Əsən küləkdə | Bob Dilan

Kişi olanacan görən bir adam,
Dünyada nə qədər yol keçməlidi?
Görəsən qumsala qanad salmadan,
Göyərçin nə qədər yol ölçməlidi?
Görəsən nə qədər atılmalı ki,
Mərmilər əbədi yasaqlansınlar?
Əsən küləkdədir, dostum, cavabı,
əsən küləkdə.

Dağ görən nə qədər mövcud olmalı,
Aşınıb dənizə axmaqdan ötrü?
Bir insan neçə il insan qalmalı,
Axır azadlığa çıxmaqdan ötrü?
İnsanlar laqeyd olana qədər,
Gözünü nə qədər qaçırmalıdı?
Əsən küləkdədir, dostum, cavabı,
əsən küləkdə.
Davamı →

Mahnılarım ədəbiyyatdırmı? | Nobel nitqi

Axşamınız xeyir! Mən İsveç Akademiyası üzvlərini və bu gecə burada iştirak edən bütün hörmətli qonaqları ürəkdən salamlayıram.

Təəssüf edirəm ki, tədbirdə şəxsən iştirak edə bilmirəm. Lakin əmin olun ki, bütün ruhumla sizin yanınızdayam və bu cür nüfuzlu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. Ədəbiyyat üzrə Nobel mükafatı təsəvvür belə etmədiyim, yaxud baş verəcəyini xəyal belə etmədiyim bir şeydir.

Uşaqlığımdan bəri bu mükafata layiq olan Kiplinq, Şou, Tomas Mann, Perl Bak, Alber Kamyu, Heminquey kimi yazıçıların əsərlərini oxumuş və onları öz ruhuma hopdurmuşam. Məktəblərdə keçilən, dünyanın hər yanındakı kitabxanalarda saxlanılan və haqqında ehtiramla söz açılan bu əsərlər insanlara həmişə dərin təsir göstərib. İndi mənim bu siyahıdakı adlara qoşulmağım, həqiqətən də, sözlə təsvir edə bilmədiyim bir duyğudur.

Davamı →