Əyri evin qadını | Rasim Qaraca

Kişi evin üstündə — əyri çatı səthinin üzərində yaşayır. Yatağı, yazı masası, bilgisayarı, başqa ev əşyaları nizamla düzülüb. 

Nə kişinin özü, nə də əşyaları sürüşüb yerə düşmür. 

Düşüncəli bir adamdır, dünyaya baxışının özünəməxsus əyri bucağı var, bu bucaq altından baxanda başqalarının görə bilmədiyi ağılagəlməz qəribə mənzərələr görür. 

Məntiq qanunlarıyla yaşamır, özü-öz qanunlarını yaratmış, bu qanunlar içərisində heç kimsənin yaşamadığı və yaşaya bilmədiyi bir həyatı artıq neçə illərdir sürdürür.

Çatı üzərində sağa-sola, yuxarıya-aşağıya doğru var-gəl edir, siqaret çıxarıb yandırır, qəzet götürüb kresloya çökür və oxumağa başlayır, bu zaman qara bir milçək uçub gəlir, vızzz, onu narahat edir, kişi tələsmədən ayağa qalxıb milçəyi öz evindən qovur – çatının bütün ərazisi onundur.

Yaşadığı bu evin neçə mərtəbə olduğunu özü də bilmir, lakin çox yüksək bina olduğundan əmindir, çünki küçədə gəzişən adamlar buradan qara nöqtə kimi görünür.

Bir qarğa evin bacasına qonur, yumurtlayır, bir neçə dəqiqə qarıldadıqdan sonra uçub gedir. 

Yumurta diyirlənib yerə düşə-düşdə kişi əyilib onu götürür, qayğanaq bişirir.
Ardı →

Zəbt edilmiş ev | Xulio Kortasar

Xulio KortasaEv xoşumuza gəlirdi. O, geniş, lakin köhnəydi. Bu ev əcdadlarımızın, ata babamızın, anamızın, atamızın və uşaqlığımızın yadigarı idi.

Biz İrene ilə təklikdə yaşamağa alışmışdıq və əlbəttə, bu, ağılsızlıq idi, çünki evimizdə səkkiz adama yetəcək qədər yer vardı.

Yuxudan saat 8-də oyanırdıq, yır-yığış edirdik, saat 11-ə mən ocaq başına, mətbəxə gedirdim və yalnız iki-üç otağı bacımın öhdəsinə buraxırdım. Düz günorta çağı biz nahar edirdik və boşqabları yumaqdan sonra özgə işimiz-gücümüz qalmırdı.

Süfrə başında böyük, sakit evə öz gücümüzlə, yəni kimsənin köməyi olmadan köçəcəyimiz haqqında düşünməyi xoşlayırdıq.

Bəzən bizə elə gəlirdi ki, məhz bu evin ucbatından tənha qalmışıq.
Ardı →

Qatarda | İsi Məlikzadə

İsi MəlikzadəGecə qatarla yol getməkdən Sabitin zəndələn-zəhləsi gedirdi, çünki qaranlıq dar kupedə uzananda iri bir qəbir gəlib dururdu gözlərinin qabağında və Sabit səhərəcən çimir eləyə bilmirdi.

Stansiyada adam az idi. Vaqona oxşayan bircə uzun bina vardı burda. Sabit çölü içindən işıqlı olan bu binada xeyli aralıda, skamyada tək-tənha oturub siqaret çəkirdi və burda adda-budda gəzişən cavanların gözlərinə görünməməyə çalışırdı. Bu rayon cavanlarının pis bir xasiyyətləri vardı: tanımadıqları adamın üzünə elə zəndlə baxırdılar ki, adam başını soxmağa yer axtarırdı. Sabit çəkinirdi onlardan. Bircəciyi gördümü – bəsdi – o birilərini də duyuq salacaqdı: «Əyə, sən öləsən, Sabit Mirzədi bu. Artist… Kinoda oynayır ha…» Vəssalam! Yığışacaqlar Sabit Mirzənin başına, qoymayacaqlar fikirləriylə təkbətək qalsın, siqaretin arın-arxayın, çəksin, yan-yörəyə gözləri dolusu baxsın…

Qatar vaxtında gəldi. Sabit vaqona qalxa-qalxa arxaya baxdı; ondan savayı bu vaqona minən yox idi. Qapının ağzında dayanan vaqon bələdçisi Sabitə çox zəndlə diqqət yetirirdi, deyəsən, tanımışdı onu. Sabitin kişi bələdçilərdən xoşu gəlmirdi – kişi parovoz sürər, təyyarə sürər, deyirdi, day kupelərdə döşəkağı paylamaz.


Ardı →

Qanlı Otto | Ken Kizi

Ken KiziDayan, dayan… Bu kişinin adı necəydi? Yaddaşımı büsbütün ələk-vələk elədim ki, bəlkə o, hafizəmin hansısa küncündə düşüb qalıb. Sonra fikirləşdim ki, axı niyə belə səfeh şeyə vaxt sərf edirəm? Elə bil hansısa sərxoşu yerindən qaldırmaq istəyirdim, o isə heç cür qalxmaq bilmirdi… Yox, Sadom ilə Qomorra deyil. Heç Romanın yıxılmağı da deyil. Ooo, dayan bir, tapdım! Biz burada İsa ilə vaxt barəsində mübahisə edirdik, bu xüsusda sitatlar gətirirdik: “Göyün üzü ilə uçaraq İblisin cərgəsinə qoşulur, yenə bir qədər uçur və bilmərrə çəkilib gedir”. Ho-ho-ha-ha… Əxbar, 20:70, yaxud buna oxşar bir şey. Deyəsən, bir şey xatırlayıram. Amma nə isə, davam edək (1. Apokalipsis. Parafraz. 20:7: “Min ilin sonunda İblis qaranlıqdakı məhbəsindən qurtulacaq və xalqları haqq yolundan döndərəcək...”)

Miladın 999 il, 11 ay və 30-cu günüdür dayanıb, Ermaniya ilə Farşlandiyanın uzun sürən cütlüyü yenə də hansısa mənfi- müsbət göstəricilərdə toqquşub. Toplar hardasa qıyma hazırlayır. Onun adı Otto idi. Şahzadə Otto qoca şah Böyük Ottonun yeganə oğluydu, dini ayinlərə hörmətlə yanaşan adam idi, altı rahib, yeddi keşiş ona ağıl öyrətməklə məşğul idilər. Özü də onlardan nəsə öyrənirdi. İdeal resept – mənəvi qidadır. Hələ uşaq vaxtından Otto artıq İncili əzbər bilirdi və yeddi keşiş ona Giyamət Günü barədə danışanda ləzzətdən bihuş olurdu.
Ardı →

Debüt | Maksim Qorki

Maksim QorkiO, səhnəyə çıxmağı və balaca rolunu sənətkarlara xas süni həyəcanla deyil, sadə və aydın şəkildə tamaşaçılara çatdırmağı arzulayırdı. Özü də kütlə onu dinləyərkən düşünəcəkdi:

“Bax, əsl sənət budu! Hər kəsin ruhun necə yaşadığını anlaması üçün onu məhz bu cür təsvir etmək lazımdı”.

Ona, debütanta, kütləni hələ az tanıyan qızcığaza elə gəlirdi ki, toplumun ruhuna yalnız səmimiyyətilə toxuna bilər, — yalnız səmimiyyətilə!

Düşünürdü ki, rolu elə sadəliyi və sadəlövhlüyü ilə öz sözünü deyir. Həqiqi gözəl olan – sadədi və o, tamaşaçını riqqətə gətirmək üçün sadədil və həqiqətə sadiq olmalıdı.


Ardı →

Milyonçu model | Oskar Uayld

Oskar UayldVarlı deyilsənsə, gözəl olmağının da elə bir faydası yoxdu. Eşqbazlıq məzlumlara deyil, zənginlərə yaraşır. Kasıbasa həyata dik gözlə baxmaq qalır. Bir sözlə, qəşəng oğlan taleyini bölüşməkdənsə, illik gəlirə sahiblənməyin qat-qat sərfəlidi.

Hyui Erksinin vara bilmədiyi müasir həyatın dahiyanə həqiqətləri yetərincə sadəydi. Biçarə Hyui!

Etiraf etməliyəm ki, o, mahiyyətinə görə də qabarıq fiqur deyildi. Həyatı boyu nə hazırcavablığı, nə də acıdilliyi ilə fərqlənmişdi. Əvəzində şabalıdı qıvrımları, yunan profili və qonur gözləri onu gözəl kişi siyahısında birinci edə bilərdi.  

Kişilərin də, qadınların da eyni qədər sevimlisi olan Hyuinin ən axsayan cəhətisə pul qazana bilməməsiydi.

Atası ona öz süvari xəncərini və on beş cildlik “İspaniyaya yürüşlərin tarixi”ni miras qoymuşdu. Hyui birincisini güzgünün başından asmış, ikincisini isə rəfdə  Raffın soraq kitabçası və “Beyliz meqezin”lə yanaşı qoymuşdu. Özüsə bu arada yaşlı xalasının ildə iki yüz funtuna möhtac qalmışdı.

Özünə bir düzən qurmaq üçün hər şeyə əl atmışdı. Altı ay birjada oynamışdı, yalnız bundan sonra vaxtını havaya uçurduğunun fərqinə varmışdı. Elə bir o qədər də çay alverinə girişmişdi, amma sonunda bu işdən də usanmışdı. Sonra quru xeres (şərab növü – red.) satmağa cəhd eləmişdi. Amma burda da bəxti gətirməmişdi: xeres həddən ziyadə quru olmuşdu. Nəhayət, sadəcə bir heç olduğuna imza atmışdı – yaraşıqlı, yunan profilli, avara-sərgərdan növcavan.


Ardı →