Sellülit yaradan qidalar

1. Fast food
Sürətli (və ya pis) karbohidratlardan ibarət olan bu qidalar tərkibindəki toksinlər, konserogenlər (xərçəng yaradan maddələr), konservantların sayəsində sellülitin və piylərin sevimli dostlarıdır. Bu tip ayaqüstü qidalardan çox istifadə etdikdə onların tərkibində olan karbohidrat və zərərli maddələr piy şəklində dəri altında toplanaraq gözəlliyinizi pozan sellülit çökəkliklərini yaradır.

2. Duzlu və yağlı qidalar
Konservləşdirilmiş yeməklər, kolbasa-sosis məhsulları, çipsilər, ketçup, turşular, yağlı ət, marqarin, kərə yağı, yarım fabrikatlar (marketdən aldığınız kotlet, naggetslər və s.), hər gün qızartma və bol duzlu, yağlı yemək yeyən xanımlara piylənmə və sellülit tanış mövzudur.
Davamı →

Sellülitdən 10 hərəkətlə qurtulun

Qadınların böyük dərdi olan sellülitlərdən 10 sadə idman hərəkəti ilə xilas olmaq mümkündür. Bu hərəkətlərə gündə 30-40 dəqiqə vaxt ayırmaqla istədiyiniz formaya düşə bilərsiz.


Arxası üstə uzanıb ayaqlarınızı tək-tək düz olaraq qaldırıb endirin.

Üzü üstü yataraq omba əzələlərini sıxıb saxlayın və gəvşəyin.

Ayaqlarınızı çiyin genişliyində açın, ombanız dizlərinizin cərgəsinə gələnə qədər çöküb qalxın.


Ardı →

Sellülitə qarşı sadə resept

Bədənin bütün bölgələrində yarana bilən sellülit sadəcə estetik bir problem deyil. Eyni zamanda ayaqlarda şişmə, ağırlıq hissi, damarların çıxması, göyərmələr və hətta daha ciddi (ürək) xəstəliklərinə də səbəb ola bilər. Buna görə də sellülit müalicəsi vacib olan bir problemə çevrilib. Sellülitin qarşısnı almaq üçün hər gün bol su içilməsi və idman etmək lazımdır. Bununla yanaşı sellülit kremlərin, maskaların və masajın da çox faydası ola bilər.

Lazım olanlar:

5 ədəd limonun suyu
şüşə uşaq kremi-Jhonson”s Baby Oil
1 qutu aspirin 

Hazırlanması:      
Aspirinlər əzilib digər ləvazimatlarla qarışdırlır, yaxşıca çalxalanılır. Masaj edərək bədənə sürtülür 

 


Davamı →

Sellüliti yaradan və ona qalib gələn məhsullar

Mükəmməl bədənə sahib olmaq istəyirlər qadınlar  «portağal qabığı» kimi derdən qurtulmaq üçün rasiondan sellülitin yaranmasına səbəb olan bəzi məhsulları çıxarmaq kifayətdir. Hansı məhsulları?

Kofein

Əksəriyyətimiz səhəri qəhvəylə başlayırıq, çoxlarını isə bu dadlı, gümrahlandırıcı içki bütün gün ərzində «müşayiət edir». Problem ondadır ki, qəhvəni gün ərzində 1 fincandan artıq istifadə etdikdə qan dövranını aşağı salır, bu da piylənməyə səbəb olur. Kofeini yalnız kiçik dozalarda istifadə etmək əlverişlidir ki, qan dövranına və metobolizmə müsbət təsir etsin. Əgər siz sellülitlə mübarizə aparmaq istəyirsinizsə, qəhvədən tam imtina edib, onu təbii çaylarla əvəz edin. 

Şəkər

80 q şəkər qəbul etmək kifayətdir ki, qadın orqanizmində azad radikalların sayı demək olar ki, bir yarım dəfə böyüsün. Buna görə arteriyaların və damarların divarları öz elastikliyini itirir, qan dövranı ilə sellülit əmələ gəlməyə başlayır. Bundan başqa, şəkər istəyini gücləndirir, məhz bu maddənin bolluğu «portağal qabığı» effektinə təsir edir.


Ardı →

Sellülitə fərqli baxış

Kim deyib ki, selülit bu qədər qorxulu bir şeydir?
Hər bahar, hər yay eyni kabusu görməyə başlayırıq. Havalar istilənəcək, bikinilər geyiləcək və bu selülitlər necə görünəcək? Əvvəl özünüzü, sonra sevgilinizi selülitlə barışdırın.
1. Selülit xəstəlik deyil: Nə qədər bəzi tibb mütəxəssisləri televiziyalara, jurnallara çıxıb selüliti dövrün vəbası yerinə qoyub saatlarla şərhlər versələr də, əslində selülit xəstəlik olaraq qiymətləndirilmir. Selülit bir dövran pozuqluğu və yalnız virtual bir problemdir. Tamamilə kosmetika sektorunun yaratdığı bir gözəllik silahıdır. Təbii ki, kosmetika sektorunun açdığı yolda maqazin sektoru da tam irəli gedir. Bir düşünün, selülit deyə bir anlayış olmasa, maqazin jurnalları səhifələrini nə ilə doldurar. ‘Gözəlliyini selülit kölgədə qoyub!' kimi xəbərlər etməyincə nə edəcəklər? Amma nə qədər şokedici olsa da eriraf edək ki, selülit az və ya çox bütün qadınlarda var.
2. Bundan yalnız bir neçə əsr əvvəl qadınların ətli budlu olması xüsusi seçilərmiş. Arıq qadına kasıb, xəstə gözüylə baxılarmış. Bu gün isə hamımızın bildiyi kimi nə qədər arıqsansa, o qədər gözəlsən. Köhnədən ağ bədənli olmaq zənginlik göstəricisiymiş. Çünki bürüncləşənlər tarlada işləyən qadınlar olarmış. Amma bu gün bürünc olmaq cazibədar olmanın ən əhəmiyyətli şərtlərindən biridir. Yəni zamanla birlikdə bəyənmələr və zövqlər dəyişir. Demək ki, yaxında bir gün selülit də dəbdə olacaq.
3. Qadın kimi qadın istəyirsinizsə selülitə razı olacaqsınız: Kişilər son zamanlar qadınların kişiləşməsindən şikayət edirlər. Qadınların iş həyatındakı müvəffəqiyyətini, əlaqələrindəki azadlıq anlayışını qısqanıb ‘kişi kimi qadın istəmirik' deyə qiyam qaldırırlar. Yaxşı qadın kimi qadın olmanın ən əhəmiyyətli dəlillərindən birinin selülit olduğunu söyləsək necə? Selülitin kişilər deyil, qadınlarda görülməsinin səbəbi məhz budur. Çünki kişilik hormonu selülitin meydana gəlməsinə maneə törədir. Qadınlıq hormonu olan estrogen isə tam tərsinə selülitə səbəb olur. Yəni kişilərə xəbərdarlıq: əgər ətraflarında heç selülitsiz bir qadın varsa bilsinlər ki, kişi kimi bir qadınla qarşı-qarşıyadır.
Davamı →

Sellülitlə mübarizədə 8 qayda

Aşağıda göstərilən qaydalara əməl edərək bu problemdən qurtula bilərsiniz, əlbətdə ki, çox şey məhz sizdən asılıdır.
1. Çəkinizi azaldın -Buna nail olmaq üçün yağlı qida qəbulunu azaldın və təzə meyvə və tərəvəzdən istifadə edin. 

2. Düzgün qidalanın -Sağlam qida qəbul etməyə üstünlük verin. Bu, orqanizmin vəziyyətini balanslaşdırmağa kömək edəcək və sellülitin yaranması üçün yaxşı şəraitin yaranmasına imkan verməyəcək.

3. Qəbizlə mübarizə aparıb -Bir qayda olaraq, qəbzlikdən əziyyət çəkən insanlarda sellülit olur. Qəbizliklə mübarizə aparmaq üçün ekspertlər tərkibində dənli bitkilər olan qidaları qəbul etməyi məsləhət görürlər. Bundan əlavə, yeməyə az miqdarda xam kəpək də əlavə etmək olar.
Ardı →

Sellülit

Sellülit sözünə son illərdə daha tez-tez rast gəlinir. İndi hər bir qadın bədənində (əsasən bud və baldır nahiyələrində) hamarlığı pozulmuş dəri gördükdə, sellülitdən şübhələnir və ondan yaxa qurtarmaq yollarını axtarır.


Ardı →