Ac qalıb intihar edən, terrora qurban gedən Cümhuriyyət tələbələri

Budəfəki yazıda   Cümhuriyyət hökumətinin atdığı ən vacib qərarın qəhrəmanları- Cümhuriyyətin xaricə göndərdiyi 100 tələbədən qısaca da olsa danşacağıq.
Təəssüf ki, Cümhuriyyət dünyanın bir neçə nöqtəsinə böyük ümidlə yolladığı həmin tələbələrdən faydalana bilmədi.
Çünki qısa müddətdən sonra devrilən ADR-dən sonra o tələbələr artıq təhsillərinin əsas mahiyyətindən uzaq düşdülər. Onlar gənc dövlətə xidmət etmək üçün oxuyurdular. Amma heç bir il keçməmiş həmin dövlət işğal edildi. Pulları və arzuları kəsilən tələbələr isə çox pis durumda qaldılar. O haqda az sonra…

Davamı →

Azərbaycan Xalq Cümhuriyyəti dövründə elm və təhsil islahatları

Xalq Cümhuriyyətinin geniş fəaliyyət istiqamətlərindən biri də təhsil siyasəti ilə bağlı olmuşdur. Azərbaycanın dövlətçilik tarixində birinci respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin həyata keçirdiyi təhsil siyasətinin araşdırılması ölkəmizdə təhsilin inkişafı tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni-maarif sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdi. AXC hökumətinin 1918-ci il 30 iyun tarixli qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edilmiş və müvafiq kadrlarla təmin edilmişdi.

Davamı →

Azərbaycanın qürbətdə ölən eks naziri

Şəkilin nə zamanını, nə də məkanını dəqiqləşdirə bilmədik… Yəqin ki, daha düzünü köhnə hərəkatçılar bilər.
Görünən isə odur ki, Əbülfəz Elçibəy və Tofiq Qasımov “Elçibəy havası”na oynayırlar…
Tofiq Məsim oğlu Qasımov 1938-ci il aprеlin 10-da Azərbaycanın Ağdaş rayonunun Ləki kəndində anadan olub. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb, Universiteti bitirdikdən sonra Azərbaycan Еlmlər Akadеmiyasının Fizika İnstitutunda işə başlayıb. Uzun illər fizika-riyaziyyat elmləri namizədi dərəcəsi ilə elm sahəsində çalışıb.

Davamı →

Əli və Nino-nun mübahisəli müəllifi olan AXC səfiri kimdir?

“Onun çöhrəsi indiki kimi gözümün qabağındadır. Ah, necə gözəl, necə alicənab, necə namuslu, necə halal adam idi Yusif… Heyif  Yusifdən,çox heyif! Necə istiqanlı, necə mehriban, necə zəkalı oğlan idi...Yusif o qədər nurlu, o qədər şən adam idi ki, qapıdan girəndə elə bil evimizin işığı artırdı”. Professor Şövkət Məmmədova.
Gənc ictimaiyyətimiz Y.V.Çəmənzəminlini daha çox istedadlı yazıçı kimi tanıyır, o isə həm də bacarıqlı siyasi xadim, mahir diplomat, qabiliyyətli publisist, bir sözlə, fəal vətəndaş olub. Təxəllüsü atasının doğma kəndi olan Çəmənzəminin (Cənubi Azərbaycan) adı ilə bağlıdır. ( Başqa və daha dəqiq hesab olunan versiyaya görə, təxəllüs Çəmənzəmin kəndindən Şuşaya gəlmiş 3 qardaşın şərəfinə qəbul olunub).

Davamı →

AXC-nin yaranması, Qarabağda ermənilərin azərbaycanlılara qarşı soyqırımı

1918- ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Lakin, yeni yaradılmış «Ararat” Respublikası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Qarabağla bağlı əsassız iddia irəli sürdü. Azərbaycan hökuməti bu iddianı qətiyyətlə rədd etdi. Xalq Cümhuriyyəti Qarabağın bütün tarixi ərazisini Respublikanın tərkib hissəsi sayır və burada siyasi hakimiyyətin bərqərar edilməsinə çalışırdı.
I Dünya müharibəsi cəbhəsindən qayıdan ruslar öz silahlarını ermənilərə verdi. Erməni-daşnakların əlinə böyük miqdarda silah keçdi. Bu, azərbaycanlılara qarşı soyqırımının həyata keçirilməsinə səbəb oldu. 1918-ci ilin mart-sentyabr aylarında ermənilər Qarabağda soyqırımı törətdilər. Daşnaklar Qarabağın qəzalarında kəndləri və şəhərləri dağıtdılar, yandırdılar. Minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular.
Davamı →

Cümhuriyyət dövründə baş vermiş 10 mədəni hadisə

1. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Bu sənəd Azərbaycanın Gülüstan və Türkmənçay müqavilələri ilə iki hissəyə bölünməsindən sonra ana dilinin işlənməsinə dair ilk rəsmi sənəd idi.

2. Dövlət Teatrının pərdələri ilk dəfə 1918 il noyabrın 4-də Nəriman Nərimanovun «Nadir şah» faciəsinin tamaşası ilə açıldı. Dövlət teatrının direktoru Zülfüqar Hacıbəyov idi.
Davamı →