Milad bayramı

Milad bayramı  hər il İsa peyğəmbərin doğulmasının qeyd edilməsi üçün, əsasən 25 dekabrda keçirilən, geniş mədəni ənənələri olan və bütün dünyada həm də qeyri-xristian olan milyonlarla insan tərəfindən qeyd edilən bayramdır.  Xristian liturgik ilinin mərkəzində dayanan bayram, özündə Advent, Kristmastidin on iki günü və on ikinci gecə ayinlərini birləşdirir. Müasir dövrdə Milad bir çox ölkələrdə ümummilli bayram səviyyəsində qeyd olunur, həmçinin, bir çox qeyri-xristian xalqlar da bu bayramı qeyd edirlər.                                                                     Baxmayaraq ki, müasir tarixçilər İsa peyğəmbərin doğulması hadisəsinin e.ə. 7-ci və ya 2-ci illər arasında baş verdiyini deyirlər, bu hadisənin ay və gün tarixi dəqiq bilinmir.Onun doğulması haqqında dörd Kanonik İncildən yalnız ikisində məlumat verilir. IV əsrin əvvəllərində Qərb Kilsələri Miladı 25 dekabrda qeyd etməyə başladılar, daha sonra isə bu təqvim Şərq kilsələri tərəfindən də qəbul edildi , lakin, bəzi Şərq kilsələri, Miladı Yuli təqvimi ilə 25 dekabrda qeyd edirlər, ki, müasir Qriqori təqvimi ilə bu tarix yanvar ayına təsadüf edir. Milad tarixi erkən xristianların İsanın doğulduğuna inandıqları gün seçilmiş və ya əvvəllər politeist dinlərin festivallarının (məs. Qədim Roma politeizmində Qış festivalı) vaxtına uyğunlaşdırılmışdır; daha sonra isə “İsanın həqiqət günəşi olması” haqqında Bibliya məlumatı ilə əsaslandırılmışdır.
Bayram ənənələri müxtəlif ölkələrdə paqan, xristianlıqdan əvvəlki və xristianlıq ənənələri, həmçinin folklor mənşəli müxtəlif ayinlər əsasında formalaşmışdır. Müasir bayram ənənələrinə hədiyyə vermə, Milad musiqisi və tamaşaları, Milad açıqcalarının verilməsi, kilsə mərasimi, xüsusi yemək, Milad ağacı, Milad işıqları, doğulma səhnələri, girlandalar, çələnglər, zınqırovlar da daxil olmaqla Milad bəzəkləri daxildir. Həmçinin bayrama xas olan, Milad ərəfəsində uşaqlara hədiyyələr paylayan və sabit görünüşü olan Milad ata, Müqəddəs Nikolay, Şaxta baba, Santa Klaus, Körpə İsa kimi fiqurlar da vardır. Hədiyyə bağışlama və digər ənənələrinə görə, Milad həm xristian, həm də qeyri-xristian ölkələrində iqtisadiyyata ciddi təsir göstərərk, canlanma və inkişafa səbəb olur.
Ardı →

Bütün zamanların ən maraqlı Yeni il filmləri | Fotolar və Videolar

  • Kino

2015-ə sayılı günlər qala hər kəs indidən yeni il gecəsini planlayır. Kayzen.az olaraq 2015-in ilk gecəsinə çips, loto, televiziya ilə girəcək oxucularımızı unutmadıq. Hər kəsdən fərqimiz olsun deyərək  sizlər üçün «Yeni il Mövzulu»  ən maraqlı filmləri bir araya gətirdik. Bir-birindən əyləncəli, yeni il ruhunu daşıyan filmlər ilə yeni ilə girərkən biz də kayzen.az ailəsi olaraq sizlərə xoşbəxt, sağlıqlı və dinc bir yeni il arzulayırıq.

«The Polar Express» 2004 — Qütb Ekspresi

Şübhəçi bir uşaq, Santa Klausun var olub olmadığını sorğular və yoldaşlarıyla birlikdə Şimal Qütbünə doğru həyəcanlı bir qatar səfərinə çıxar. Uşaqlar özlərini böyük bir macəranın içində tapar. Başdan sona əyləncəli, macəralı və fantastic bir film. Forrest Gump, Back The Future kimi filmlərin rejissoru Robert Zemeckisdən unudulmayacaq bir animsiya filmi sizləri gözləyir.


Ardı →

Yeni il həyəcanı

Yeni ildə bütün şəhərlər belə bəzədilməlidir.

Dekabrın əvvəlindən yanvarın sonuna qədər dünyanın əksər şəhərləri xüsusilə gözəlləşir.

Yeni il bayramı münasibətilə küçələr bəzədilir, milad abı- havası yaradılır, yeni ilin gələcəyi hər yerdə hökm sürür və havadan möcüzə qoxusu gəlir.

Bayram çılçıraqları şəhərin simasını dəyişdirir və sanki sakinlər nağıllar dünyasında yaşayır.


Ardı →

Müsəlman dünyası Yeni il bayramını bayram kimi qeyd edə bilərmi?!

Səudiyyə Ərəbistanının hakimiyyət dairələri əhaliyə xəbərlarlıq edərək Yeni İlin istənilən formada bayram edilməsinin küfr və yasaq olduğunu bəyan edib.
«Okaz»ın verdiyi xəbərə görə, Yeni İl simvolikalı mallar satan dükanların hamısı çox böyük məbləğdə cərimələnəcək.
Səudiyyə Ərəbistanının Hallalığın Yayılması və Günahın Qarşısının Alınması Komitəsinin yaydığı bəyanatda bildirilir ki, ictimai yerlərdə Yeni İlin bayram edilməsinə yol verilməyəcək. Bundan başqa, Səudiyyə Ərəbistanına Yeni İl simvolikalı istənilən malların idxalı qadağan olunub.
Ardı →