyəsini əks etdirir. Məsələn, Boeing şirkəti tərəfindən istehsal olunmuş və ABŞ-ın Hərbi Hava Qüvvələri tərəfindən alınmış təyyarələrin qiyməti artarsa bu halda ÜDM deflyatoru da artır. Lakin təyyarə istehlak səbətinin tərkibinə daxil olmadığı üçün IQI dəyişməz qalır.


Ardı →