Qarağat çayı

Qarağat və qaragat yarpaqları xalq təbabətində yüksək təzyiqi salmaq üçün çox geniş istifadə olunur. Təzyiqi tənzimləyən faydalı qara qarağat çayının resepti belədir.

3 x.q. qara qaragatı əzin, termosa tökün, 10 nanə yarpağını əlavə edin, üzərinə 2 stəkan isti su tökün, axşamdan səhər qədər dəmləyin. Səhər süzün və gün ərzində adi çay kimi için.

Bu çay damarları genişləndirir, təmizləyir və möhkəmləndirir, xolesterinin səviyyəsini aşağı salır.
Davamı →

Kiselin hazırlanması

Kisel çox faydalı və dadlı desertdir. Kisel uşaqlar üçün çox faydalıdır. Mədə-bağırsaq sistemi xəstəlikləri olan (xora xəstəliyi, qastrit) insanlar üçün kisel əsl dadlı təbii dərmandır. Artıq çəkisi olan insanlar da kiseli öz qidalanmasına daxil edə bilərlər. Kisel uzun müddət ərzində insanı tox saxlayır.

Yay aylarında kiseli müxtəlif giləmeyvələrdən, qışda isə mürəbbələrdən hazırlamaq olar.

Lazım olan məhsullar:

— istənilən mürəbbə (qarağat, moruq, çiyələk, zoğal, albalı) — 5-6 xörək qaşığı (mürəbbənin miqdarını zövqə görə azaltmaq və ya artırmaq olar),

— su — 1 l (əlavə 1/2 stəkan — nişastanı qarışdırmaq üçün),

— şəkər tozu — 2-3 xörək qaşığı (mürəbbənin şirin və ya turş olmasından və sizin zövqünüzdən asılıdır).

— nişasta — 3-4 xörək qaşığı.


Ardı →

Qarağatın insan orqanizmi üçün xeyirləri

qarağatQarağat çox zəngin kimyəvi tərkibə malik olan giləmeyvədir. Xüsusilə qara qarağat C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər xə sərbəst radikallarla mübarizə aparır.

Bundan əlavə, qara qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqlar, yaşlı insanlar, xəstəliyin nəticəsində zəiflənmiş insanlar üçün bu giləmeyvə olduqca xeyirlidir. Qara qarağatda həmçinin B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var.

Müsbət cəhətlərindən digəri dəmirlə zəngin olmasıdır. Bu onu anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalı edir. Eyni zamanda qara qarağat kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır. Aterosklerozun müalicəsi və profilaktikası üçün qara qarağat çox xeyirlidir. Qara qarağat iştahanı artırır, mübadilə proseslərini yaxşılaşdırır, qanda şəkərin səviyyəsini aşağı salır. Bu giləmeyvə azkalorilidir və bu səbəbdən arıqlamaq məqsədi ilə tutular pəhrizlər zamanı uğurla istifadə oluna bilər.


Ardı →

Qara və qırmızı qarağat

  • Flora
Qara qarağat çox zəngin kimyəvi tərkibinə malik olan giləmeyvədir.

Qara qarağat xüsusilə C vitamini ilə zəngindir. Bu səbəbdən giləmeyvə çox gözəl antioksidant sayılır. Orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi bərpa edir, orqanizmə xarici mühitdən düşən zəhərlər, toksinlər xə sərbəst radikallarla mübarizə aparır.

Qara qarağat insanın immun sisteminə çox müsbət təsir edir. Uşaqlar, yaşlı insanlar, xəstəliyin nəticəsində zəiflənmiş insanlar üçün bu giləmeyvə olduqca xeyirlidir.

Qara qarağatda həmçinin B qrupu vitaminləri, K vitamini, fol turşusu və pantoten turşusu da var.

Qara qarağat dəmirlə zəngindir. Bu onu anemiyadan əziyyət çəkən insanlar üçün çox faydalı edir.

Bundan əlavə qara qarağat kalium elementi ilə də çox zəngindir. Kalium orqanizmi artıq mayedən və duzlardan azad edir və bunun nəticəsində ürək-damar və böyrək xəstəlikləri olan insanların vəziyyətini yaxşılaşdırır.
Ardı →