Kim Ki Duk: “Hətta qəddarlıqda da gözəllik tapmaq olar”

  • Kino
Kim Ki Duk2018-ci ilin 16 sentyabrında Almatı Film Festivalı çərçivəsində məşhur Koreya rejissoru Kim Ki Dukun master klassı təşkil edildi.

“Kino…öyrənilə bilməz. Bu, həyatı yaşamaq kimidir. Filmlərimin materialı həmişə mənim öz şəxsi təcrübələrim oldu – deyə Kim Ki Duk vurğuladı”. Rejissor şəxsi təcrübələrini tamaşaçılarla bölüşərkən belə söylədi…

Kino barədə
Ən məşhur filmim – “Yaz, Yay, Payız, Qış və yenə Yaz”- hansısa xalqdan, dövlətdən, müharibədən bəhs etmir. O, təbiətin qanunlarından bəhs edir. Onu çox insan izləyib, ancaq mənim digər filmlərimə də tamaşa edən insanlar, onlara xas olan müəyyən qanunauyğunluğa yəqin diqqət ediblər: filmlərimdə həmişə yaşam dövriyyəsini göstərməyə cəhd etmişəm – biz haradan başlayırıqsa, oraya da qayıdırıq. Buna görə də filmlərimin finalında yaxşı və pis adamlar yoxdur. Və bəlkə bu səbəbdən mən hələ də kinonun nə olduğunu bilmirəm.
Davamı →

Kim Ki Duk

  • Kino
1960-cı ildə Cənubi Koreyada dünyaya gələn Kim Ki Duk ailəsinin maddi sıxıntıları ucbatından doğru-dürüst məktəbə gedə bilməyib. 15 yaşından isə məktəblə birdəfəlik vidalaşıb. Bir çox fabriklərdə çalışıb. 20-25 yaşlarında hərbi xidmətdə olub və 2 il gözdən qüsurlular üçün kilsədə işləyib. 1990-cı ildə isə Parisə köçüb. Kimin heç bir təhsili olmasa da iki il Avropada rəsm çəkib satmaqla dolanıb.

İlk film
32 yaşında Parisdə ilk dəfə filmə baxıb. “Quzuların Səssizliyi” filmindən təsirlənən Kim Koreyaya qayıdaraq ssenari yazmağa başlayıb. Dəfələrlə rədd cavabı alsa da, nəhayət film sektoruna daxil ola bilib. Kino təhsili olmayan Kim Ki Duk film sənayesi ilə bağlı ənənəvi üsullarla film çəkməyin bezdirici olduğunu deyib: “Film çəkmək üçün ən gərəkli amil həyatdır. Film həyatın görüntülü yaddaşıdır. Əsgərilkdə yaşadıqlarım, fabrikdəki günlərim, qarşılaşdığım bütün insanlar mənim kino təhsilimdir, kino ləvazimatımdır”.
Davamı →