Nə üçün? Süleyman Sani Axundovun hekayəsi

Axşamçağı, 1905-ci il yanvarın 8-də, Vasilyevski cəzirəsi küçələrindən birində uçuşan, sovrulan qarlarla əlləşərək, şiddətli dondurucu ruzgarlarla boğuşaraq, işçi bir qadın mənzilinə qayıdırdı. Bu qadının çöhrəsində bir məyusluq görünürdü, onu gözləyən ac uşağına bir parça da olsa çörək tapmamışdı, kiçik qızcığazının yanına əliboş gedirdi.

Davamı →

Süleyman Sani Axundovun qorxulu nağılları

Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. O, ədəbiyyatda eyni soyadını daşıyan Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə “ikinci” mənasını verən “Sani” sözünü təxəllüs götürüb. Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada yoxsullaşmış bəy ailəsində dünyaya göz açıb.

Qori Müəllimlər Seminariyasında təhsilini başa vuraraq, 1894-cü ildən Bakının məktəblərində uzun illər dərs deyib. Çar hakimiyyəti dövründə əsl maarifçi kimi xalqın övladlarının təhsil alması üçün əlindən gələni əsirgəməyib. S.S.Axundov 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilən I qurultayında fəal iştirak edib və ərəb əlifbasını islah üçün təkliflər irəli sürüb. O, pedaqoji sahədə həmkarları ilə birlikdə “İkinci il” dərsliyini tərtib edib. 

S.S.Axundovun ədəbi yaradıcılığına dram, komediya və hekayələr daxildir. 1899-cu ildə yazdığı “Tamahkar” adlı ilk komediyasında yaratdığı xəsis obrazı vasitəsilə köhnə adət-ənənələri, tamahkarlığı tənqid edib.
Davamı →