Bir dəfə Şirokinoda

Şirokinoya o unudulmaz səyahətlə bağlı heç bir qeydim qalmayıb. İndi yadıma düşənlər isə çox natamam, qırıq-sökükdür. Mənim kimi huşsuz adam üçün də beş ildən bəri yaddaşın küncündə hansısa qırıq-sökük xatirələrin ilişib qalması bir möcüzədir. Həm də Şirokinoda gəzdiyimiz yerləri asanlıqla unutmaq mümkün deyil. Robert Kapa deyirdi ki, çəkdiyin şəkillər yaxşı deyilsə, deməli gözəlliyə çox da yaxın olmamısan. Amma biz Şirokinoya çox yaxın idik. Əgər şəkil yaxşı alınmayıbsa, yaddaşımı günahkar bilməliyəm.

Davamı →