Öpüşmək | Orhan Pamuk

Rialto körpüsünün yaxınlığında, balıq bazarı tərəfdə bir cütlük öpüşürdü. Kişi də, qadın da yaxşı geyimli, hündür boylu, yaraşıqlı və gözəl idilər. Ətraflarında Venesiyanı Venesiya edən memarlıq detalları, qotik pəncərələr və batan günəşin, axşamın xoş, yumuşaq işığı və narıncı, bənövşəyi rəngləri vardı. Böyük Kanalın (Grand Canal) düz yanındakı boş bir ərazidə idilər. Bir-birlərinə fokuslanmış, qollarını bir-birinin bədəninə dolamış, bütün dünyanı unutmuşdular. Yenə də bir anlıq özümdən soruşdum: “Görən kameralar hardadı?” Sonra öpüşən bir cütlüyə baxmağın düzgün olmadığını düşünərək başımı başqa tərəfə çevirdim. Başqalarının xoşbəxtliyi hamı kimi məni də bəzən azca kədərləndirir, amma bu dəfə ruhumdan belə bir kölgə keçmədi. Bəlkə də Venesiyaya bu səfər xoşbəxt olmağa gəldiyim üçündür.
Davamı →

Orxan Pamuk - Dostoyevski

“Times Literary Supplement”in “minilliyin ən yaxşı kitabı hansıdır” sorğusunaOrhan Pamuk

Mənim düşündüyümə görə, bu minilliyin kitabı dahi rus yazıçısı Mixail Fyodoroviç Dostoyevskinin “Karamazov qardaşları” əsəridir. Bu dünyada yaşamağın, digər insanlarla birlikdə olmağın və başqa dünyanı arzulamağın bütün problemlərini haradasa ensiklopedik ölçüyə çatan bir genişlik və ürəkdən gələn sarsıdıcı sıxlıqla dramlaşdıra bilən belə bir başqa kitab tanıya bilmirəm.

Kilsə və dövlət, ideologiyalar və gözəllik, sərbəstlik və cavabdehlik kimi hər zamanın problemləri ilə əyalətdəki balaca bir rus ailəsinin pul, eşq, ata qorxusu, qardaş qısqanclığı, etibar kimi daxili problemlərin arasında bu roman eləsinə bir ahəng və güclə gedib-gəlir ki, insan oxumağın verə biləcəyi ən böyük hədiyyəni alır. Bu da öz həyat təcrübəmizin insanoğlunun təcrübəsinin bir parçası olduğunu dərindən hiss etməkdən ibarətdir.

Bu roman başqa romanlarda çox az görə biləcəyimiz qədər qəribə, xarici dünyanın qanunlarını, bir müddət sonra bütün dünyanın qanunları olaraq qəbul etdirərək bizi bütünlüyü ilə içinə çəkir. “Karamazov qardaşları”nın dünyasına yaxşıca girərkən bu dünyadakı yerimizi, həyatın mənasını, eşq, qardaşlıq, Allahın varlığını bir fikir olaraq deyil, həyəcan və sarsıdıcı duyğu olaraq yaşayırıq.
Ardı →