56 yaşlı ixtiraçı son illərin ən çox satılan — iPhone, iPad, iPod məhsullarının yaradıcısıdır. 1984-cü ildə Ronald Reyqan tərəfindən Milli Texnologiya medalı ilə təltif edilib. Qurucularından olduğu “Pixar” şirkətinin çəkdiyi cizgi filmləri müxtəlif mükafatlara layiq görülüb. Bu animasiya filmləri arasında: “Oyuncaq hekayəsi”(Toy Story), “Oyuncaq hekayəsi -2”, “Eybəcərlər” (Monsters), “Nemonun axtarışında” (Finding Nemo) və s. var.
Bu yaxınlarda isə Cobs haqqında İngiltərənin “Telegraph” qəzeti 13 maraqlı faktı təqdim edib.
1. Ailəsi onu övladlığa götürübmüş. Suriya əsilli Əbdülfəttah Con Candali və amerikalı anası Coanna Karol Skeblın oğlu olaraq dünyaya gəlib. Amma Kaliforniyadan olan Pol və Klara Cobs cütlüyü tərəfindən övladlığa götürülüb.
2. Vegetariandır.
3. İdealları Bob Dilan, Deyv Pakard (“HewlettPackard”ın qurucularından), Bob Noys, Andi Grouv (“İntel”in qurucuları).
4. 100-dən çox Levi`s cinsi var.
5. “Bitlz”ın “Apple” tərəfindən hazırlanan səsyazmaları xoşuna gəldiyi üçün şirkətin adını “Apple” qoyub.
Ardı →