Fəryad filmi haqqında maraqlı məlumatlar

“Fəryad” filmi deyən kimi dərhal filmin özü keçir arxa plana, ön plana Ceyhun Mirzəyev gəlir. Simasındakı Qarabağ nisgilindən, həsrətindən, ahından yaranan fəryadla.
Filmin hazırlığına 1992-ci ilin sonlarında başlanmışdı. Çəkilişlərə 1993-cü ilin yanvarında start verilib. Ona qədər aktyorların seçimi üçün sınaq çəkilişləri keçirilirdi. İsmayıl roluna çox aktyor sınağa dəvət edilib, hətta Fəxrəddin Manafov.

Davamı →

"Ögey ana”da başlayıb “Fəryad”la bitən tale

  • Kino
Bu təsadüfdürmü, yoxsa zərurət, yəqin ki, daha çox taledir. Sadəcə tale… İnsan dünyaya gələndə onun həyat yolu artıq cızılmış olur, nə qədər çalışsan da, o cığırdan kənara çıxa bilmirsən, sadəcə yüngül sapmalar ola bilər, vassalam.
O, atasının ikinci evliyindən dünyaya gəlmişdi. Atası Cəmil Mirzəyevin birinci evliliyindən övladı olmamışdı. Hamı demişdi ki, qadınını boşa, yenidən evlən, övladın olsun, amma 17 il birgə həyat sürdüyü ömür-gün yoldaşından ayrılmamışdı kişi.
17 ildən sonra qadın dünyasını dəyişib, yalnız ondan sonra ikinci dəfə evlənib. Onun anası Marqarita xanım milliyətcə gürcüdür. Xanımın da ikinci evliliyi idi, birinci ərindən -  İbrahim Məmmədəliyevdən bir qızı da vardı.  Cəmil Mirzəyev bu qıza da öz övladı kimi baxırdı. O, yəni qəhrəmanım Ceyhun dünyaya gələndə yalnız ailənin deyil, bütün nəslin sevinci hədsiz oldu.
Davamı →