Zaminlikdən imtina etmək mümkündürmü ?

Əgər kredit müqaviləsinə zaminin xəbəri olmadan dəyişiklik edilibsə, bu halda zaminliyə xitam verilir:

1.
Qanunvericiliyə əsasən, zaminlik öhdəliyi kredit müqaviləsi bitənədək davam edir. Amma Mülki Məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsi halları nəzərdə tutulur.
Belə ki,
Davamı →

Borcun hökmləri

Möminlərə, xüsusilə onlardan ehtiyacı olanlarına borc vermək rəvayətlərdə çox tövsiyə edilən müstəhəbb işlərdəndir. Həzrət Rəsuli-əkrəm, səlləllahu ələyhi və alihdən, rəvayət olunur ki: «Hər kəs öz müsəlman qardaşına borc versə, onun malı arta və məlaikələr ona rəhmət göndərərlər və əgər öz borclusu ilə xoş rəftar etsə, hesabsız və sürətlə Siratdan keçər. Və bir şəxs, müsəlman qardaşından borc istədiyi halda ona borc verməzsə, Cənnət ona haram olar».
Məsələ 2281: Borcda siğənin oxunması lazım deyildir, hətta bir şeyi borc niyyəti ilə verərsə və o da həmin qəsdlə olarsa, səhihdir.
Davamı →

Borc haqda 10 maraqlı fakt

1. Qədim Yunanıstanda borc verən gedib borc götürənin torpağında xüsusi lövhə qoyurdu. Bu lövhə ipoteka adlanırdı. İpotekanın mənası bu idi ki, borclu vaxtında pulu qaytara bilməsəydi, torpaq kreditorun adına keçirdi.

2. 1827-ci ildə Əlcəzair hökmdarı fransız səfiri borcunu ödəmədiyinə görə milçəköldürənlə vurmuşdu. Bu hadisə 3 il sonra Fransanın Əlcəzairi işğal etməsinə bəhanə olmuşdu. 

3. Hindu qəbiləsindəki bir adətə görə, borc götürən girov əvəzinə öz adını qoyur. Borc ödənənəcən qəbilədəkilər həmin ona jestlərlə və anlaşılmazla səslərlə müraciət edirlər. Yəni adını çağırmırlar.

4. Çörçill deyirdi: “Dövlətini reputasiyasını borc götürə bildiyi məbləğ müəyyən edir”.

5. Orta əsrlərdə Roma papaları faizə borc verməyi qadağan edirdilər. İnsanların maddi durumundan istifadə edib varlanmaq qorxunc günah hesab edilirdi. Buna görə 1179-cu ildə III Aleksandr sələmçiləri islaholunmaz günahkarlar elan etmişdi. Belələri hətta öləndə də müqəddəs yerlərdə deyil, kənarda dəfn edilirdi.

6. Orta əsrlərdə İngiltərədə bir qanun var idi ki, borca görə həbs qərarı çıxarılmış adamı evində həbs etmək olmazdı. Onu həbs etmək üçün evdən çölə çıxmağını gözləmək lazım idi.

7. Orta əsrlər fransız komediyasında varlı adam ondan qoyun oğurlamış çobanı məhkəməyə verir. Məhkəmə zamanı varlı adam çobanı unudaraq onun vəkilini danlamağa başlayır. Sən demə vəkil də ona borclu imiş. Hakim mübahisəni kəsərək deyir: “Qayıdaq bizim qoyunlara”.


Ardı →

Ən yaxşı zamin və şahid Allahdır

Keçmiş zamanlarda dostları tərəfindən çox sevilən, hörmət edilən, əxlaqlı, dürüst bir tacir var idi. Bu halal adam heç kimi aldatmaz, söz verəndə mütləq onu yerinə yetirər, borcu olanda onu tez verməyə çalışardı. Buna görə də onunla birgə iş görmək istəyənlər əsla tərəddüd etməzdilər.
Bir dəfə qonşu ölkədən sifariş etdiyi malları almaq üçün tacirə pul lazım idi. Ehtiyacı olan pulu ona verə biləcək tacir dostuna məsələni danışdı. Dostu borc verməkdə heç tərəddüd etmədi. Çünki onu çox yaxşı tanıyırdı. Əvvəllər də ona borc vermişdi və aralarında heç bir problem olmamışdı.
Ardı →