Britaniya, Estoniya, Polşa universitetlərinə qəbul olsam da, keyfiyyətli təhsil üçün sonda Macarıstanı seçdim

Macarıstanın Corvinus universitetində, biznesin idarə edilməsi (Business Administration) fakultəsində təhsil alan həmyerlimiz Bahadur Cabbarov bizim bugünkü müsahibimizdir. O, bir çox aparıcı universitetlərə qəbul olsa da, təhsil alması üçün məhz Macarıstanı seçmişdir. Biz də onun seçiminin səbəbi, Budapeştdə yaşadığı tələbə həyatı, oxuduğu universitet və ixtisas, oranın təhsil sistemi barədə ona suallar ünvanladıq. Buyurub, həmin müsahibəni oxuya bilərsiniz.


Davamı →

Avropanın bir çox tanınmış şəhərlərində olmuşam, amma Budapeşt qədər rahatlığı olan şəhərə rast gəlməmişəm.

Almaniyada təhsil almış, lakin hazırda Budapeştdə işləyən Bəxtiyar Hüsiyev ilə müsahibəni Sizə təqdim edirik.

— Necə oldu ki, məhz Almaniyada təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

Almaniyanın həm iqtisadi həm təhsil və həm də təhlükəsizlik baxımından dünyanın ən öndə gedən dövlətlərdən birində olması mənim diqqətimdən yayına bilməzdi. Almaniyadakı havanın soyuq olmasına baxmayaraq ekoloji cəhətdən çox təmiz olması mənim çox xoşuma gəldi. Əminliklə deyə bilərəm ki, Almaniya hem oxumaq həm də yaşamaq üçün ən yaxşı 5 ölkədən biridir.

  — Almaniyada təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Almaniyadakı təhsil sistemi Azərbaycan təhsil sistemindən dəfələrlə üstündür. Almaniyada keçirilən dərslər əsasən müəllim və tələbə arasında dialoq əsasında qurulur, yəni, mövzunun yeni olmasına baxmayaraq müəllim digər dərslərə və ya praktiki misallara əsaslanaraq kecdiyi mövzunu tələbələrə tam olaraq çatdırır. Evdə sadəcə əlavə olaraq müəyyən dərəcədə dərsdə oyrəndiklərimizi genişləndirirdik. Oxuduğum müddət ərzində ən çoc xoşuma gələn məqamlardan biri alman təhsil sistemində individual yox, daha çox komanda şəklində fəaliyyətin nə qədər önəmli və faydalı olması idi. Çünki orada qrup işlərinə professorlar çox önəm verirlər və alınan qiymət imtahandan alınan qiymətə təsir edir və ümumilikdə toplam qiymət imtahan və qrup işindən aldıgın qiymətin cəmi olur. Təəssüflər olsun ki, azərbaycan təhsil sistemində qrup işi ümumiyyətlə mövcud deyi,l həmçinin də imtahanlar test üsulu ilə olduğu üçün artıq öz dəyərini itirir və təhsil sistemi əzbərçilik üzərində olur. Almaniyada isə imtahan test yox yazılı formada olur və tələbə məcburdur ki, semester ərzində keçdiklərini yeniden təkrarlasın və öz biliyini imtahanda nümayiş etdirsin. Almaniyada yataqxana şəraiti muasir standartlara cavab verən səviyyədə mövcuddur və qiymət baxımından kirayə verilən evlərdən daha ucuzdur.


Ardı →

Qış tətilində gəziləcək avropa şəhərləri

Çoxlarımızda tətil dedikdə ağıla yaz mövsümü gəlir kimi bir düşüncə hakimdir. Halbuki, bəzi şəhərlər qış aylarında daha gözəldir. Üstəlik bu dövrdə müzeylərda yaranan növbələr daha az, hotel və təyyarə qiymətləri daha ekonomik olur. Turist sayı az olduğundan administratorlar tərəfindən daha çox maraq və əlaqə görəcəksiniz. Qış aylarını bir az da olsun rəngləndirmək, qış tətilində uşaqlarla evə qapanmamaq üçün Lonely Planetin təklif etdiyi, qış mövsümünün ən gözəl yaşandığı şəhərlərə bir göz ataq:

Budapeşt, Macarıstan

Varosligeti Müjegpalya, şəhərin mərkəzindəki ən böyük park. Qış mövsümündə nəhəng bir buz konkisi sahəsinə çevrilir. Meşə havası ilə tənəffüz edərək edilən buz konkisindən sonra kiçik şəhər kafeləri və termal hamamlar isinmək üçün əla seçimdir.


Ardı →

Budapeştdə 1 aylıq ingilis dili kursuna müraciət açıq elan olundu

Bu kurs hər biri 45 dəqiqə davam edən 100 ingilis dili dərsindən ibarətdir və bu il 29 iyun-26 iyul tarixlərində Budapeştdə keçiriləcək.

Kursun məqsədi ümumi və biznesyönümlü ingilis dili biliklərini bütün istiqamətlərdə (dinləmək, danışmaq, oxumaq və yazmaq) orta səviyyədə inkişaf etdirməkdir. Kursun iştirakçıları üçün Budapeştdə əyləncə proqramı – muzeyləri gəzmək, filmlərə baxmaq, görməli yerlərə səyahət etmək kimi sinifdənkənar fəaliyyətlər də nəzərdə tutulub. Bundan əlavə həftədə iki dəfə Macarıstanın ən gözəl tarixi və təbiəti olan yerlərinə eksursiyalar da təşkil olunacaq.

Tələbələr International Business School-un (Beynəlxalq Biznes Məktəbinin) kampusunda yerləşən yataqxanada qalacaqlar. Tələbələrə gündə 3 dəfə yataqxananın restoranında yemək veriləcək. 4 həftə ərzində 100 dərsdən ibarət ingilis dili kursu + gündə 3 dəfə yemək + lüks şəraitdə qalmaq + səyahət etmək + əyləncə (kino, oyunlar, muzeylər, rəqs və s.) = hamısı cəmi 1550 avro. Budapeştə gediş və gəliş, eləcə də viza xərcləri göstərilən 1550 avroya daxil deyil və iştirakçı tərəfindən ödənməlidir. Cəmi 1550 avroya 1 ay ərzində həm ingilis dilini öyrənəcəksiniz, həm də Avropada dincələcəksiniz.

International Business School (www.ibs-budapest.com) Sizə Britaniya keyfiyyətini Budapeştdə daha asan və daha sərfəli qiymətə təklif edir. Ətraflı məlumat üçün müraciət etməyə tələsin, yerlər məhduddur! Kursa qəbul olmaq üçün pasportun əsas 2 səhifəsini (foto və imza olan səhifələri) [email protected] mailinə göndərmək kifayət edir. Xarici pasportu hazır olmayanlar şəxsiyyət vəsiqəsini göndərə bilərlər. Müraciət göndərmək üçün son tarix 31 martdır.

International Business School (IBS) 1991-ci ildə Macarıstanın paytaxtı Budapeştdə yaradılıb, hər il 300-dən çox tələbə bu universitetə təhsil almağa gəlir. Hazırda ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən tələbə təhsil alır. Ali məktəbdə tədris Avropa Birliyi standartlarına cavab verir, bütün proqramlar International Business School (Macarıstan) və University of Buckingham (Böyük Britaniya) arasında imzalanmış əməkdaşlıq əsasında tədris olunur. Xatırladaq ki, University of Buckingham Böyük Britaniyanın ən prestijli universitetlərindən biridir və təhsil səviyyəsinə görə 16-cı yerdədir.

Ətraflı məlumat:
Study Hungary — Azərbaycan nümayəndəliyi
Telefon: +994 50 257 11 41 (Bakı) +36 70 428 46 39 (Budapeşt)
http://instagram.com/study_in_hungary
https://twitter.com/study_hungary
https://www.facebook.com/WhyToStudyInHungary
www.study-hungary.com
[email protected]
Davamı →

Zəngin tarixi şəhər, çox sayda spa və ucuz müalicə | Budapeştə gəlin

  • Turizm

Tarixi Spa paytaxtı

Macarıstanın paytaxtı və ən böyük şəhəri olan Budapeşt Mərkəzi Avropanın ən mühüm mərkəzlərindən biridir. Rəsmi olaraq 19-cu əsrin 70-ci illərində təsis edilən müasir Budapeşt indi həm də qlobal mərkəzlərdən hesab olunur. Əhalisinin sayına görə Avropanın 8 ən iri şəhərindən biridir. Macarıstanın paytaxtı zəngin tarix, mədəniyyət və əyləncə təklif edir. Mədəniyyət, əyləncə və rahatlıq bir yerdə arayırsınızsa onda Budapeşt sizin üçündür. Spa, akva park və müalicə şəraiti bu gözəl Avropa şəhərini əsl istirahət yerinə çevirir.

Avropanın mərkəzi


Ardı →

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ingiliscə Central European University Business School və ya qısaca CEU BS) — menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır.


Missiyası

MAU Biznes Məktəbinin liderləri inanır ki, dünyada sürətlə dəyişən şəraiti idarəetməyə bacaran menecerlərə ehtiyac var və onların fəaliyyətləri biznes, ictimai və təbii şəraitə əhəmiyyətli dərəcədə təsir edə bilər. Buna görə də bu biznes məktəbin missiyası inkişaf edərək daha qlobal missiyaya çevrildi və inkişaf etməkdə olan iqtisadiyyatlara fokuslandı. Ona görə ki, bu cür iqtisadi sistemlər dünyanın gələcəyinə təsir etmək imkanına malik olan yeni menecerlər tələb edir. Təsadüfi deyil ki, bu biznes məktəbin məzunları dünyanın aparıcı şirkətlərində, beynəlxalq təşkilatlarda, dövlət qurumlarında, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarında nüfuzlu vəzifələrdə çalışırlar.



Ardı →

Mərkəzi Avropa Universiteti


Mərkəzi Avropa Universiteti
(ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet humanitar və sosial elmlər sahəsində beynəlxalq səviyyədə tanınmış ABŞ və Macarıstan akkreditasiyalı magistr və doktorluq dərəcəsini verən təhsil müəssisəsidir. 30 ölkədən təxminən 100 professor MAU-da dərs deyir. Bundan əlavə MAU mütəmadi olaraq başqa ali təhsil müəssisələrindən professorları universitetdə mühazirə demək və seminar keçirməyə dəvət edir. Bu gün Mərkəzi Avropa Universiteti (MAU) – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin rəsmi veb-səhifəsi: www.ceu.hu

400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
Ardı →

Macarıstan

  • Turizm

Macarıstan Respublikası Mərkəzi Avropada yerləşir. Sahəsi 93 min kvadrat kilometr olan ölkə Slovakiya, Avstriya, Sloveniya, Xorvatiya, Yuqoslaviya və Rumıniya ilə həmsərhəddir. Paytaxtı Budapeşt şəhəridir. Dunay çayı ölkəni demək olar ki, iki regiona ayırır. Ölkənin dənizə çıxışı yoxdur. Əhalisinin 90%-ni macarlar, 4%-ni qaraçılar, 2,6%-ni almanlar, qalan hissəsini isə serblər, rumınlar təşkil edir. Dövlət dili macar dilidir. Macarların çoxu bir xarici dil bilir — ingilis, alman və ya rus. Macarıstan parlamentli respublikadır.


Ardı →