Albert Kamyu (həyatı)

Fransız yazıçısı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957), sağlığında «Qərbin vicdanı» adlandırılmış Albert Kamyu Əlcəzairdə doğulmuşdu. 

Əslən elzaslı atası Lüsyen Kamyu kənd təsərrüfatı plantasiyalarında fəhləlik edirdi. O Albertin 1 yaşı tamam olmamış Birinci dünya müharibəsi cəbhələrində həlak olmuşdu. İspan mənşəli anası Katrin Sintes azsavadlı qadın idi. Ərinin ölüm xəbərini alanda stressdən dili tutulmuşdu. Oğlunu saxlamaq üçün evlərdə qulluqçuluğa başlamış, Albert isə daha çox nənəsinin və əlil dayısının himayəsində böyümüşdü. Kiçik yaşlarından taleyinə bu qədər çətinliklər düşməsinə baxmayaraq, özünə qapanmamışdı.


Davamı →

Optimist Kamyuya atılan şər

  • Esse
Mövlananın 60 min beytlik və bir neçə nəsr əsərindəki mirasını oxuyarkən, bir məqam diqqəti çəkir: Bu adam yalnız bir yerdə, bir misrada gileynəlir, o da ayrılıq dərdindən. Özü də dəfələrlə deyib, dünyada bir günah var, o da kədərdir.

Necə də gözəl olar biz də dağınıq həyatı sadələşdirib, hər şeyi bir edək. Bir günah, bir savab, bir iş... 
Sənin işin nədir? Mən aşiqəm.

Bütün önəmli sənətkarlar tarix boyu həyata “bəli” deməyi bacaranlardırlar, enerji, sevgi, düşüncə, vəcd ilə dolu. Neçə vaxt öncə Kamyunun Kaliqula əsəri haqda bir məqalə yazmışdım. Pis olmaz, bu barışmaz, mübariz, düşüncəli və xeyirxah yazara atılan “pessimistlik” şəri haqda yazım.
Davamı →

Albert Camus - Yad

 Uşaqlığını Əlcəzayirdə keçirdən Albert Kmayu ( Albert Camus ) 1913 – cü ildə Mondovi qəsəbəsində anadan olmuşdur. Olduqcakeşməkeşliuşaqlığı olmuşdur. ( Vərəm xəstəliyi, atasını ölümü, siyasi işlərə baş qoşması, təhsilinin yarımçıq qalması və s. ) Nihilizmin absurd anlayışının əsasını qoymasa da onun inkişafı və yayılmasında olduqca böyük rol oynamışdır. Marksizim – Leninizmə olduqca böyük həvəs göstərmiş və futbolla məşğul olaraq qapıcılıq etmişdir. Dünyada Rudyard Kiplingdən sonra dünyada Nobel mükafatını alan ən gənc yazardır.
Kamyu deyincə ədəbiyyat sahəsində ilk ağlagələn onun 1942-ci ildə nəşr olunan “ Yad ” əsəridir. Mövzusu çox sadədir. Əhvalatdakı hər şey çox qısa zamanda baş verir. Əlcəzairdə, təsadüf nəticəsində bir Ərəbi öldürən orta təbəqədən olanbir fransız, özünün addım-addım ölümə aparan müddəti laqeyd şəkildə izləyir. Roman boyu başqalarının adı xatırlandığı halda əsərin baş qəhrəmanının adını belə öyrənə bilmirik.
Davamı →