Mən bir termos şüşəsiyəm

Təsadüfən köhnə kitabların birində rast gəldiyim avtoqraf məni yaman tutdu: “Ömrü boyu sözün qabağından qaçmışam… Amma sənə layiq söz tapa bilmirəm...”
Bu sözlər İsa İsmayılzadənin idi.
Bu sözlər də eləcə:
“Hərdən sözün-şeirin sıxıntısından, qələmə gəlməyən sözün, əlimə gəlməyən sözün ağrısından ürəyim sızıldayır; dünyada hər şeyin məndən ötrü qurtardığı belə anlarda harasa baş götürüb qaçmaq, uzaqlarda, əl çatmayan, ün yetməyən bir yerdə yolumu gözləyən itkin sözlərin dalınca düşmək, doğma, əziz adam kimi sözə sığınmaq, o sözün boyunu oxşamaq istəyirəm”.

Davamı →

Isa da bir Şəhiddir

Özü boyda baş daşıdır Qarabağ,
çöküb, çöküb sinəmizə.
Dirigözlü şəhid olduq,
Tez olun, Vətən boyda,
Şəhid qəbri qazın bizə...

Özü boyda göz yaşıdı Qarabağ,
Dərdimizin baş daşıdı Qarabağ...
Əkiz-əkiz qəbirlərdi Qarabağ
Vətən boyu səpələnib,
Hər qəbir — şəhid Vətənin
bapbalaca bir qəlpəsi,
Hər qəbir –boynu bükük Vətənin
bapbalaca bir  təpəsi...

Davamı →

Azərbaycan ədəbiyyatının səhnəsi - İki yaxın dostun qəvi düşməni, yaxud Paraselsin qızılgülü

Şair obrazı. Şeir yazanların hamısı bu obraza malik olmur. Ələkbər Salahzadə və İsa İsmayılzadə. İnsani, həyat tarixçəsi, nəhayət, ədəbiyyata gəlişləri baxımından bu qədər yaxın şairlərin üslubu, dəst-xətti əslində, çox fərqlidir, o qədər fərqli ki, bəlkə onlardan eyni kontekstdə söz açmaq belə düzgün olmazdı. Ona görə bu iki şair haqqında ənənəvi yozumdan vaz keçib son dərəcə fərqli rakursdan bəhs etməyə çalışacağıq. Bu acıdan onlar haqqında indiyə qədər (qoşa vərəqdə-!) deyilənləri sözə başlanğıc, mətləbə giriş kimi ala bilərik, yəni bu hekayələrin hər bir sətrini artıq bilirik, indi isə necə deyək, ağ vərəqə yazılan hərflərin üstüylə gedib onları pozur və hər bir hərfin altında dustaq olan nəfəsi görmək istəyirik.

Davamı →