2. Xəyal qurmaq

Ən böyük işlər böyük xəyallar qurma
xüsusiyyəti olan insanlar tərəfindən həyata keçirilmişdir.
Uilliam Russell


Xəyal hər hansı vəziyyət və ya hadisəni zehnidə canlandırma deməkdir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir.
Həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırılması planlanan bütün layihələr əvvəlcə zehində canlandırılır, daha sonra tətbiq olunur. Məsələn, televizor ixtira etmə fikri əvvəlcə xəyal edilmiş, sonra praktikada tətbiq olunmuşdur. Fateh Sultan Məhməd İstanbulu fəth etməyin əvvəl xəyalını qurmuş, daha sonra düşüncələrini həyata keçirmişdir. Yenə telefonun ixtirası, kompüterin ixtirası əvvəl zehnidə canlandırılmış, sonra praktikada tətbiq olunmuşdur.


Ardı →

Uğur və imic

Uğur qazanmağa, uğurlu olmağa qoşulmuş hekayə və rəvayətlər hazırda ən aktual mövzulardandır. Bu haqda kitablar yazılır, konfranslar təşkil edilir, seminarlar veririlir. Amma nədənsə heç cür uğur qazanmaq uğrunda uğurlu ola bilmirik. Bəs nə etməli, nəyə fikir verməliyik?
Bu mənada, uğur əldə etmək istəyən birisi ilk növbədə imicinə fikir verməlidir. İmic fərdin və ya bir təşkilatın özünü ictimaiyyətə təqdim etmə formasıdır, onun görünüşüdür.  Mal əvəzinə markaların satıldığı, adamların əvəzinə isə adların, soyadların ön planda gəldiyi müasir dünyada uğur qazanmaq uğrunda daha səmərəli çalışmaq lazımdır. 


Ardı →

Uğurlar!

Nəhayət ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının günləri açıqlandı.

III qrup — 4 iyul
I qrup — 11 iyul
IV qrup — 17 iyul
V qrup — 23 iyul

Hələ vaxt var, sadəcə içimdən uğur diləmək gəldi. Bizim də bir çox tanışlarımız, qohumlarımız var ki, bu il ali məktəblərə sənəd veriblər. Bütün abituriyentlərə uğurlar arzulayıram. Ümid edirəm ki, hər şey yaxşı olacaq və hər kəs biliyinə görə haqqı olan yerə də nail olacaqdır.
Mən özüm xatırlayıram ki, imtahan vaxtı həyəcandan tir-tir əsirdim. Bəlkə də nəbzimi yoxlasaydılar döyüntülərimdən yer-göy dilə gələrdi. Amma, nəyə lazım o həyəcan?! Əbəsdir və gərəksizdir. Axı burda nə var ki?! O həyəcan çox şeyə mane olur, insan bildiklərini də unudur.

Abuturiyentlərə məsləhət görərdim ki, narahat olmasınlar və qorxmasınlar, burda qorxulası heç nə yoxdur; canlarını sıxıb, həyəcanlanmasınlar. Hər şey yağ kimi gedəcək. Bol-bol şans…

Davamı →

Daha çox 5 +, daha az 5 -

Olimpiyadalarda 400 məsafəni ən qısa zamanda üzən, bu sahədə rekorda imza atan idmançı bunu necə bacarır?

Əgər hərhansı bir idmançı hər gün, hər həftə, hər ay əvvəlki gün, əvvəlki həftə, əvvəlki ayda olduğu qədər məşq etsə bu sahədə rekorda imza ata bilərmi? 
Ardı →

E-mailim olsaydı,microsoftda süpürgəçi işləyərdim

İş axtaran bir adam süpürgəçi işləmək üçün dünyanın ən varlı biznesmeni Bill Qeytsin kompüter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətinə müraciət edir. O, kadrlar şöbəsinin keçirdiyi bütün sınaqlardan uğurla çıxır və işə qəbul olunur. Rəsmi müqavilənin elektron formasının göndərilməsi üçün kadrlar şöbəsinin işçisi ondan e-mail ünvanını istəyir. Amma həmin şəxs utana-utana: “Mənim e-mailim yoxdur”, – deyə bildirir. Şirkətin əməkdaşı isə buna cavab olaraq: “Bağışlayın, şirkətimizin prinsiplərinə görə e-maili olmayanın özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik”, – deyir.

Bütün ümidləri puç olan adam “Microsoft”u tərk edərək yeni iş yeri axtarmaq üçün küçəyə çıxır. Yolda boş-boş gəzməkdənsə, heç olmazsa evinə pul aparmaq üçün xırda alver etmək qərarına gəlir. Bir marketə girərək cibindəki bütün pula – cəmi 10 dollara (!) – pomidor alır. Qapı-qapı gəzərək iki saat ərzində bütün malını satır və ikiqat xeyir qazanır. Axşama kimi bir neçə dəfə bu yolla alver edir və həmin gün sərmayəsini 80 dollara çıxarır. Pomidor alveri ilə məşğul olaraq, günü-gündən ticarətini genişləndirən qəhrəmanımız 5 ilə ABŞ-ın ən böyük ərzaq tədarük edən şirkətlərindən birinin sahibi olur. Artıq ailəsi, sağlamlığı, təhlükəsizliyi haqqında fikirləşir və həyatını sığortalamaq üçün bir şirkətə müraciət edir. Sığortaçı öz xidmət paketini göndərmək üçün ondan e-mail ünvanını istəyir. Amma qəhrəmanımız yenə də elektron poçtunun olmadığını deyir. Sığortaçı heyrətlə: “Çox maraqlıdır, sizin e-mail ünvanınız olmadığı halda belə nəhəng bir şirkət qura bilmisiniz. Gör indi e-mailiniz olsaydı, nələr etmişdiniz?” – deyə təəccübünü gizlədə bilmir. Amma həmin şəxs əhvalını pozmadan: “E-mailim olsaydı, indi “Microsoft”da süpürgəçi işləyərdim!!!” – deyir.
Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

Davamı →

Motivasiya və uğur qazanmaq üçün taktikalar

Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək rüh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir.
Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir.
Davamı →

Zehnin gücü ilə zəngin olmağın yolları

Karyera həyatında uğur qazanmaq üçün, necə deyərlər, ağıl «işlətmək» lazımdır. Bunun üçün intellektual gücünüzdən maksimum istifadə etməlisiniz. Bir çoxları bunu çox çətin bir şey kimi qəbul edirlər. Ancaq  bir az öz üzərində işləmək, zehni, bir nöqtəyə yönəltmək, karyera yolunuzda yaşıl işıq yandıra bilər.


Düşüncənin dəyəri Zəngin olmaq istəyirsiniz mi? Elə isə, zehninizlə işlədiyiniz müddətin xəyali dəyərini müəyyən etmək üçün, bəsit bir intelektual oyun oynayaq.   Deyək ki, sahib olduğunuz hər düşüncə üçün bir dollar qazanır va ya itirirsiniz. Dəqiqə başına bir düşüncəniz olduğunu fərz etsək, bu vəziyyətdə hər saat, potensial olaraq 60 dollar qazandıra bilər və ya bu müddətdə itirə bilərsiniz.   Hər uğurlu 16 saatlıq gün, bu hesaba görə, 960 dollarlıq potensial qazanc deməkdir. Ancaq digər tərəfdən, "Əsla bacara bilmərəm" ifadəsi və tək bir mənfi düşüncə ilə dörd saatı çölə atsanız, «intellektual sərvətiniz» 240 dollarlıq itkiyə səbəb ola bilər. İndi, tək bir düşüncənin belə, zəngin olmaq istəyən insan baxımından nə qədər önəmli ola biləcəyini görə bilirsinizmi?


Düşüncənin gücü Həyatınız, ağlınızdan keçən düşüncələrin " nəticəsi" deyil. Əslində, düşüncələriniz həyatınızı «yaradır».


Ardı →

Müsbət yüklə yüklənmək

ABŞ-da ayaqqabı istehsal edən bir şirkət daha çox mal satmaq üçün tropik adalardan birinə öz nümayəndəsini göndərir. O, adaya çatan kimi şirkətə bir faks göndərir. Faksda belə deyilir: “Bu adada ayaqqabı geyən yoxdur. Mən elə bu gün geriyə qayıdıram”. Bir müddət sonra şirkət həmin adaya başqa bir marketinq mütəxəssisini göndərir. İkinci mütəxəssis adada bir qədər qaldıqdan sonra şirkətə bu məzmunda faks göndərir: “Bu adada hamının ayaqqabıya ehtiyacı var. Mənə təcili 10 min cüt ayaqqabı göndərin!”

İnsanların məsələlərə münasibətini əks etdirən məşhur bir nümunə var: Yarısına qədər su tökülmüş stəkanı birisi “stəkanın yarısı doludur”, digəri isə “stəkanın yarısı boşdur” sözləri ilə təsvir edir. Məsələyə yanaşma tərzimiz, yəni optimist və ya pessimist baxışımız nəticəyə təsir edən əsas amillərdən biridir. “Aynaya baxan ondakı ləkələri, onun arxasına baxan isə gözəl bir mənzərəni görür”. Filosof Ceyms Allen: “Bizim nəslin ən böyük kəşfi insanların davranış və düşüncə tərzlərini dəyişmələridir”, – deyir.

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

Davamı →

Daxili intizam

Ağlı başında olan hər bir adamda uğur qazanmaq üçün potensial güc və imkan var. Amma təəssüf ki, hamımız bu potensialdan istifadə edə bilmirik.
Uğur qazanmaq potensialını evin damına bənzətsək, onda bu damı öz üzərilərində saxlayan iki əsas sütun lazımi məlumatlar və əhval-ruhiyyədir. Bu amillərdən biri olmazsa, uğur sözünün sonuna “suz” şəkilçisinin artırılmasının qarşısını ala bilməyəcəyik. Xəyali evimizin bünövrəsini isə daxili intizam təşkil edir. Daxili nizam-intizamı təkmilləşdirmək və bununla da, evin bünövrəsini bərkitmək istəyiriksə, müəyyən məqamlara fikir verməliyik.


Ardı →