Nemət Mətin - Balzakla Ronaldunu birləşdirən amil.

Uzaq Şərqdə Moso adlı bir bambuk ağacı bitir. Onu əkdikdən sonra 5 il müddətində ən ideal şərtlər altında belə, inkişaf etməz. Sonra sehrli bir əl dəymiş kimi birdən-birə 40-41 santimetr böyüməyə başlayar. 6 həftə ərzində təxminən 27 metr olar. Əslində yaşananlar sehr deyil. Moso ağacının birdən-birə sürətlə böyüməsinin səbəbi 5 il ərzində torpağa səbirlə saldığı dərin köklərdir.

Davamı →

Vicdanlı müəllim həmişə diqqətli şagird olmalıdır.

Bütün kilsələrin əsas işi budur: bədbəxt kəndliyə təlqin etsin ki, onlar üçün yerdə xoşbəxtlik yoxdur, səadət onları göylərdə gözləyir. Və özgəsinə katoqra zülmüylə işləmək Allaha xoş gedir.

Əgər birinə tez-tez “sən donuzsan” desən, o, əvvəl-axır xortuldamağa başlayacaq. 

Həyatın iki forması var: Çürümək və yanmaq. Tamahkarlar və qorxaqlar birincini seçir, alicənablar və cəsurlar ikincini... 
Davamı →

Qəlbə yaxın | Aleksandr Kuprin

On beş il öncə rus yazıçısı Maksim Qorki Parisə səfər etdi. Bu hadisənin xronoloji qaydada nə zaman baş verdiyini dəqiq bilmirəm: Sarı İblis şəhəri – Nyu Yorka tüpürəndən əvvəl, yoxsa sonra. Lakin, hər halda o, ekzotik yeniliklərə tez zamanda alışan və həmin sürətlə də uzaqlaşan Parisdə müəyyən qədər uğur əldə edə bilmişdi. Düzünü desək, onun Yeni Vavilona səfəri Seneqal şahzadəsinin və kazak Aşinovun səfərindən daha çox yadda qalmışdı. Ayaqqabı mağazalarının vitrin-sərgilərində La semelle pour les pieds “Gorky”. (Ayaqqabı içliyi “Qorki”) yazılı plakatlar hələ də asılı qalır. Reklamın mətni göstərir ki, Qorkinin uğuru həqiqətən də demokratik xarakter daşıyırdı.
 
Həmin zamanlar Parisdə digər yazıçı – Amfiteatrov “Krasnoe znamya” adlı jurnal nəşr edirdi. Jurnal nə qədər səs-küylü idisə, bir o qədər də zərərsiz idi. Bu jurnalda Qorkinin çar II Nikolayla, ədəbsizlik nümunəsinə çevrilən uydurma satirik-müsahibəsi dərc olunmuşdu. Mövzu qanlı tiran və xalqın içərisindən çıxan cəsur müğənni haqqında idi. Nəticə mövcud olmayan mülkədar və qaçaq təhkimliyə aparıb çıxarırdı.
Davamı →

Maksim Qorkiyə görə tayı-bərabəri olmayan yazıçı – Knut Hamsun

Elə insanlar var, onlar üçün kitab yazmaq bir peşə, «dolanışıq vasitəsi»dir; amma onlar yalan danışmırlarsa, bir şeyi olduğundan pis göstərmirlərsə, — bunun özü də yaxşıdır. Daha da yaxşısı isə odur ki, onlar məhrəm hesab etdikləri insanı kobud dillə ifadə etsək, azca bəzəyib-düzəyirlərsə, bunu sadəcə oxucuya olan sevgilərindən edirlər, zənnimcə, oxucular özlərini nə qədər az sönük görsələr, o qədər faydalıdır; gözəl lələkli insan xoruz kimi bir şeydir, amma nə olsun, uçmağı unudan bu quş yerdə hələ də qürurla gəzir və dünyaya təkcə milyonlarla damazlıq yumurta ərmağan etdiyinə görə yox, həm də rəqabətin mədəni əhəmiyyətini çox yaxşı dərk etdiyinə görə hörmətəlayiqdir.

 «Sifətləri tərdən islanmış» halda işləmək «istedadı» azarına tutulan, olduqca normal və bioloji cəhətdən bəraəti olan "şöhrət" qazanmaq yolunda narahat bir canfəşanlıqla kitablar yazmağı özlərinə məcbur edən, öz şəxsiyyətlərini «sadə insanlar» xaotik kütləsindən ayırıb ortaya çıxaran, bu insanlar arasında yaradıcıya, təsəlli verənə, zarafatcıla diqqət mühiti və rəğbət yaradan yazıçılar da var.
Davamı →

Knut Hamsun | Maksim Qorki

Adamlar var onlar üçün kitab yazmaq sənətdir, yaşam vasitəsidir. Əgər onlar adamı şərləmir, onu olduğundan daha pis göstərmirlərsə, bu, artıq yaxşıdır. Onlar kobud şəkildə olsa da, öz yaxınını azacıq bəzədikdə lap yaxşı olur. Hətta bunu yalnız oxucu rəğbətini qazanmaqdan ötrü edirlərsə də.

Hesab edirəm ki, oxucuların özlərini daha az solğun görməsi onların xeyrinədir. Rəngarənglik insanla xoruz arasında oxşarlıq yaradır. Bu quş isə uçmağı bacarmasa da, hər halda yer üzərində qürur və vüqarla gəzişir, lakin təkcə dünyaya milyonlarla yumurta bəxş etdiyi üçün deyil, həm də rəqabətin mədəni mənasını yaxşı anladığı üçün.
Davamı →

Debüt | Maksim Qorki

Maksim QorkiO, səhnəyə çıxmağı və balaca rolunu sənətkarlara xas süni həyəcanla deyil, sadə və aydın şəkildə tamaşaçılara çatdırmağı arzulayırdı. Özü də kütlə onu dinləyərkən düşünəcəkdi:

“Bax, əsl sənət budu! Hər kəsin ruhun necə yaşadığını anlaması üçün onu məhz bu cür təsvir etmək lazımdı”.

Ona, debütanta, kütləni hələ az tanıyan qızcığaza elə gəlirdi ki, toplumun ruhuna yalnız səmimiyyətilə toxuna bilər, — yalnız səmimiyyətilə!

Düşünürdü ki, rolu elə sadəliyi və sadəlövhlüyü ilə öz sözünü deyir. Həqiqi gözəl olan – sadədi və o, tamaşaçını riqqətə gətirmək üçün sadədil və həqiqətə sadiq olmalıdı.


Ardı →