Saatlar ölüm vaxtını göstərir

saatHempton Kortçasın sarayında saatlar ev sahibinin ölüm günündə dayanır.
İlk dəfə bu fakt 1619-cu ildə qeydə alınıb. Belə ki, I Yakovun xanımı Kraliça Anna həmin il vəfat edib.

Alimlər sübut ediblər ki, bu hadisə bir neçə dəfə təkrarlanıb. Parapsixoloqlar isə hesab edirlər ki, ölən insan öz enerjisini buraxır və bu da saatları dayanmağa məcbur edir.

Belə bir hadisə 1887-ci ildə də qeydə alınıb. Belə ki, Pensilvaniyadan olan Corc Fray öz qardaşı Gideona məktub yazır. Məktubu yazandan sonra Corc saata baxıb görür ki, saat dayanıb. Saat 9.45-də dayanmışdı.
O yenidən saatı qurmaq istəyəndə alınmır. Növbəti gün o, məktub alır. Məlum olur ki, qardaşı saat 9:45-də ölüb.
Ardı →

Ölməyə 1 saatınız qalıb

İşimə yeni başlamağın həm ləzzətini, həm də həyəcanını yaşayırdım. Xüsusilə də, “həkim“ xitabına öyrəşməyə çalışırdım
Təcili tibbi yardım xidmətində işə yenicə düzəlmişdim. İşimə yeni başlamağın həm ləzzətini, həm də həyəcanını yaşayırdım. Xüsusilə də, “həkim“ xitabına öyrəşməyə çalışırdım. Bütün böyük xəstəxanaların təcili yardım şöbəsində olduğu kimi, burada da qaynar iş qrafikimiz vardı. Təcrübəli həkimlərin yanında mənə çox iş düşməsə də, mən öz işimi daha dərindən öyrənmək və təcrübi biliklərimi artırmaq üçün hər işdə yaxından iştirak etməyə cəhd göstərirdim...
Gecə saat 1 idi. İki qadın qollarından tutduqları 16-17 yaşlı bir cavan oğlanı xəstəxananın qapısına doğru gətirirdilər. Onların arxasınca isə təngnəfəs halda yaşlı bir kişi gəlirdi. Oğlanın atası olduğu bəlli idi. “Oğlumu xilas edin“, — deyə yalvarırdı.
Davamı →