Romantik faciənin mistik qatı

Hüseyn Cavid zamanın fövqündə duran, fikrin və xəyalın romantik uçuşunu kosmik ənginliklərə yüksəltməyi bacaran qüdrətli sənətkardır. Onun romantikasında fikrin qanadlarını ən uzaq fəzalara uçuşlar üçün tükənməz enerji ilə təmin edən yüksək tarixilik duyğusu var. Fəqət H.Cavidi dünyanın böyük romantik sənətkarlarından fərqləndirən qüvvətli bir cəhət var: Hüseyn Cavidin romantizmi Şərqin və bütün dünyanın ən kamil fəlsəfi cərəyanı olan sufizm bulağından dirilik suyu içib. Onun qəhrəmanları Haqqın dərgahına gözəllik və sevgi qanadlarında gedib çata bilərlər. “Mən fəqət hüsni-xuda şairiyəm // Yerə enməm də səma şairiyəm” – misraları H.Cavidin bütün çərçivələri söküb-dağıdan, əngin səmalara qapı açan romantik fəlsəfəsidir. Xudanın hələ heç kimin görmədiyi hüsnü ən kamil hüsndür. H.Cavid bu məchul, fəqət əbədi gözəllik mənbəyi olan ilahi hüsnü tərənnüm edir.

Davamı →