Əncir nədir?

  • Flora

Əncir nədir ?
Əncir, Tut (Moraceae) fəsiləsinə, FicusL. (2/2=26,39,52) cinsinə aiddir. Yer kürəsinin tropik və subtropik bölgələrində 1000-ə qədər növü yayılmışdır. Ölkəmizdə daha geniş yayılanı bir növü F. Carica L adlanan növdür. Bu növ, yabanı halda Güney Qafqaz, Orta Asiya, İran, Kiçik Asiya, Hindistan və Əfqanıstanda yayılmışdır. Çox ucaboylu (5-10 m və daha çox) kol tipli ağac bitkisidir. Kök boğazından yuxarı hissədə 3-5 ədəd güclü inkişaf edən gövdə yaradır. Çətri geniş, kürəşəkillidir. Bir qədər sallaqdır. Gövdəsi və budaqları hamar, boz rəngli, zoğları əvvəl yaşıl, sonra açıq-qəhvəyi və daha sonra boz kül rəngində olur. Yarpaqları iri, əksərən dilimli (3-4 dilimdən ibarət) və bəzən bütöv olur. Yarpaq ayası üst tərəfdən açıq yaşıl, alt tərəfdən boz yaşıl rəngli və narın tüklüdür. Yarpaq saplağı uzun (12 sm-ə qədər) və qalındır. 

Əncir necə çoxalır? və əncir ağacının çiçəkləri varmı?


Davamı →

Əncirin 8 mühüm faydası

Əncir çox faydalı müalicəvi məhsuldur. Əncir vitaminlər, minerallar, aminturşuları, antioksidantlar, qidalı liflər və s. faydalı maddələrlə olduqca zəngindir. Əncirin ən mühüm faydaları bunlardır:

1. Əncir kaliumla zəngindir. Bu mineral ürəyin sağlamlığı və normal fəaliyyəti üçün çox vacibdir. Kalium təzyiqi normada saxlamağa kömək edir.

2. Əncir qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır.

3. Əncirin tərkibində «benzaldegid» adlı maddə var. Elmi araşdırmalar sübut edib ki, bu maddə xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alır.

4. Əncir dəmirlə zəngindir və bu səbəbdən qanazlığı zamanı və qanazlığının profilaktikası üçün çox faydalıdır.
Davamı →

Əncir qurusunun faydaları

Qış aylarında təbii dərman kimi istifadə edilən quru əncirin faydalarına nəzər yetirək.

Tərkibindəki protein sayəsində vitamin və minerallarla hüceyrələrin yenilənməsini təmin edən xolesterolun qana qarışmadan bədəndən atılmasına kömək edir.

Tərkibindəki “benzaldehit” maddəsi ilə xərçəng hüceyrələrinin böyüməsini əngəlləyir.

Maqneziumun 30, fosforun 20, B1 vitaminin 5, B2 vitaminin isə 4 faizini əhatə edən quru əncir bağırsaqların müntəzəm çalışması üçün antioksidandır.

Qrip infeksiyalarının əngəllənməsində təsirlidir.

Dərinin gözəlləşməsində effektlidir.

Gündəlik bir, ya da iki ədəd yeyilməsi məsləhətdir. 


Davamı →