Erkən saç ağarması

Erkən saç ağarması – avropoid və monqoloid irqinin nümayəndələrində 25 yaşa və neqroid irqinin nümayəndələrində isə 30 yaşa qədər ağ saçların əmələ gəlməsidir. Erkən saç ağarması, bir qayda olaraq, ümumi saç ağarması ilə deyil, melanositlərin fəaliyyətini pozan müxtəlif mənfi təsirli daxili faktorlarla əlaqəlidir. Saçların erkən ağarmasının səbəbinin aşkarlanması məqsədilə trixoloq konsultasiyası, qanda və saçda vitaminlərin və mikroelementlərin, qalxanabənzər vəzi hormonlarının səviyyəsinin təyini mühümdür. Başın massajı, aparatla icra olunan prosedurlar, maskalar, mezoterapiya erkən saç ağarmasının təzahürünü ləngitməyə kömək edir. Ağarmış saçları rənglənmə vasitəsilə gizlətmək olar.

Davamı →

Ağ saçları gizlətməyin 6 yolu

Ağaran saçlarınızı rəngləmək üçün vaxtınız və imkanınız yoxdur? Ya da saçlarınızı rəngləməyə qıymırsınız? Bəs ağ telləri gizlətməyin yollarını bilirsinizmi?

Saçınızı fərqli tərəfə ayırın
Hər gün saçınızı ortadan, ya da eyni tərəfə ayırırsınızsa, bunu dəyişdirin. Saçınızı fərqli tərəfə daradığınızda çıxan ağlar daha az diqqət çəkəcək. Eyni zamanda saçlarınıza həcm də qazandıracaq.

Saçınıza fərqli hava qatın
Dümdüz saçlarda çıxan ağ saçlarınız o dəqiqə bəlli olur. Dağınıq qıvrımlar mükəmməl bir şəkildə istənməyən rəngdəki saçlarınızı gizlədər. Saç fırçasının yardımı ilə saçlarınızı dalğalandırın və saç spreyi sıxın.

Davamı →