Dövlət borcunu satın almağa cəhd edən narkobaron

Karlos Leder – Kolumbiyanın dövlət borcunu almağa cəhd edən narkobaron idi. O bununla yanaşı, Kolumbiyanın ən məşhur narkobaronu idi və iki dəfə dövlət borcunu almaq təklifini irəli sürmüşdü.

 Onun əsas məşğuliyyəti ABŞ-da kokain qaçaqmalçılığı idi. O Floridadan 340 kilometr uzaqlıqda, Baham adalarından birində baza təşkil etmişdi və bura adətən kokain ilə yüklü yük maşınları, yaxud yüngül mühərrikli təyyarələr gətirilirdi.

Ada Karlosa 4,5 milyon dollara başa gəlmişdi. Adanın bütün sakinləri adanı tərk etməli olmuşdu. Bu zaman kimisi pulla əldə edilir, kimisinin isə cəsədi öz yaxtasından tapılırdı. 1978-ci ildən 1982-ci ilə qədər adadan ABŞ-a Kolumbiya kokaininin gətirilməsi üçün xüsusi kanal keçirdi.

Karlosun “karyerası” 1984-cü ildə Kolumbiyanın Ədliyyə nazirinin qətlini sifariş verdikdə məhv olur. Hökumət onun bütün hesablarını dondurur və daşınmaz əmlakını müsadirə edir. Karlosun artıq Baham adalarında şəxsi adası yox idi. O cəngəllikdə ələ keçirilir və ABŞ hökumətinə təhvil verilir. Bundan sonra isə ABŞ məhkəməsi onu ömürlük həbs cəzasına (üstəlik də əlavə 135 il) məhkum edir.
Davamı →

Dünyanın ən gözəl çayı - "Cano Cristales"

  • Turizm

Kolumbiyanın Sierra de la Macarena bölgəsində yerləşən,  xalq tərəfindən «5 Rəngin Çayı» olaraq adlandırılan Cano Cristales çayı «cənnətə doğru irəliləyən çay» və «dünyanın ən gözəl çayı» olaraq da bilinir.

İlin əksər vaxtı başqa çaylardan fərqi yoxdur, yaşıl yosunlarla örtülü daşları və masmavi suları vardır. Ancaq çay hər il qısa bir müddət üçün sanki çiçək açır və göyqurşağının bütün rənglərini özündə birləşdirir.

Kolombiyanın yağışlı mövsümü boyunca çayın su kütləsi daha sürətli və dərindən axır, çayın dibini qaraldaraq görünməz edir. Belə olduqda çaydakı yosunlar ehtiyac duyduqları günəş şüalarını ala bilmirlər.

Quraq mövsüm boyunca isə çaydakı həyatı bəsləyəcək qədər su tapılmaz. Ancaq yağışlı və quraq mövsüm arasında elə bir dövr də vardır ki, su səviyyəsi olması lazım olduğu kimi olur, onlarla növ yosun və alg mükəmməl bir rəng müxtəlifliyi nümayiş etdirir. Mavi, yaşıl, qara, qırmızı və çəhrayı rəngin minlərlə tonu çayın üzərini örtür.


Ardı →