Lev Tolstoyun Anna Karenina romanı müasirlərinin gözü ilə

«Anna Karenina” romanının müxtəlif qiymətləndirmələrini analiz edərkən belə nəticəyə gəlmək olar ki, L.N.Tolstoyun müasirləri əsərin əsl mənasını anlamağa müvəffəq olmamışlar. Belə görünür ki, buna səbəb Konstantin Levin obrazının ideya-kompozisiya rolu, iki süjet xəttinin – Anna və Levinin romanın bədii strukturunda qarşılıqlı əlaqəsi anlaşılmamışdır. Başqa sözlə – romanın bədii vahidliyini mühafizə edən L.N.Tolstoyun təbirincə desək, müasirləri həmin „daxildəki kilid”i görə bilməmişlər. Qarşınızdakı məqalədə “Anna Karenina” romanına L.N.Tolstoyun müasirlərinin yanaşma tərzi nəzərdən keçirilir.

Davamı →

Ağlın toxluğundan qəlbin aclığına

  • Esse
Anna Karenina və ovçu
Biz gülə qulluq edirik, su veririk ki, o, tez böyüsün və gəlib bizim arzuladığımız gözəlliyinə çatsın. Gülün ən gözəl vaxtı qönçəliyindədir, çünki qönçəlikdə gözəllikdən daha möhtəşəm olan həm gözəllik, həm də gözəllik ümidi var. Ancaq elə ki, gül böyüyür, pardaqlanıb açılır, ləçəkləri irilənir, nədənsə onun gözəlliyində bir vəhşilik peyda olur. O vaxtdan başlayaraq bizim gülə ümidsizliyimizin əsası qoyulur. Biz o gülün daha pis hala qalacağını, solacağını düşünürük. Beləcə, gül solmamışdan öncə bizim ona olan ümidimiz solur... 

Vronski Annanın arxasınca Moskvadan gələndə daha xoşbəxt idi, nəinki onunla birgə günlər keçirəndə. Çünki Anna öz dərdindən xarab olmuşdu – enlənmişdi, üzündəki qırışlar dərinləşmişdi, əvvəlki gözəlliyini anbaan itirməkdə idi.
Davamı →

Anna Karenina | Lev Tolstoy

«Anna Karenina» mürəkkəb, zərif psixoloji, kəskin problemlərlə və dövrünün əlamətləri ilə zəngin əsərdir. L.N.Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını, əxlaqın, ailə təməlinin düşdüyünü, əsilzadəliyin cırlaşmasını təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Onun üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır.

Əsərdən seçilmiş hissələr

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir.

Həyatın bütün çətin və həlledilməz suallara verdiyi ümumi cavabdan başqa cavab yox idi. Cavab belə idi: «günlərin tələbinə görə yaşamaq lazımdır, yəni unutmaq».


Ardı →