Damarların ən sadə üsullarla təmizləməsi

Bu günkü ekologiya, az hərəkətli həyat tərzi, zərərli vərdişlər, düzgün qidalanmama qan damarlarında kifayət qədər ciddi problemlər yaradır, müxtəlif damar xəstəliklərinə səbəb olur.Buna görə də mütəmadi olaraq damarların qayğısına qalmaq, onların təmizlənməsini təmin etmək sağlamlıq üçün olduqca vacibdir. Kayzen.az saytı modern.az-a istinadən damarların ən sadə üsullarla təmizləməsi ilə bağlı faydalı məsləhətləri təqdim edir.

Damarların normal vəziyyətdə olması üçün ilk növbədə aşağıdakılara riayət etmək lazımdır:

1. Maksimum dərəcədə xolesterinin orqanizmə daxil olması məhdudlaşdırılmalıdır. Bu məhdudiyyət nəticəsində damarlar daha elastik və sağlam olacaq.

2. Yeməklərin hazırlanmasında yalnız bitki yağından istifadə olunmalıdır. Qida rasionundan heyvan mənşəli yağlar çıxarılmalıdır.


Ardı →

Ev şəraitində Fanta hazırlanması

Fanta nədən hazırlanır? Yəqin ki çoxlarımız sağlamlığımızı qorumaq üçün fanta və onunla eyni sinifə aid olan kimyəvi tərkibli içkiləri almaqdan çəkinirik. Lakin sizə təqdim etdiyimiz bu reseptdə ziyanlı əlavələrdən, rəngləndiricilərdən və.s istifadə olunmur.

Fanta tərkibi:

Portağal (böyük) – 4 ədəd

Limon – 1 ədəd

Su – 700 ml

Qazlı su – 500 ml

Şəkər – 150 qram yaxud zövqə görə

Hazırlanması:

Meyvə  ilıq suda yaxşı yuyulur, təmizlənir. Bıçaqla qabıqları soyulduqdan sonra meyvənin şirəsi sıxılır. Sıxılmış meyvə şirəsi və qabıqları qazana əlavə edilir. Şəkər və 700 ml qaynar su töküldükdən sonra 1-2 dəqiqə ərzində qaynadılır. Daha sonra alınmış qarışım 4-5 dəqiqə soyuducuda soyudulur. Sonda süzülən qarışım qazlı su əlavə edilməklə süfrəyə verilir. Təbbi və faydalı!


Ardı →