Eynək seçərkən nəyə diqqət yetirməli?

Eynək dəbin əsas elementlərindən biridir. Rəngli, müxtəlif formalı eynəklər xüsusən yaz və yay aylarında çox geniş yayılır. Yaşı və cinsindən asılı olmayaraq hər kəsin marağına səbəb olan, eyni zamanda ən çox işlənən əşyalardan hesab olunan eynəklərə daha çox meyl edən isə xanımlardır.

Əvvəllər bəyaz şüşəli, sadə korpuslu eynəklərdən sadəcə yaşlı insanlar istifadə edirdisə, indi belə eynəklər dəbə də ayaq açıb. İndi sadə, optik olmayan şüşələrdən hazırlanan, gözləri zəif olmayan insanlar üçün nəzərdə tutulan bu eynəklərə də maraq böyükdür. Amma bəlkə də çox az adam optik olmayan eynəklərin ziyanlı olduğunun fərqindədir.

Oftalmoloq Leyla Məmmədovanın sözlərinə görə, optik olmayan eynəklər göz üçün ziyanlıdır. Bu, həm də sadə şüşədən olan eynəklərə aiddir. Daimi olaraq sanki pəncərədən baxırmış kimi gözü aldatmaq gözün zəifləməsinə, tamlığının pozulmasına səbəb ola bilər: «Optik eynək seçməzdən əvvəl, ilk növbədə həkimin məsləhətinə qulaq asmaq lazımdır.
Davamı →

Geyim və əşyaların keçmişi

Son illərdə günəş eynəkləri vacibli moda əşyasına çevrilmişdir. Lakin ilk günəş eynəkləri nə moda, nə də ki, günəşdən qorunmaq üçün istifadə olunurdu. Çində 600 ildən çox, hakimlər bu eynəklərdən istifadə ediblər. Onlar əsasən tüstü rəngli şüşələrdən istifadə edirdilərki, insanlar onların gözlərini görməsinlər. Belə olduqda onların nə fikirləşdiyi də məlum olmurdu.




Ardı →