Rapunzelin nağılı | Qrimm qardaşları

Biri var idi, biri yox idi. Uzun müddətdir övladları olmayan bir ailə var idi. Günlərin bir günü onların arzusu gerçəkləşdi və övladları olacağını öyrəndilər. 

Onların evlərinin pəncərəsindən yan evin bağçası görünər, övladını gözləyən ana tez-tez o bağçaya baxardı. O bağda dadlı kahılar yetişirdi. Ancaq bağ bir cadugərə aid olduğu üçün heç kəs ora girməyə cəsarət etməzdi.

Zaman keçsə də, qadın kahılardan dadmaq arzusu ilə günü-gündən zəifləyib xəstə düşdü. Qadının vəziyyətini görən həyat yoldaşı gecə gizlicə bağa girib kahılardan götürdü. Qadın bütün kahıları yesə də, kifayətlənmədi və daha çox istəməyə başladı.

Əlacsız qalan həyat yoldaşı yenidən bağa getdi, amma bu dəfə cadugər onu gördü və qışqıraraq «bağıma girməyə necə cəsarət edirsən?» — dedi.
Qorxuya düşmüş adam həyat yoldaşının vəziyyətindən cadugərə danışdı. 
Davamı →

Qrimm qardaşları

Körpə yaşlarından başlayaraq bütün uşaqlar nağıl dinləməyi sevir, bir növ həmin nağıllarla böyüyür, oradakı sevimli qəhrəman obrazlarına oxşamağa çalışırlar. Böyüdükcə uşaqlar kitablarda maraqlı nağıl və rəvayətlər, eləcə də digər folklor nümunələri ilə tanış olurlar. Nağıllar şifahi xalq ədəbiyyatının bir növü kimi zaman-zaman nəsildən-nəsilə ötürülmüş, onun dəqiq müəllifi unudulmuş və bütöv bir xalq nağılın yaradıcısı kimi yaddaşlara həkk olunmuşdur.

Azərbaycan xalq nağıllarındakı Məlikməmməd, Cırtdan, Ağ atlı oğlanın ağıllı və mərd hərəkətlərinə valeh olmusan, böyüyəndə onlar kimi davranmaq istəmisən. Bəs həmin nağılları günümüzə qədər gəlib çatmasında zəhməti olan insanlardan xəbərimiz varmı?

Azərbaycan ədəbiyyatında nağıl və digər folklor nümunələrinin toplanması, onların kitab halında tərtib edilməsində Hənəfi Zeynallı, Məmmədhüseyn Təhmasib, Firudin bəy Köçərli, Yusif Vəzif Çəmənzəminli ilk addımları atmış, şifahi xalq ədəbiyyatımızın inkişafına böyük töhfə vermişlər.
Davamı →