Piri Rəsin xəritəsində maraqlı cəhətlər

 

 

Piri Rəis xəritədə şərqi Avropanı və Şimali Afrikanı tamamilə düzgün bir formada göstərmişdir. Amerika qitəsi hələ kəşf edilmədən əvvəl Piri Rəis xəritəsində cənubi Amerika sahillərini də tanına bilən şəkildə göstərmişdir. Piri-Rəisin çəkdiyi xəritədə yerləşən Amerika qitəsində eramızdan əvvəl yaşamış sivilizasiyanın izləri də mütəxəsislər tərəfindən təsdiqlənmişdir.  Xəritə dəvə dərisi üzərində səkkiz rəngdə çəkilmişdir. Digər maraqlı cəhət xəritədə Antarktida materikinin öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. Antarktida dağları demək olar ki, dəqiqliklə göstərilmişdir. Belə ki, bu dağlar ancaq 1952-ci ildə səs ötürücü alətlərdən istifadə edilərək müəyyən edilmişdir. Buz altında оlan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtib edilməsində Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə sirr olaraq qalır.



Qeyd edək ki, Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-ci ildə Qahirədə Sultan Süleyman tərəfindən edam edilmişdir.

Mənbə:  /www.gsaz.az/


Davamı →

Məhəllin planı

Plan, xəritə və qlobusun hər üçü birlikdə kartoqrafik təsvir adlanır. Ərazinin kiçildilmiş, sadələşdirilmiş və şərti işarələrlə təqdim olunmuş modelinə kartoqrafik təsvir deyilir. Plan və aerofotoşəkil məhəllin yuxarıdan görünüşünün təsviridir. Aerofotoşəkillər məhəllin planını tez və düzgün tərtib etməyə imkan verir. Aerofotoşəkildə obyektlər boz rəngli müxtəlif çalarları ilə təsvir olunur. Bu üsuldan ilin isti fəslində, yerin qarla örtülmədiyi vaxt aparılır. Plan miqyaslı və şərti işarəli təsvirdir. Şərti işarələr 3 cür olur: konturlu, xətti və miqyassız.


Ardı →

Coğrafiya xəritəsi

Yer səthinin, onun üzərində olan obyektlərlə birlikdə kiçildilmiş, şərti işarəli təsvirinə coğrafiya xəritəsi deyilir. Məzmununa görə xəritələr 2 qrupa bölünür:
a) Ümumcoğrafi xəritələr — Yer səthinin ümumi mənzərəsini əks etdirir.
b) Tematik xəritələr — hər hansı bir hadisə (məs: iqlim, torpaq) daha, konkret olaraq təsvir olunur. Bəzən tematik xəritədə bir-biri ilə qarşılıqlı əlaqədə olan bir neçə komponent təsvir olunur ki, buna kompleks xəritələr deyilir.
Ərazinin əhatə olunmasına görə xəritələr:
a) dünya və yarımkürələr xəritəsi,
b) materiklər və onların hissələrinin xəritəsi,
ç) dövlətlərin və onların ayrı-ayrı hissələrinin xəritəsinə bölünür.
Miqyasına görə xəritələr 3 qrupa bölünür:


Ardı →