Kinomuzda qadınlar

  • Kino
İlk dəfə 1897-ci ildə Lümyer qardaşlarının kinoapatı Azərbaycana gəlib çıxmış, 1898-ci ilin 8 yanvarında isə milyonçu H.Z.Tağıyevin evində, «Bakinskoye Obşestvennoye Sobraniye»nin zalında ehtiyacı olan "Şagirdlərə Yardım Cəmiyyəti«nin xeyrinə keçirilən gecədə „Canlandırılmış fotoşəkillər“ nümayiş etdirilmişdir. Bu canlı fotolar — kiçik filmlər bunlar idi: „Bibiheybətdə neft mədənində yanğın“ (1898-ci il iyul ayının 27-də Bibiheybətdə neft mədənində yanğın baş vermişdi. O vaxtlar bu yanğınlar adi hal idi. Ancaq həmin gün fransız A.M.Mişon tərəfindən lentə alınmış bu kiçik sənədli film Parisdəki kino muzeyində qorunub saxlanır), „Əlahəzrət Buxara Əmirinin yola salınması“, „Qafqaz rəqsi“ və „İlişdi“ filmləri. Bunların arasında cəmi bir oyun filmi vardı. „İlişdi“ adlı həmin kinosüjetlə demək olar ki, ilk Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.

Davamı →

Arşın mal alanın talesiz Soltan bəyi

Ağadadaş Qurban oğlu Qurbanov 1911-ci il mart ayının 8-i Bakının Saray qəsəbəsində kasıb ailədə dünyaya gəlib. Valideynlərini erkən itirdiyi üçün bacısı ilə birgə babasının himayəsində yaşamağa başlayır. Ancaq bir neçə il sonra onları da itirdiyindən şikəst əmisinin yanında qalmalı olurlar. O, 9 yaşından qonşulara su daşımaqla ailənin qayğılarını yüngülləşdirməyə çalışır. Ağır həyat yaşasa da, hələ məktəb yaşlarından teatra, incəsənətə böyük maraq göstərən Ağadadaş Qurbanov istedadlı uşaqları başına yığıb dram dərnəyi yaratmağa çalışır, rejissorluğu da özü edir.

Davamı →

Üzeyir Hacıbəyli “Arşın mal alanı“ niyə qadağan etmişdi?

Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını ilk dəfə rus rejissoru Boris Svetlov 1916-cı ildə ekranlaşdırıb. Svetlov eyni zamanda Rusiyanın müxtəlif teatrlarında aktyor işləyib, Azərbaycanda film istehsalı ilə məşğul olan “Filma” səhmdar cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib və burda bir neçə film çəkib. “Arşın mal alan” “Filma”nın layihəsi idi. Bundan öncə isə sözügedən cəmiyyət “Neft və milyonlar səltənətində” filminin sifarişçisi olmuşdu. “Neft və milyonlar səltənətində” yerli publikanın marağını çəkdiyindən “Filma” ölkədəki kino bazarını əldə saxlamaq, qazanc götürmək məqsədilə növbəti dəfə məhz “Arşın mal alan” əsərinin üzərində dayandılar. “Arşın mal alan” o dövrdə çox populyar idi, burada azərbaycanlıların məişətinin, adət-ənənələrinin əksi, əsərin koloriti istehsalçıların diqqətini çəkmişdi.

Davamı →