ECOSOC-Iqtisadi və Sosial Şura

BMT-nin Nizamnaməsinə uyğun olaraq iri təşkilatların və onların ixtisaslaşmış müəssisə və orqanlarının iqtisadi və sosial sahələrdə Iqtisadi və Sosial Şura – ISŞ (Econo­mic and Social Counsil -ECOSOC) əlaqələndirici orqandır.  ECOSOC-un altı funksional komissiyası vardır:


  • Statistik komissiya (Statistica Commission);

  • Inkişaf məqsədli elm və texnika üzrə komissiya (Com­mission on Sience and Technology for Development);

  • Inkişafa kömək komissiyası (Commission on Sustai­nable Development -  CSD);

  • Sosial inkişaf üçün komissiya (Commission for Social Development -  CSD );

  • Transmilli Korporasiyalar üzrə komissiya (Commis­sion on Transnational Corporations);

  • Narkotik vasitələri üzrə komissiya (Commission on Na­rcotic Drugs — CND);

Ardı →

BMT-nin Iqtisadi və Sosial Şurası -ECOSOC

BMT-nin Iqtisadi və sosial şurası (Economic and Social Council — ECOSOC) 14 ixtisaslaşmış müəssisəni, 10 funksional komissiyanı, 5 regional komissiyanı əlaqələn­dirir, BMT-nin 11 fond və proqramından məruzə alır, üzv olan dövlətlərə və BMT sistemində olan təşkilatlara proqram xarakterli tövsiyələr verir.
ECOSOC üzərinə iqtisadi, dünya ticarəti, sənayeləş­dirmə kimi sahələrdə, həmçinin müxtəlif sosial quruluşa ma­lik olan dövlətlərin iqtisadi və sosial sahələrdə qarşılıqlı əməkdaşlığını inkişaf etdirmək və əlaqələndirmək kimi çox geniş və müxtəlif funksiyalar qoyulmuşdur. Təbii resurslar­dan istifadə etmə, insanların beynəlxalq hüquq və azadlıqla­rının müdafiəsi, qadınların vəziyyəti, əhali artımı, sosial tə­minat, elm və texnika, cinayətkarlığın xəbərdarlıq edilməsi və bir çox məsələlər belə funksiyalara aiddir.


Ardı →