Atatürk inqilabının simvolu - Sürəyya Ağaoğlu

  • Qadın
 ...«Uşaqlığımı, Bakıdan İstanbula getməyimizi yuxu kimi xatırlayıram. Əmim Hüseyn bəy anamı, Humay bibimi, atamın bir qardaşı oğlunu və ən böyüyü altı yaşında olan məni, qardaşlarımı qatarla yola saldı. Qohumlarım ağlayırdı. Anam və Humay bibim də. Yenə xəyal kimi Batumdan gəmiyə minməyimizi və mənə çox qələbəlik görünən Qalata limanına gəlişimizi və o qələbəlik içərisində atamın bizə əl salladığını görmüş oluram. 1910-cu il idi» (Mənbə:«Bir ömür belə keçdi» kitabından — Sürəyya Ağaoğlu).

Davamı →

Atatürkün arzusunu yerinə yetirdiyi şuşalı qız

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Azərbaycan və Türkiyənin X əsr ictimai-siyasi tarixinin ən məşhur simalarından biridir. Sürəyya Ağaoğludan danışırıq.
Sürəyya Ağaoğlu – azərbaycanlı vəkil və yazar, Türkiyənin ilk qadın vəkili və qadın haqları müdafiəçisi.
Sürəyya Ağaoğlu 1903-cü ildə Azərbaycanın Şuşa şəhərində doğulub. Atası Əhməd bəy Ağaoğlu Azərbaycanın görkəmli ictimai-siyasi xadimidir, anası Sitarə xanımdır. Sürrəyya xanımın uşaqlığının çox az bir qismi Şuşa şəhərində keçib. O, beşuşaqlı ailənin ən böyük övladı idi. Sürəyya xanım həm də pedaqoq və millət vəkili Tezer Taşkıran, mühəndis və iş adamı Əbdürrəhman Ağaoğlu, siyasətçi, filosof və hüquqşünas Səməd Ağaoğlunun bacısıdır.
Davamı →