SSRİ 1960-cı İLLƏRİN İKİNCİ YARISI -1980-ci İLLƏRİN ORTALARINDA

İctimai-siyasi həyat
N.S.Xruşşovun istefası ilə onun başladığı ictimai-siyasi həyatın liberallaşması prosesinin dəyişiklikləri dayandı. N.S.Xruşşovun istefasının təşəbbüskarı və təşkilatçılardan biri olan L.İ.Brejnev Sov.İKP MK-nın birinci katibi (1966-cı ildən Baş katibi) seçildi. Brejnev Leonid İliç (1906-1982) Yekaterinoslav quberniyasının Kamensk qəsəbəsində fəhlə ailəsində doğulmuşdur. 1935-ci ildə Metallurgiya İnstitutunu bitirmiş, 1939-cu ildən partiya işinə keçmişdir. Böyük Vətən müharibəsində siyasi işçi kimi iştirak edərək general-mayor rütbəsində 4-cü Ukrayna cəbhəsinin siyasi idarəsinin rəisi olmuşdur.
Davamı →

Kremlin baş həkimi Çazovun xatirələri

Siyasi liderlərlə işləmək, istər istirahət, istərsə də iş zamanı həm öz ölkəsində, həm də xarici səfərlərdə onların bir addımlığında olmaq sözsüz ki, böyük məsuliyyət və gərgin əmək tələb edir. Xüsusilə də birincilərin şəxsi həkimi olmaq bu məsuliyyəti daha da artırır.
Yevgeni Çazov da uzun illər bü cür gərgin şəraitdə işləyib. Uzun illər baş katiblərin, yüksək ranqlı dövlət məmurlarının sağlamlığına cavabdehlik daşıyan akademik çox hadisələrin şahidinə çevrilib, Kremldaxili oyunların, qruplaşmaların, siyasi mübarizələrin, vəzifə uğrunda gedən savaşların ilk izləyicilərindən olub.
Davamı →

Brejnev haqqinda lətifələr

  1. Brejnev növbəti medalı alandan sonra deyir:
    — Yoldaşlar, bəzən deyirlər ki, mən bütün medalları qəbul edirəm, heç vaxt onlardan imtina etmirəm. Elə deyil. Məsələn, bu yaxınlarda Mavritaniyanın yüksək mükafatı olan buruna qızıl sırğanın taxılmasından imtina etmişəm!
  2. Brejnev Roma papasından soruşur:
    — Niyə insanlar katolik cənnətinə inanır, ancaq kommunizm cənnətinə inanmaq istəmirlər?
    — Çünki biz öz cənnətimizi göstərmirik!
  3. Karl Marks SSRİ radiosu ilə çıxış etmək istəyir. Ancaq Brejnev icazə vermir:
    — Sən kommunizmin banisi olsan da, belə məsələlər barədə təkbaşına qərar verə bilməzəm.
    — Mən ancaq bir kəlmə deyəcəm.
    Brejnev bir kəlməni deməyə icazə verir.
    Marks mikrofona yaxınlaşıb qışqırırır:
    — Bütün ölkələrin proletariləri, məni bağışlayın!

Davamı →