"Çipsi" necə yarandı və tərkibi

İngilis dilindən tərcümədə “dilim” adlanan “çipsi”nin yaradılması tarixi 24 avqust 1853-cü ilə təsadüf edir. ABŞ-ın Saratoqo Sprinqs şəhərində yerləşən bahalı Amerika restoranlarından birində baş aşpaz Corc Kram müştərisi üçün adəti üzrə kartof qızardıb. Lakin müştəri kartofu qalın qızartdığına görə aşpazı məzəmmət edib və sifarişi geri qaytarıb. Bundan əsəbiləşən Kram kartofu nazik doğrayaraq, xırçıldayana qədər yağda qızardıb. Bu, müştərinin çox xoşuna gəlib. Hətta bu yeməyi menyuya “Saratoq çipsi” adı ilə əlavə etmişdilər. Bundan sonra 30 il müddətində “çipsi”ni ancaq bahalı restoranlarda sifariş etmək olardı. Nəhayət, 1890-cı ildə o, küçəyə çıxarıldı. Vilyam Teppenden adlı şəxs Klivlenddə qəlyanaltı furqonunda kartofu “çipsi” qızartdı. Çox keçmədi ki, onun populyarlığı bütün Amerikanı bürüdü. Onun satıldığı xüsusi paket yarandıqdan sonra isə bütün dünyada tanındı.

Bu gün aşpazlar “çipsi”ni iki üsulla hazırlayırlar. Birincisi ənənəvi üsuldur. Bu zaman kartof 15-20 mm qalınlığında doğranır, yuyulur, duz-istiot vurulub yağda qızardılır. Yalnız sonda dadverici əlavələr vurulur. Onlar müxtəlif ölçüdə, çox zaman oval və burulmuş formada xırçıldayana qədər qızarmış olur.. 


Davamı →

Alma çipsləri

Tərkibi:
3 qırmızı alma
Limon suyu
Bir az darçın.

Hazırlanma qaydası:
Alamaları yuyub qabıqlarını soymadan cips kimi incə-incə kəsin. Kəsdiyiniz almaları limon suyu ilə ovalayın. Sobaya vermədən öncə üzərinə darçın səpəcəyiniz bir miqdar darçınla toxluq hissi yaranmasını sürətləndirə bilərsiniz.

Qaba yağlı kağızı qoyun və alma dilimlərini düzün. Öncədən isidilən 120 dərəcə sobada təxminən yarım saat bişirin. Sobadan çıxarandan sonra soyumasını gözləyin.
Davamı →