Akutaqava Rünoske - Cəhənnəm iztirabları

Akutaqava Rünoske (1892-1927) — 1892-ci il iyulunda Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə «Rasyamon darvazası» və «Burun» hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə «Magiya möcüzələri», «Bisey necə inanırdı», «Bir qisasın tarixçəsi», «Susanoo-no-mikoto, „Susanoo-no-mikoto ahıl çağlarında“, „Tanrı Aqni“, „Qəribə hekayət“, „Xanım Rokunomiya“, 1924-1927-ci illərdə „Sanemonun cinayəti“, „Məktub parçası“, „Momotaro“, „At ayaqları“, „Ölümdən sonra“, „Karmen“, „Suadamları ölkəsində“, „Tanekonun kədəri“, „Yuxu“ və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı „İlğım“ və „Dişli çarxlar“ hekayələrində və „Səfehin həyatı“ povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.
A.Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Akutaqava Rünoske mükafatı yaradılmışdır.

Davamı →

Royal | Akutaqava Rünoske

Yağışlı bir payız günü İokoqamedə Yamate küçəsiylə iş dalınca gedirdim. Bu rayonda həmin vaxt zəlzələ (Kantoda 1923-cü ildə baş verən dəhşətli zəlzələ nəzərdə tutulur) günlərində olduğu kimi xaos idi. Dəyişən bir şey vardısa, o da evlərin damından qopub düşən şiferlərin və dağılmış kərpic divarların arasında bitən kol-kosdu. Hansısa bir evin xarabalığında mən birdən yarıya qədər divarın qalıqları altında qalan, klavişləri parıldayan royal gördüm. Kol-kosun içindəsə çəhrayı, mavi, qəhvəyi hərflərlə əsərlərin adı yazılan islanmış notlar səpələnmişdi.

Biz o adamla iş haqqında danışdıq. Xoşagələn söhbət deyildi. Tezliklə görüşmək barədə razılaşıb, axşamdan çox keçmiş onun evindən çıxdım.

Xoşbəxtlikdən yağış kəsmişdi. Külləyin qovduğu buludların arasından hərdən Ay görünürdü. Qatara gecikməmək üçün (təbii ki, siqaret çəkmək qadağan edilmiş dövlət dəmiryolunun elektrik qatarı mənə əl vermirdi), çalışırdım bacardıqca bərk gedəm.

Qəfil səslər eşitdim, elə bil kimsə royal çalırdı. Çalmaq yox, daha doğrusu, sanki kimsə klavişlərə toxunurdu. Addımlarımı qeyri-iradi yavaşıdıb, xarabalığa göz gəzdirdim. Ay işığında kol-kosun içindəki həmin royalın klavişlərini gördüm. İns-cins gözə dəymirdi.


Ardı →

Cəhənnəm iztirabları | Akutaqava Rünoske

Akutaqava RunoskeAkutaqava Rünoske (1892-1927) — 1892-ci il iyulunda Yaponiyanın paytaxtı Tokio şəhərində anadan olmuşdur. 1915-ci ildə «Rasyamon darvazası» və «Burun» hekayələri işıq üzü görüb. 1920-1923-cü illərdə «Magiya möcüzələri», «Bisey necə inanırdı», «Bir qisasın tarixçəsi», «Susanoo-no-mikoto, „Susanoo-no-mikoto ahıl çağlarında“, „Tanrı Aqni“, „Qəribə hekayət“, „Xanım Rokunomiya“, 1924-1927-ci illərdə „Sanemonun cinayəti“, „Məktub parçası“, „Momotaro“, „At ayaqları“, „Ölümdən sonra“, „Karmen“, „Suadamları ölkəsində“, „Tanekonun kədəri“, „Yuxu“ və s. novellalar yazıb. Yazıçının 1927-ci ildə yazdığı „İlğım“ və „Dişli çarxlar“ hekayələrində və „Səfehin həyatı“ povestində özünə qəsd etmək meylləri aydın duyulur. Bu əsərlər müəllifin o vaxtkı psixi vəziyyətini hər şeydən yaxşı əks etdirir.
A.Rünoske 1927-ci il iyul ayının 24-də yüksək dozada yuxu dərmanı içərək özünə qəsd edib. 1935-ci ildə ədəbiyyat sahəsində Akutaqava Rünoske mükafatı yaradılmışdır.
Ən məşhur hekayələri: «Rasyomon darvazası» (1915), «Burun» (1916), «Cəhənnəm əzabları» (1918) və «Sıx meşədə» (1922).
1950-ci ildə Rünoskenin «Rasyomon darvazası» (1915) və «Sıx meşədə» (1922) hekayələri əsassında Akira Kurosavanın «Rasyomon» filmi ekrana çıxmışdır. 

Ardı →