Sokrat metodu

Məşhur filosof Sokrat mübahisə və dialoq zamanı söhbəti öz məcrasına doğru aparmağı yaxşı bacaran bir dahi kimi məşhurdur. Onun bu məharəti bir çoxlarını heyran qoyurdu. Bəs Sokratın sirri nədən ibarət idi? Mübahisə zamanı necə qalib gəlməyi bacarırdı?

Hər şey çox sadə idi. O müsahibinin fikrini təkzib etmir, tərslik göstərmir, incimirdi. O sakit şəkildə suallarını verirdi.

Beləliklə, mübahisədən qalib olaraq ayrılmaq üçün Sokrat hansı üsuldan istifadə etdiyi ilə tanış olaq:
Davamı →

Mağara alleqoriyası

Qədim yunan filosoflarından biri olan Platon gündəlik həyatımızda fəlsəfədən yararlanmalı olduğumuzu düşünürdü. Platon fəlsəfəyə ruhun müalicəsi kimi baxır və əgər onu həyatımıza tətbiq etsək faydalı ömür sürəcəyimizə inanırdı.

Fəlsəfənin faydası ilə bağlı ən maraqlı hekayələrdən biri onun “Dövlət” Əsərinin 7-ci bölümündəki “Mağara alleqoriyası”dır.  Bu, bəlkə də ən məşhur alleqoriyalardan biridir. Bu hekayədə bir mağaradan  və ömürləri boyu orada yaşayan bir qrup insandan bəhs edilir. Həmin insanlar həmişə bu mağaranın içində yaşayıblar və mağaradan kənardakı həyat haqqında heç nə bilmirlər. Mağaranın içərisində təbii işıq yoxdur, divarlar rütubətli və qaranlıqdır. Mağara sakinləri yalnız oradakı alovun qarşısından keçən şeylərin divardakı əksini görə bilirlər. Bu insanlar divarda əks olunan heyvan, bitki və insan kölgələrini heyrətamiz hesab edirlər. Bu kölgələrin həqiqət olduğuna inanır və əgər onlara kifayət qədər diqqət yetirsələr həyatda uğurlu olacaqlarını düşünürlər.
Davamı →

“Ədalət xoşbəxtliyə gedən yoldur”- Sokrat

Sual vermək sənəti, Sokrat ironiyası.Universitet müəllimlərimdən biri sual vermək də biliyin göstəricisidir demişdi və verdiyimiz suallara görə də bizi qiymətləndirirdi. Sokrat da belə edərdi. Ancaq Sokratın sual vermək məqsədi başqa idi. O sual verərkən qarşısındakından az bildiyini göstərsə də, əslində ondan çox bilirdi və verdiyi suallarla bunu sübut etməyə çalışırdı. Bu Sokrat ironiyası adlanır. Platonun “Respublika” əsərində birinci kitabında Sokrat Sefalus, Polomarkus və Trasimarkusa ilk baxışdan asan görünən “Ədalət nədir?” sualını verir.
Davamı →

Üç Sual - Sokrat

Deyirlər ki, bir gün bir nəfər məşhur filosof Sokratın yanına gəlib deyir: “Sənin dost saydığın filankəsin haqqında bəzi şeylər eşitmişəm. İstəyirəm bunları sənə xəbər verim ki, dostunu yaxşı tanıyasan”.

Sokrat onun xahişinə münasibət bildirməzdən qabaq deyir: “Tələsmə, eşitdiklərini mənə danışmağa vaxtın olacaq. Amma istəyirəm bundan əvvəl sənə üç sual verib cavabını öyrənim. Əgər məsləhət olsa, dostum haqqında bildiklərini mənə deyərsən”.
Davamı →

“Məhəbbətdə bəxti gətirməyən filosoflar” - Androu Şaffer

Çox az adam filosoflar qədər məhəbbət iztirabı çəkib. İstedadlarına nə qədər aşiq olsaq da, tarix ağıllı insanların məhəbbət iztirabları ilə doludur.

Şəxsi düşüncələrinə hörmətlə yanaşdığımız, dühalarına heyran olduğumuz, amma romantik, duyğusal seçimlərindən tamamilə uzaq durmalı olduğumuz şəxslərdən bəhs edən Androu Şafferin “Məhəbbətdə bəxti gətirməyən filosoflar” kitabındaSokratdan Nitsşeyə qədər böyük şəxsiyyətlərin romantik həyatları özünə yer alıb. Kitabdan seçmə nümunələr:

İmmanuel  Kant — Alman əsilli filosof İmmanuel Kant müasiri olan Fridrix Riçarda görə, həm bədən, həm də zehin nöqteyi-nəzərindən “tozdan belə daha quru adam” idi. Kant hər gününü müəyyən bir təqvimə görə yaşayıb. O qədər planlaşdırılmış idi ki, onun qonşuları belə saatlarını, vaxtını necə keçirməsini, axşam gəzintilərini dəqiqliyi ilə əzbər bilirdi. Kantın gəzinti saatlarına görə ətrafında yaşayan insanlar günün hansı vaxtı olduğunu asanlıqla müəyyən edə bilirdi. Kant evlilik öncəsi yaşanan cinsi əlaqəni əxlaqsızlıq kimi dəyərləndirir və buna birmənalı şəkildə qarşı çıxırdı. Əslində, onun fikrincə, çoxalmaq, nəsli artırmaq məqsədi güdməyən hər bir cinsi münasibət əxlaqsızlıq hesab olunmalı idi. Həm də, cinsi arzu və istəklər yanlış hesab olunurdu, çünki o insanı heyvanlara daha çox yaxınlaşdırırdı. Bu istəklər əldə olunana qədər insanı alovlandırır, əldə olunduqdan sonra isə adiləşirdi.


Ardı →

Sokrat haqqında maraqlı hadisə

      Bir dəfə Sokrat filosofların məclisinə dəvət olunur. Alimlər uzun- uzadı nitq söyləyərək, yaxşı danışıq qabiliyyətlərini nümayiş etdirirlər. Bir qədər keçəndən sonra dostları Sokratdan xəbər alırlar:

      — Danışanlardan hansı xoşuna gəldi?

      — Aqafon.

      — Axı o, məşhur qanmazdır, həm də o, heç ağzını açıb danışmadı.

      — Bəs bilmirsiniz ki, axmağın sükutuna qulaq asmaqdan yaxşı bir şey yoxdur?!

Sokrat

Antik yunan filosofu Sokrat Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan,  anası Fenareta mamaça imiş. Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə müdafiə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak edib. O, heç bir əsər yazmayıb. Fikirlərini şifahi yayırmış.Rable Sokrat haqqında «Qarqantua və Pantaqruel»in girişində böyük fransız yazıçısı Rable öz satirik-yumoristik kitabını Sokratla müqayisə edərək yazır: «Alkiviad özünün böyük müəllimi, filosoflar filosofu Sokratı vəsf edərək onu silenlərlə müqayisə edir.
Qədimdə mücrüləri belə adlandırırdılar. İndi belə mücrülər aptekçilərdə olur.
Davamı →