Evelin | Ceyms Coys

Qız pəncərənin önündə əyləşərək qaranlığın küçəni bürüməsinə tamaşa edirdi. Başını pərdəyə söykəmişdi, burnunda isə toz qoxusu ilişib qalmışdı. O, yorğun idi. Küçədən ötüb keçən az idi. Döngənin sonundakı evin sakini evinə daxil oldu: qadın onun başmaqlarının sement səkini döyəclədiyini eşitdi, sonra qırmızı binalar boyunca yolları tıqqıldatdı. Bir zamanlar həmin ərazi boşluq idi, onlar axşamlar uşaqlarla birgə oynayırdılar. Sonralar Belfastdan bir nəfər bu ərazini aldı və orada evlər tikdi, onlarınkı kimi kiçik, qaranlıq daxmalar yox, kərpicdən, qırmızı, parıldayan damları olan böyük evlər…

Bütün yerli uşaqlar əvvəllər həmin boş ərazidə oynayırdı — Divaynlar, Uoterslər, Dannlar, balaca əlil Kyou, o özü, qardaşları, bacıları. Düzdür, Ernst oynamırdı: o, artıq böyük idi. Atası həmişə əlində tikanlı çubuq onların ardınca boş ərazi boyu qaçırdı, amma balaca Kyou ətrafa nəzər yetirməyə və atasını çağırmağa imkan tapırdı.
Davamı →

Zibil iyi mənim kitabımdan yox, xalqımdan gəlir

Ceyms Coys yaradıcılığı barədə düşüncələr

İrland yazıçısı, dünya ədəbiyyatının ünlü simalarından biri kimi sayılıb-seçilən Ceyms Coys (1882-1941) «Sənətkarın gənclik portreti» (1916), «Uliss» (1922), «Finneqana ehsan» (1939) romanlarının və bəşər mədəniyyəti xəzinəsinə «Dublinlilər» (1914) adıyla daxil olmuş silsilə novellaların müəllifidir.

Mövcud irland həyat tərzi ilə barışa bilməyən XX yüzilin dahi sənətkarı Ceyms Coys 1904-cü ildə doğma yurdu həmişəlik tərk etmiş, elə bu illərdə də İrlandiya haqqında sərt həqiqətlərin güzgüsü olan «Dublinlilər» kitabını yazıb başa çatdırmışdı. Lakin naşirlərin uzun müddət cəsarət edib yaxın buraxmadıqları kitab yalnız 1914-cü ildə işıq üzü görmüşdür. Bu münasibətlə Coys öz naşiri Riçardsona yazmışdı: «Hekayələrimdən zibil qutusunun iyi gəlməsi mənim günahım deyil. Belə fikirdəyəm ki, siz irlandları mənim hər şeyi olduğu kimi əks etdirən güzgümdə özlərinə baxmaq imkanından məhrum etsəniz, bütövlükdə İrlandiyada sivilizasiyanın inkişafını ləngitmiş olacaqsınız».


Ardı →

Oxunmasına qadağa qoyulan kitablar

İndi dünyanın ən şedevr əsərləri kimi tanınan, artıq klassikya çevrilmiş bəzi bədii nəsr nümunələrinin bir zamanlar ən alçaldıcı ittihamlara məruz qalaraq qadağan edildiyini bilirsinizmi? Qadağan edilənlər içərisində kimlər yoxdu ki, Mark Tven, Ceyms Coys, Selincer və digərləri. Onların hansı səbəblərdən dolayı qadağan edildiyini biləndə təəccüblənəcəksiniz. Beləliklə, qadağan edilən 10 klassik bədii nəsr nümunəsini sizlərə təqdim edirik.


1. «Uliss» — Ceyms Coys


Homerin "İliada" əsərindən təsirlənərək yazılan əsərdə Leopard Blumun Dublində keçirdiyi bir gündən bəhs edilir. Hər iki kitab arasında üstüörtülü və aşkar paralellər var. Kitab nəşr olunan zamandan mübahisələrə və senzuralara məruz qalıb. Kitab Böyük Britaniyada 1930-cu illərə qədər qadağan idi.


Ardı →