Dünya iztirabları | Artur Şopenhauer

"Əzab həyatın ayrılmaz hissəsi olmasa, o zaman həyatımızın bir məqsədi olmaz. Yer üzündə yaşanan ağrılarda heç bir məqsəd olmadığını və bunda az da olsa xoşbəxtlik payının olmamasını görmək çox absurddur. Şübhəsiz, bədbəxtlik özlüyündə nəsə qeyri-adi hadisə kimi görünür, amma ümumilikdə bu, həyatın qanunudur" (Artur Şopenhauer)

Fəlsəfi sistemlərdən bir çoxu şəri mənfi bir hal kimi təqdim edir, mən dünyada bundan böyük cəfəngiyyat bilmirəm. Müsbət olan şey özlüyündə həm də şərdir; o öz yaşamını hiss etdirir. Xüsusilə də Leybnits bu cəfəngiyyatı daha çox müdafiə eləyib: o, öz mövqeyini bir əhəmiyyəti olmayan sofizmlə möhkəmləndirmək istəmişdi. Mənfi olan şey yaxşıdır: başqa sözlə desək, xoşbəxtlik və həyatdan razı qalma arzuların yerinə yetirildiyini bildirir, yəni ağrılı-acılı günlərə son qoyulur.

Bu onu göstərir ki, biz səfanı istədiyimiz kimi qəbul etmirik və əzabı da çox şişirdirik. Bu həyatda ən böyük zövq əzabı artırmaqdır: yaxud da bu iki hiss arasında balans var. Əgər oxucu bu iddianın sübutunu görmək istəyirsə, gəlin ona biri digərini yeyən iki heyvanın keçirdiyi hissləri müqayisə edək.

Bədbəxt və qəm-kədər içində olan bir şəxsin ala biləcəyi ən gözəl təsəlli başqalarının ondan da pis vəziyyətdə olduğunu fikirləşməkdir və bu təsəlli hər kəsə yaxşı tanışdır. Amma ümumiyyətlə bu çox böyük fəlakətdir.

Bizlər, otluqda qurbanını bir-bir seçən qəssabın nəzarətində olan quzularıq. Yaxşı günlərimiz olanda biz şərin — kasıblıq, xəstəlik, şikəstlik, gözün görməməsi və sairə kimi hallarda baş verdiyini unuduruq.

Amma burda əzabın heç bir günahı yoxdur, əzablar bizi elə hövsələdən çıxarır ki, nəfəs belə ala bilmirik, əlində qamçı olan gözətçi tək daim bizi izləyir. Sıxıntılara son qoya bilsək, o zaman bu gözətçini də dayandırmış olarıq.
Ardı →

Bir damcı kifayətdir

Səhra əfsanələrindən birində deyilir ki, bir kişi var imiş, hansı ki, qonşu vahəyə (oazisə) köçmək istəyib. Buna görə də o başlayıb dəvəsini yükləmyə. Belə ki, xalçalarla, mətbəx ləvazimatlarıyla, geyimlər toplanmış sandıqlarla yüklənmiş dəvə də bütün bunlara dözürdü. Onlar yola çıxacaqları vaxt kişinin yadına atasının ona verdiyi mavi pero düşür. O bu peronu da götürür və qoyur dəvənin kürəyinə. O bunu elədiyi vaxt, heyvan ağırlıqdan yerə çırpılır və ölür. Kişi düşündü: “Mənim dəvəm heç bir dənə peronu belə saxlaya bilmədi”

Bəzən biz də başqaları kimi düşünürük-  balaca bir zarafatımız əzab badəsini daşdıracaq bir damcı ola biləcəyini anlamadan.


Paulo Koelyonun «Maktub»undan


Davamı →