Burj Khalifa buludların arasında

Dünyanın ən hündür binasının sıx dumanla əhatə olunmuş görünüşü fantastik filmlərdəki səhnələri xatırladır.

Lakin bu heyranedici şəkillər məşhur Hollywood filmlərinə verilmiş effktlərin deyil, Dubayda Günəşin çıxması zamanı yaranan təbii effektlərin nəticəsində yaranıb.

Dünyanın ən hündür binası olan və onu əhatə edən göydələnləri hündürlükdə geridə qoyan Burj Khalifa duman təbəqəsinin üzərindən çəkilib.


Ardı →

Dubay

  • Turizm

Bəlkə də dünyada yeganə şəhərdir ki, onu hamı tanıyır, orada olmağa can atır, kimi alver məqsədilə, kimi də səhralıqda yaradılmış cənnəti görmək niyyəti ilə. Yəqin, söhbətin Dubay şəhərindən getdiyini hiss etdiniz. Daha çox müasir məkan kimi tanınan Dubayın qədim tarixi var. Şəhər yaxınlığındakı bir bataqlıqdan tapılmış manqra ağacının üstündə bu ərazinin 7 min illik tarixi keçmişini göstərən yazı var. Manqra ağacı yeni Dubay inşa edilərkən aşkarlanıb. Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubaya və eyniadlı əmirliyə 1830-cu ildən bəri əl-Məktum ailəsi başçılıq edir. Şəhər hakimi Şeyx Məhəmməd ibn Rəşid əl-Məktumdur.


Ardı →