Kimlər peyvənd vurdura bilməz?

«Bəzi vətəndaşlar elə düşünürlər ki, vaksin olunandan sonra bu infeksiyadan 100 faiz qorunmuş olacaqlar və daha izolyasiya qaydalarına riayət etməyə, maska taxmağa, gigiyena qaydalarını, sosial məsafə prinsiplərini gözləməyə ehtiyac qalmayacaq. Bu, tamamilə yanlış fikirdir. Çünki əhali arasında hələ də xəstəlik keçirməyənlər, həssas qruplar var. Biz virus daşıyıcısı ola bilərik. Peyvənd tətbiq olunduğu gündən bir ay keçəndən sonra qoruyuculuğunu göstərməyə başlayır. Belə ki, ilkin doza tətbiq olunur. Ondan 21 gün sonra ikinci doza vurulur. İkinci dozadan təxminən 10 gün sonra müəyyən qədər qoruyucu hesab olunmaq olar. Çünki orqanizmə yeridilən vaksin immun sisteminə təsir göstərir və müəyyən immun zülalların formalaşmasına kömək edir. Formalaşma prosesi də müəyyən qədər vaxt alır. Odur ki, vaksin vurdurandan dərhal sonra onun effekt göstərməsi mümkün deyil”.

Davamı →

Hamiləliklə birgə koronavirus: Yenidoğulmuşlara yanaşma, ana südü, peyvəndlər haqda

Pandemiya dövründə əsas məqamlardan biri də hamilələr, yenidoğulmuşlar, süd verən analar, körpələrin virusdan qorunması, yoluxma riskinin minimuma endirilməsi ilə bağlıdır. Bununla bağlı günümüzdə bir çox suallar səslənir. Hamilələr virusa yoluxarsa, nə etmək lazımdır? COVİD-19-a yoluxmuş hamilə qadından doğulacaq körpənin infeksiyalaşma riski varmı? Virusa yoluxan qadın körpəyə süd verə bilərmi? Südlə körpəyə virusun keçməsi mümkündürmü? Pandemiya dövründə peyvəndlər edilməlidirmi?

Davamı →

Aqressiya necə pandemiyanın simptomuna çevrildi?

Hər il keçirilən “Adam Smitin mütaliəsi” elmi-maarifləndirici konfransın bu ilki mövzularından biri də koronavirus etikası olub.
Psixoloq Lyudmila Petranovskayanın sözügedən konfransda hazırda cəmiyyətdə davranış normalarının dəyişməsi, insanların COVİD-19-la bağlı mübahisə zəminində bir-birini dinləməmələrindən bəhs edən mühazirəsinin tərcüməsini təqdim edir.

Davamı →

Nəyə görə ehtimallarımızda yanılırıq?



Özümüzü müəyyən bir mövzuda nə qədər təcrübəli hesab etsək də, ehtimallarımızda yanılırıq. Bir fikir, fərziyyə və ya planladığımız bir elmi araşdırmadakı hipotezə nə qədər çox əmin olsaq da tərs nəticələrini az görmürük. Bu qəbul etməli olduğunuz bir həqiqətdir. Çoxumuz ya bunu bilmirik, ya da cahilcəsinə inkar edirik. 
Davamı →

D vitamini çatışmazlığı koronavirusa yoluxma riskini artırır

D vitamini koronavirusun ilk hücum etdiyi tənəffüs sistemi, həmçinin güclü immunitet sisteminin fəaliyyəti üçün çox əhəmiyyətlidir. Belə ki, onun olmaması COVID-19 ilə yoluxma riskini artırır.
D vitamini günəşin ultrabənövşəyi radiasiyasının təsiri altında bədəndə sintez olunan yağda həll olunan bir qidadır. Britaniyadan olan mütəxəssislər deyirlər: bu vitamin immuniteti gücləndirmək və koronavirus infeksiyası vəziyyətində respirator xəstəliklərin qarşısını almaq üçün mütləqdir.

Davamı →

Koronavirusa necə qalib gəlməli

Кoronavirus dünya boyu yayılıraq bütün planetdə panika yaradıb: hər gün minlərlə yeni yoluxma və ölüm faktları açıqlanır. Xeyli sayda şəhər və bəzən hətta ayrı-ayrı ölkələr karantin rejimindədirlər: aviareyslər, beynəlxalq miqyaslı vacib tədbirlər, idman oyunları və musiqi festivalları təxirə salınıb.
Son həftələrdə Avropa infeksiyann episentrinə çevrilib, dünyanın digər yerlərində — Latın Amerikası, ABŞ və Yaxın Şərqdə yoluxanların sayı gündən-günə artır.
Davamı →

Əllərin düzgün qaydada yuyulması üçün - 5 “qızıl qayda”

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlər yayıb.
Metodiki göstərişlərdə “Əllərin düzgün qaydada yuyulması üçün 5 qızıl qayda” adlı bənd də yer alıb. Orada deyilir:
  • Əllərinizi dözüləbilən qədər isti axar su ilə isladın və sabunu əllərinizə sürtün;
  • Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaq aralıqlarını və dırnaqların arasını yaxşı sabunlayın;
  • Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;
  • Əllərinizi axar suyun altında yaxşı durulayın;

Davamı →