İstanbulun böyük, ən gözəl adası

“Sizin yaşınız azdır, bilməzsiniz… Bu şəhər necə çirkinliklərə şahid olub, necə iyrənçlikləri ört-basdır edib. İstanbul – İstanbul olmaq, bu günə gələ bilmək üçün çox şeyləri özündə basdırıb. Bizim dədələrimiz həmişə vuruşub, bir çox savaşlardan keçmişik. Bunun yaxşı üsul olmadığını bilirik. Dava-dalaş istəmirik. Ancaq bəzən insanlarımıza başqa şans buraxmırlar”, – Kabataş vağzalından adalara doğru gedirik. Gəmidəki 93 yaşlı, eks dövlət məmuru İstanbulun keçmiş vaxtlarından danışır.
Gəmi Heybəli adasında dayanır. Sərnişinlərdən birinin halı pisləşib. Hamının qadına görə narahat olduğunu görən yaşlı adam əlavə edir: “Görürsünüz də pulsuzluqdan, dərmansızlıqdan asma xəstəsi nə hala düşüb”.

Davamı →

İstanbul | Avropanın mədəniyyət paytaxtı

  • Turizm
Dünyada iki qitədə (Avropa və Asiya) yerləşən yeganə şəhər İstanbuldur. Özündə zəngin tarixi və mədəniyyəti yaşadan, 2 000 illik tarixi boyunca 3 böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən məkan. Başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu şəhər və muzey. İstanbulu tanımaq üçün onun haqqında oxumaq, danışılanları dinləmək yetərli deyilmiş. Bunun üçün mütləq tarix qoxan küçələri addım-addım dolaşmaq, dünya üzərindəki ən böyük imperiyalardan — Bizans və Osmanlıdan qalan mirası yerində görmək, hər küncündə özün üçün kəşflər etmək lazımmış. Bu ecazkar şəhəri kəşf etdikcə tanımağa başlayırsan, tanıdıqca sevirsən. Qardaş ölkənin ən böyük şəhərinə ilk dəfə ayaq basanda məndə yaranan birinci təəssürat belə oldu: Napoleon Bonapart heç də yanılmayıb.
Ardı →

İstanbul I Orhan Pamuk

İkinci hissə(Qaranlıq muzey — evin şəkilləri)

Anam, atam, qardaşım, nənəm, əmilərim, xalalarım, bibilərim beşmərtəbəli mülkün müxtəlif mərtəbələrində yaşayırdıq. Mən doğulmazdan bir il əvvələ qədər böyük Osmanlı ailəsi kimi hamının birlikdə, amma ayrı-ayrı otaq və hissələrində yaşadığı yandakı böyük daş ev boşaldılıb özəl bir ibtidai məktəbə kirayəyə verilmiş, 1951-ci ildə bitişikdəki tikinti sahəsində indi bizim dördüncü mərtəbəsində yaşadığımız «modern» bina tikilmiş, küçə qapısının üzərinə də o zamankı dəbə uyğun olaraq qürurla «Pamuk Mülkü» yazılmışdı. İlk illərdə anamın qucağında çıxıb-düşdüyüm bu mərtəbələrin hər birində bir-iki piano vardı. Həmişə qəzet oxuyarkən xatırladığım əmim də sonda evlənmiş, daha sonra yarım əsr küçədən keçənləri pəncərədən seyr edərək içində yaşayacağı birinci mərtəbəyə əmim arvadı və pianosuyla köçmüşdü. Heç biri çalınmayan bu pianolar məndə hüzn və mənəvi sıxıntı oyandırırdı. Təkcə pianoların çalınmamasına görə deyil, içi dopdolu Çin qabları, fincanlar, gümüş dəstlər, şəkər qabları, burunotu qutuları, büllur qablar, gülabdanlar, boşqablar, buxurdanlar (və bir gün aralarında gizlənmiş kiçik oyuncaq maşın) dolu vitrinli bufetlərin həmişə qıfıllı qalması, sədəf işləməli rəhillərin, divardan asılı əmmamələrin işlənilməməsi, Art Nouveau və yapon sənəti təsirini özündə saxlayan pərdələrin arxasında heç bir şeyin gizlənməməsi,
Ardı →

İstanbul I Orhan Pamuk

Birinci hissə
İstanbulun küçələrində hardasa, bizimkinə bənzəyən bir başqa evdə hər şeyilə mənim bənzərim, əkiz tayım, hətta tam eynim olan başqa bir Orhanın yaşadığına uşaqlıqdan başlayaraq uzun illər boyu inandım. Bu fikrin ilk dəfə haradan və necə beynimə düşdüyünü xatırlaya bilmirəm. Böyük ehtimalla səhv başa düşərək, təsadüflər, oyunlar və qorxularla hörülmüş uzun prosesin sonunda bu fikir içimə dolmuşdu. Bu xəyal beynimdə işarmağa başlayınca nələr hiss etdiyimi açıqlaya bilmək üçün, onu ən müəyyən şəkli ilə ilk dəfə hiss etdiyim anlardan biri barədə danışmalıyam. Beş yaşımdaykən bir dəfə başqa bir evə yollanmışdım. Anamla atam dalaşıb ayrıldıqdan sonra nəhayət Parisdə görüşmüş, İstanbulda qalan məni və böyük qardaşımı da bir-birimizdən ayırmışdılar. Böyük qardaşım Nişandaşında Pamukların mülkündə nənəm və böyük ailə üzvləri ilə birlikdə qalırdı. Məni isə Cahangirə xalamın evinə yollamışdılar. Həmişə sevgiylə və gülümsər üzlə qarşılandığım bu evin divarında ağ çərçivə içərisində kiçik uşaq şəkli asılmışdı. Aradabir xalam, ya da xalamın əri divardakı şəkli göstərib «bax, bu sənsən» deyə gülümsəyərdilər.
Ardı →