Xocalım ay Xocalım | Xocalı Faciəsinə aid şeir

 

Xocalım ay Xocalım

(26 Fevral Xocalı Faciəsinə həsr olunmuş şeir)

Bu dağların qoynunda yaşıl bir kənd varıydı,
Əlvan saray, güllü bağ, gen aynabənd varıydı.
Neçə dodağı şəkər, söhbəti qənd varıydı,
Neçə incəbel gözəl, zülfü kəmənd varıydı.
Yoxdu daha, nağıldı,
İtdi, batdı, dağıldı.
Mənim şirin qafiyəm, mənim üçcə hecalım,
Xocalım, ay Xocalım!

 

Ağzından alov saçan silahlar yedi səni,
İştahalar, nəfslər, tamahlar yedi səni.
Bağışlanmaz, yuyulmaz günahlar yedi səni,
Göydə Allahı danan “allah”lar yedi səni,
Heç Allah götürərmi qisasımı gec alım?
Xocalım, ay Xocalım!


Davamı →

Xocalı genosidi

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu.
Davamı →

Faciənin 19 yaşı

Bu gün Xocalı Faciəsindən 19 il ötür.Bu gün bu bloqda Faciənin təfərrüatlarından yox ,faciə qurbanının dünənki günündən danışmaq istəyirəm.
Ən yaxın tələbə yoldaşım (A) Xocalı rayonundandır.Hal-hazırda biz Bakı şəhərində yerləşən N- nömrəli Körpələr evi-uşaq bağçasında təcrübədəyik.
Dünən cümə günü,Fevral ayının 25-i idi.Bildiyiniz kimi şənbə və bazar günləri uşaq bağçaları fəaliyyət göstərmir.26 Fevral şənbə gününə düşdüyü üçün tərbiyəçi bu tarix haqqında bir gün əvvəl danışmalı idi.Gözləmədiyimiz bir anda tərbiyəçimiz A-nı öz yerinə dəvət etdi və Xocalı soyqırımına həsr edilmiş məşğələni onun aparacağını söylədi.Tələbə yoldaşım çaşıb qalmışdı,çünki uşaqların qarşısına çıxmazdan əvvəl ciddi hazırlaşmaq lazım idi.Lakin onun heç bir hazırlığa ehtiyacı yox idi,çünki o,faciənin canlı şahidi idi.Yoldaşım danışmağa başladı."İldönümü" sözünü deyəndə,uşaqlardan biri "İldönümü nə deməkdir?«sualını verdi.
Tələbə yoldaşım bunu uşaqların anlayacağı bir dildə „AD GÜNÜ“olduğunu söylədi.Az sonra tələbə yoldaşım ətrafındakı insanları xilas etmək üçün öz körpəsinin səsini boğmağa çalışan ANA  haqqında danışdı.Bunu uşaqların qarşısında danışmaq asan deyildi. O qəfildən hönkürtü ilə ağlamağa başladı.A qəhərini boğaraq mövzunu sona çatdırdı.Sonda o,uşaqların bu gün nə öyrəndikləri haqqında soruşdu.
Uşaqlar:»ermənilər bizim düşmənimizdi",«mən böyüyəndə əsgər olacam onları öldürəcəm» kimi cavablar verdilər.Məşğələ zamanı "İldönümü nədir?" sualını verən qız isə «sabah Xocalının 19 yaşı olacaq» dedi.
P.S.«Tələbə yoldaşımı tanıyana kimi Xocalı faciəsi mənim üçün ermənilərin törətdikləri vəhşiliklərdən biri idi.Lakin bir şahidin dilindən baş vermiş hadisələri eşitmək dəhşətli və tükürpədicidir.Dünən həm də onun atasının 50-illiyi idi,lakin 19 ildir ki,onlar bu günü qeyd etmirlər.Ad günü üçün tort yox ,faciə qurbanları üçün umac ovub ,halva çalırlar.»


Davamı →

Justice for Khojaly ( Xocalıya ədalət)

25 Fevral 2011-ci il Böyük Britaniyada olan Azərbaycanlılar və Azərbaycanın dostları birləşərək Londonda keçirilən «Justice for Khojaly, Freedom for Karabakh» — Xocalıya Ədalət kompaniyasının ənənəvi sülh xarakterli etiraz aksiyasında aktiv şəkildə iştirak etdilər. Aksiya sessiz marş və static demonstrasiya şəklində Trafalqar Meydanında 11:00-13:00 saatlarında iki saat olmaqla başladı. London aksiyası York Azərbaycan Cəmiyyətinin sədri Ramin Həkimov, London Metropolitan Azırbaycan cəmiyyətinin sədri Cavid Qədimov və London Azərbaycan Evinin sədri Sənan Əliyev tərəfindən təşkil olunmuşdur. Aksiyanın təşkil olunmasında Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Xaricdə Təhsil alan və məzun olmuş gənclərin İctimati Birliyi Forumu-nun böyük dəstəkləri olmuşdur.Justice for Khojaly
Ardı →

Xocali soyqırımı günü-26 fevral

1992-ci ili fevral ayının  26-da Azerbaycan vətəndaşları öz yeni tarixində ən faciəli, dəhşətli günlərinden birini — Xocalı faciəsini qeyd edirlər. 1992-ci il fevralın 25-den 26-na keçən gecə ermeni separatistləri rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştiraki ile Qarabağın Azerbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt etdiler. Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olundu.
Ardı →